| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Çap versiyası
04.05.2017

İSO/İEC 17065 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara tələblər” standartı mövzusunda keçirilmiş təlimin iştirakçıları ilə görüş olub

Cari ilin 3 may tarixində Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilatçılığı ilə İSO/İEC 17065:2012 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara tələblər” standartı mövzusunda keçirilmiş təlimin iştirakçıları ilə görüş olub. Görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı məqsədilə keyfiyyət infrastrukturu sahələrində islahatlar haqqında danışılıb. Bildirilib ki, ticarətdə texniki maneələrin aradan qaldırılması, verilmiş sertifikatların xarici ölkələrdə tanınması və akkreditasiya sahəsində beynəlxalq təşkilatlara üzvlük istiqamətində ardıcıl işlər aparılır. Bu sahədə beynəlxalq standartların tətbiqinin vacib aktuallıq  kəsb etdiyi qeyd edilib. Sonda İSO/İEC 17065:2012 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara tələblər” standartı mövzusunda keçirilmiş təlimin iştirakçıları sertifikatlarla təltif ediliblər.

Məlumat üçün bildirək ki, təlim 14-17 mart tarixlərində Azərbaycan Akkreditasiya Mərkəzi  tərəfindən təşkil edilib. Təlim Britaniya Standartlar İnstitutunun aparıcı auditoru və təlimçisi Mahmud Albekov tərəfindən keçirilib. Təlimin əsas məqsədi qeyd edilən standartın mahiyyətinin izahı, edilmiş dəyişikliklər və yeniliklər barədə təlim iştirakçılarının məlumatlandırılması, uyğunluğu qiymətləndirən qurumların əməkdaşlarının bu sahədə səriştəliliyinin artırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi, standartın tətbiqi ilə bağlı yarana biləcək problemlərin müstəqil həll etmək bacarığının aşılanması olmuşdur.

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır