| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
27282930
Xəbər arxivi
Çap versiyası
26.10.2017

Şəki şəhərində patent hüququ obyektlərinin mühafizəsi sahəsinin mövcud vəziyyəti və inkişaf perspektivlərinə həsr olunan seminar keçirilib - FOTO

Oktyabrın 26-da Şəki şəhərində “Əmtəə nişanları və coğrafi göstəricilər anlayışı, bu  sahədə qanunvericilik, beynəlxalq sistemlərlə əlaqə və mühafizə” mövzusunda seminar keçirilib. Seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin müavini Niyazi Rəhimov bildirib ki, qeyri-neft ixrac potensialının gücləndirilməsi, sahibkarlığın, ümumilikdə insan kapitalına söykənən iqtisadiyyatın inkişafı dövlətin əsas prioritetlərindəndir. O, bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə struktur xarakterli islahatların aparıldığını, iqtisadiyyatın əsas istiqamətləri üzrə strateji yol xəritələrinin təsdiq olunduğunu və ixrac potensialının gücləndirilməsi məqsədilə “Made in Azerbaijan” brendinin təşviqi üçün əhəmiyyətli işlərin görüldüyünü bildirib. Hazırda ölkəmizdə innovativ fəaliyyətə, elm tutumlu sənayenin inkişafına xüsusi diqqət verildiyini bildirən Niyazi Rəhimov ənənəvi biliklər və cöğrafi göstəricilərin şamil olunduğu məhsulların inkişaf etmiş və perspektivli istehlak bazarlarında uğur qazandığını deyib.

Ölkə ərazisində müxtəlif iqlim zonalarının olması, bitkiçilik, heyvandarlıq, şərabçılıq məhsullarının, içməli su və müalicəvi əhəmiyyətli təbii şəraitin mənşə yerləri ilə əlaqədar xüsusiyyətlərə malik olması və müxtəlif bölgələrdə yaşayan icmaların ənənəvi biliklərə uyğun hazırlanan özünəməxsus məhsullara – istər kulinariya, istər xalçaçılıq və s. sahələrdə xidmətlərin inkişafı sənaye həcmli istehsalın inkişafını şərtləndirir və ixrac perspektivlərini artırır. Komitə rəsmisi patent sistemində müasir hüquqi mühafizə sisteminin təmin olunması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsinin, ictimai məlumatlılığın artırılmasının əhəmiyyətini vurğulayıb.

Şəki Şəhəri İcra Hakimiyyəti başçısının I müavini Həsən Həsənov “Made in Azerbaycan” brendinin təşviqində mühüm əhəmiyyət kəsb edən məhsulların regionlarla bağlı olduğunu xüsusi vurğulayıb. Ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafına yönələn sistem xarakterli tədbirlər nəticəsində hazırda bütün şəhər və rayonlarda yeni müəssisələr yaradılıb. Yerli sahibkarlığın inkişaf etdirilməsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyət sahələri yaxından iştirak edir. Həsən Həsənovun sözlərinə görə, bugünki tədbir də buna misaldır.

“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin baş direktoru v.i.e. Günel Sevdimalıyeva çıxış edərək mərkəzin fəaliyyəti haqqında məlumat verib. O, çıxışında coğrafi göstəricilərlə bağlı olan məhsulların müasir dövrdə aktuallıq kəsb etdiyini qeyd edərək, istehlaçkılar tərəfindən xüsusi məhsulların  axtarılması,  coğrafi mənşə ilə identifikasiya olunmuş, işarələnmiş qida məhsulları sahəsində təlabatlarının artdığını bildirib. Eyni zamanda coğrafi adın sadəcə bir ad, bir simvol deyil, istehlakçılar tərəfindən etibar göstəricisi kimi qəbul edildiyini vurğulayıb. Coğrafi göstəricilərin qorunmadığı halda kommersiya təşkilatları tərəfindən haqsız təhriflərə məruz qala biləcəyini və ondan istifadə hüququ olmayan şəxslər tərəfindən istehlakçıların aldadılacağını, məhsulun şöhrətdən düşməsinə, bununla da onun qanuni sahibinə ciddi zərər dəyə biləcəyini nəzərə çatdırıb. O, coğrafi göstəricilərin təşviqi və əmtəə nişanlarının qeydiyyatı baxımından son bir il ərzində Mərkəz tərəfindən görülmüş işlərdən danışıb. Bildirib ki, müxtəlif sahələrə aid ekspertlərdən ibarət işçi qrup yaradılıb, son bir il ərzində 17 coğrafi göstəriciyə dair ərizənin daxil olduğunu, milli prosedur üzrə təxminən 30 minə yaxın əmtəə nişanı qeydiyyata alındığını, beynəlxalq saziş və protokola əsasən isə 50 minə yaxın əmtəə nişanının qeydiyyatının ölkəmizdə qüvvədə saxlanılıb.

Seminar əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin qorunmasının əhəmiyyəti, əmtəə nişanlarına dair iddia sənədlərinin tərtibi, verilməsi və baxılması qaydaları, coğrafi göstəricilər anlayışı və  onların milli  qanunvericiliyə  uyğun mühafizəsi, Azərbaycanda sənaye mülkiyyəti sahəsində hüquqların mühafizəsi: məhkəmə və digər orqanların təcrübəsi, sənaye nümunəsi anlayışı, milli qanunvericiliyə uyğun olaraq sənaye nümunələrinin patentlə mühafizəsi, beynəlxalq qeydiyyat (Haaqa Sazişi), sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı və patentləşdirmə prosedurları  və s. mövzular ərtafında müzakirələrlə davam etdirilib.

Seminarda Şəki şəhərində fəaliyyət göstərən sahibkarlarla yanaşı Qax, Zaqatala, Balakən və Oğuz rayonlarından olan iş adamları iştirak edib.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır