| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Çap versiyası
14.06.2017

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin 
rəsmi internet səhifəsinin və loqotipinin yaradılması ilə bağlı müsabiqə elan edilib

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs  www.accreditation.gov.az rəsmi internet səhifəsinin yaradılması  və korporotiv loqotipin hazırlanması ilə əlaqədar müsabiqə elan edir.

İnternet səhifədə mərkəzin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları və göstərdiyi xidmətlər, qanunvericilik və görülmüş tədbirlər barədə informasiyalar yerləşdiriləcək. İnternet səhifəsinin dizaynı mərkəzin fəaliyyət istiqamətinə uyğun, müasir dizayn elementlərini əks etdirməlidir. Hazırlanan layihələrə müvafiq komissiya tərəfindən baxıldıqdan sonra qalib elan olunacaq. Sayt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il tarixli  189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər"ə cavab verməlidir.

Korporotiv loqonun dizaynı da özündə mərkəzin fəaliyyəti, strategiya və missiyasına dair elementləri əks etdirməlidir. Həmçinin loqo rəngli və konseptual görünüşlü olmalıdır. Müsabiqədə yalnız indiyə qədər istifadə edilməyən və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan həllər iştirak edə bilər. Loqo dizaynlarına müvafiq komissiya tərəfindən baxıldıqdan sonra qalib elan olunacaq.

Layihə təkliflərini cari ilin 1 avqust tarixinədək accreditation@azstand.gov.azelektron poçtuna və ya Bakı şəhəri, Mərdanov Qardaşları 124 ünvanına göndərə bilərsiniz.

Əlaqələndirici şəxs: İnara Eyyubova. Tel: (012) 4499959, daxili 145.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır