| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Çap versiyası
27.07.2017

Coğrafi göstəricilər üzrə hüquqların əldə olunması yerli sahibkarlığı inkişaf etdirəcək - FOTO

Azərbaycanda coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı münasibətlərin tənzimlənməsi 1998-ci ildə qüvvəyə minmiş “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Coğrafi göstəricilər bu Qanunun əsas anlayışlarından biridir. Coğrafi göstərici – əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir. Başqa sözlə, istehsal olunduğu coğrafi məkanla bağlılıq təşkil edən məhsulları adlandırmaq üçün istifadə edilən anlayışdır.

Coğrafi göstərici kimikənd təsərrüfatı məhsulları, şərab məhsulları, mineral sular, faydalı qazıntılar, kulinariya inciləri və ənənəvi istehsal metodlarını özündə saxlayan sənətkarlıq nümunələri  (xalçalar, kəlağayılar, papaqlar və s.) qeydiyyata alına bilər. Adıçəkilən bu məhsulların istehsal olunduqları coğrafi məkanla bağlı xüsusi şöhrət və keyfiyyətinin olması zəruri şərtlərdən biridir. Buna misal olaraq, Göyçay narını, Hövsan soğanını, Basqal kəlağayısını, Şəki ipəyini, Badamlı mineral sularını və s. göstərmək olar.

Məhsulun coğrafi göstərici kimi  adlandırılması üçün hansı meyarlar olmalıdır:

Bir coğrafi göstəricinin varlığı öncə sərhədləri göstərilə bilən bəlli bir torpaq parçasına, ikincisi isə bu torpaqla vəhdət təşkil edən məhsulabağlıdır. Məhsulun torpaqla vəhdət təşkil etməsi üçün aralarında bir əlaqə qurulmalıdır, yəni məhsul aid olduğu torpağın keyfiyyət göstəricilərini özündə əks etdirməlidir. Bu əlaqənin də qurulması bir zaman kəsiyində mümkün olur.

Belə qənaətə gəlmək olar ki, torpaq faktoru içində iqlim, flora və faunanın da təsiri vardır. Bu, torpaqla, daha doğrusu konkret ərazi ilə məhsulun  vəhdət təşkil etməsi tarixi bir keçmiş formalaşdırır. İnsan faktoru da bu torpaq-məhsul faktorunu tamamlayan əsas amillərdən olur.Təbii ki, coğrafi göstərici hesab edilən məhsulun istehsalı, əldə edilməsi insan faktoru olmadan gerçəkləşə bilməz.

Bəzi məhsulların ərsəyə gəlməsində insan faktoru daha böyük rol oynayır. Buna misal olaraq, sənətkarlıq nümunələrini, kulinariya məhsullarını göstərmək olar. Lakin faydalı qazıntıların, mineral suların, hər hansı təbiət hadisəsi nəticəsində əmələ gələn məhsulların son məhsul olaraq əmtəə halına gətirilməsində insan əməyinin payı məhduddur.

Coğrafi göstəricinin qeydiyyatı ilk növbədə bazarda mənşə yeri ilə bağlı istehlakçıları yanıldan, həqiqi mənşəni əks etdirməyən saxta və kontrafakt məhsulların satışının və istehsalının qarşısının alınması üçün vacibdir. Coğrafi göstəricinin qeydiyyatından sonra əldə edilən hüquq imkan verir ki, standartlara cavab verməyən məhsulların digər şəxslər tərəfindən həmin mənşə yerinin adından istifadə edilməklə istifadəsinin qarşısı alınsın. Məsələn, coğrafi göstərici adını alandan sonra “Göyçay narı” istehsalçısı “Göyçay narı” söz birləşməsindən həmin rayonda istehsal olunmayan nar məhsullarında istifadəyə qadağa qoya bilər. Coğrafi göstərici qeydiyyatı olmadığı təqdirdə belə hüquqlar yaranmır. Bir sözlə, coğrafi göstəricinin sahibi  həmin addan qanunsuz isifadəyə qarşı mübarizə hüququ qazanır. Lakin bu müstəsna hüquq deyil. Bu o deməkdir ki, “Göyçay narı” söz birləşməsindən “n” sayda həqiqi Göyçay narı istehsalçıları öz məhsullarında (həmin mənşəyə aid məhsullarda)  coğrafi göstərici kimi qeydiyyatdan keçdikdən sonra istifadə edə bilərlər.

Əldə edilmiş belə hüquq sayəsində işgüzar nüfuza dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəmə yolu ilə iddialar da qaldırıla bilər. Bütün bu hərəkətlər ümumilikdə bölgənin və coğrafi ad qazanmış məhsulun nüfuzunu qorumaq məqsədi daşıyır.

Digər tərəfdən mənşə yerinin adını daşıyan məhsullar həmişə öz analoqlarından daha baha qiymətə satılır. Bu alıcıların həmin məhsulların keyfiyyətinə duyduqları güvən, etibardan irəli gəlir. Deməli coğrafi məhsullar həm də keyfiyyət və mənşə göstəricisidir.                                

Geni dəyişdirilmiş məhsullarla mübarizə üsulu kimi coğrafi göstəricilərin təbliği və qeydiyyat prosesinə cəlb edilməsi böyük əhəmiyyətə malikdir. Hazırda bütün dünyada geni dəyişdirilmiş məhsulların ayaq açdığı bir zamanda təbii, bizə doğma olan, tanıdığımız məhsulların istehsal həcminin artırılması, ona təlabatın yaradılması ən aktual məsələlərdən biridir. Bu, həm də regionların inkişafında, əhalinin məşğulluğunun artırılmasındaböyük rol oynayır.

Dünya miqyasında mənşə yerinin adını daşıyan məhsullara  xüsusi əhəmiyyət verilir. İstənilən bazarda alıcını mənşə yerinin adını daşıyan məhsullarla maraqlandırmaq daha asan və cəlbedicidir. Alıcıların istər xarici, istərsə də yerli bazarlarda yer adı ilə satılan məhsullara xüsusi maraq göstərməsi danılmazdır. Mənşə yerinə uyğun adlandırılan məhsulların bazarda, xüsusən xarici bazarlarda tanıdılması ölkəmizin iqtisadi nüfuzunun, ixrac potensialının artırılması istiqamətində əvəzolunmaz alətdir. Mənşə yeri ilə adlandırılan məhsulun dünya bazarlarına çıxarılması və realizə edilməsi ölkənin, o cümlədən konkret regionun iqtisadi inkişafına, əhalinin sosial rifahına, regiona xarici investisiyaların cəlb olunmasına geniş zəmin yaradır. Dünya təcrübəsinə nəzər salsaq bu məhsullardan dəyəri yüz milyonlarla ölçülən gəlir əldə edən ölkələri müşahidə etmək olar. Misal olaraq, Kolumbiyada “Kolumbiya qəhvəsi”ni, ABŞ-da “Vidaliya soğanı”nı, “Morton balqabağı”nı göstərmək olar. Həmin məhsullar hazırda dünyanın ən böyük istehsal müəssisələrində, restoran şəbəkələrində xammal olaraq istifadə edilir. Hazırda ölkəmizdə rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların “Made in Azerbaijan” brendi altında təşviqi ilə bağlı çoxsaylı layihələr həyata keçirilir. Özündə coğrafi ad saxlayan məhsulların sayının və istehsal həcminin artırılması bu layihələrin tərkib hissələrindən biridir.

Lamiyə Haqverdiyeva,
Patent və Əmtəə Nişanları Mərkəzinin
Əmtəə nişanları və coğrafi göstəricilər üzrə mütəxəssisi

 

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır