| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Çap versiyası
27.04.2017

Bakıda “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə konfrans keçirilib - FOTO

27 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə konfrans keçirilib.

Konfranda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edib. Fuad Ələsgərov bildirib ki, bu gün Azərbaycan geniş miqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, multikulturalizim, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən bir məkandır. Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin proritet istiqamətlərindəndir: “Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur”. PA rəsmisi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilib, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib: “Bu strategiyanın icrasına uyğun olaraq həyata keçirilən institusional və qanunvericilik islahatları, elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq, ictimai iştirakçılıq prinsipləri və geniş maarifləndirmə tədbirləri antikorrupsiya siyasətimizin uğurlarındandır”. F.Ələsgərov bildirib ki, bu gün tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə bütün mexanizmlər mövcuddur və bu proses daim inkişafdadır: “Bu sahədə olan müsbət dinamika beynəlxalq anti-korrupsiya reytinqlərində də öz əksini tapıb. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verilir”.

Sonra çıxış edən SMPDK sədri Ramiz Həsənov bildirib ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə etmişdir. Komitə sədri qeyd edib ki, açıq hökumət prinsipləri daim bu strategiyanın ayrılmaz hissəsi olmuş və həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutmuşdur. Ölkəmiz açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə öz töhfəsini vermiş və “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olmuşdur. 

Ramiz Həsənovun sözlərinə görə, 2016-cı il ölkəmiz üçün geniş miqyaslı iqtisadi islahatlar ili olmuşdur. Möhtərəm Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində Azərbaycan 2016-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 2015-ci ilin nəticələri ilə müqayisədə 3 pillə irəliləyərək 138 ölkə arasında 37-ci yerə, “Doing Business” 2017-cı il hesabatında isə “Biznesə başlama” meyarı üzrə 190 ölkə arasında 5-ci yerə layiq görülmüşdür.

Korrupsiyaya qarşı idarəetmə sistemləri üzrə standart (BS10500:2011) barədə danışan SMPDK sədri bildirib ki, ilk dəfə bu sənəd 2011-ci ildə standartın yaradıcısı Britaniya Standartlar İnstitutu (BSİ) tərəfindən qeydiyyata alınmışdır. Hazırda qeyd olunan standartın əsasında Beynəlxalq Standart (İSO 37001) hazırlanmış və 2016-cı ildə beynəlxalq səviyyədə təsdiqlənmişdir.

Qeyd olunan standartın ərsəyə gəlməsinin səbəbi BSİ, Dünya Bankı və digər iqtisadi institutlar ilə birgə aparılmış araşdırmaların nəticəsidir. Belə ki, müəyyən olunmuşdur ki, dünya üzrə biznes iştirakçılarının 50%-i öz fəaliyyətini qorumaq və digər məqsədlər üçün 1 trilion dollara yaxın korrupsiya yönümlü ödəmələr ediblər və bu iqtisadiyyatın inkişafının ləngiməsinə əhəmiyyətli dərəcədə təsir etmişdir.

Ramiz Həsənov standartın əsas məqsədini açıqlayıb. O bildirib ki,  hər bir ölkənin korrupsiya əleyhinə apardığı qanunvericilik siyasəti ilə yanaşı dövlət və qeyri dövlət qurumlarının ölçüsü, fəaliyyət sahəsi və inkişaf səviyyəsindən asılı olmayaraq tətbiq ediləcək tədbirlər toplusu və müvafiq təlimatlar vasitəsilə qurumun korrupsiyaya qarşı mübarizə potensialını artırmaq, korrupsiya hallarının aşkarlanması, aradan qaldırılması və qarşısının alınması üzrə tədbirlər planını hazırlamaqdan idarətdir: “Qeyd olunan standartın tətbiqi və bu standart üzrə sertifikatlaşdırılma təşkilatda korrupsiyaya qarşı mübarizə sisteminin təşkili, tətbiqi, daima tənzimlənməsi, vaxtaşırı yenidən baxılması və təkmilləşdirilməsini həyata keçirir. Standartın tətbiqi zamanı təşkilatda mövcud ola biləcək korrupsiya riskləri araşdırılır, onların qiymətləndirilməsi aparılır və bu qiymətləndirmə əsasında qabaqlayıcı tədbirlərin görülməsi üzrə prosedur qaydalar sistemi qurulur. Bu da öz növbəsində Korrupsiyaya qarşı İdarəetmə Sisteminin qurulması vasitəsilə təşkilatda Antikorrupsiya Siyasətinin formalaşmasına, düzgün funksiya, vəzifə və səlahiyyət bölgüsünün aparılmasına zəmin yaradır. Bu standart artıq Oksford Universitetində, London Şəhər Polisi, Britaniya Dövlət Maliyyə İdarəsi, BP şirkəti, İtaliyanın ENİ şirkəti və digər təşkilatlar tərəfindən tətbiq edilmişdir”.

Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxışında bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə bir çox mühüm addımlar atılıb. Onun sözlərinə görə, Azərbaycanda aparılan uğurlu antikorrupsiya siyasətinin nəticəsində Azərbaycan bir sıra mühüm beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir: "Həmin qurumların hesabatlarında da Azərbaycanın göstəriciləri ildən ilə yaxşılaşır".

Sonra BSİ-nin MDB və Baltikyanı ölkələr üzrə baş direktoru Dmitri Yartsev isə bildirib ki, Azərbaycan qlobal məkanda beynəlxalq təcrübəni ən yaxşı tətbiq edən ölkələrdəndir. Azərbaycanda Avropanın ən qabaqcıl standartlarının uğurla tətbiq edildiyini deyən qonaq “Antikorrupsiya idarəetmə sistemi” standartının tətbiqi üzrə uğurlar əldə olunacağına əminliyini ifadə edib.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov da çıxış edib. O deyib ki, 5 ildir fəaliyyət göstərən "ASAN xidmət" mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formul kimi çıxış edir: "ASAN xidmət"də "vətəndaş həmişə haqlıdır" əsas meyardır və "ASAN xidmət" modeli dünyada Azərbaycan brendi kimi tanınır. Artıq bir neçə ölkədə "ASAN xidmət" modeli tətbiq olunmağa başlanıb". İnam Kərimovun sözlərinə görə, antikorrupsiya idarəetmə sistemi üzrə beynəlxalq standartların rəhbərlik etdiyi qurumda tətbiqi istiqamətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq ediləcək.

Beynəlxalq standartın hazırlanmasına rəhbərlik edən İSO-nun müvafiq komitəsinin katibi, standartın müəllifi Maykl Heniqan Azərbaycanda olmaqdan məmnunluğunu bildirib. O, Azərbaycanda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin uğurla həyata keçirildiyindən xəbərdar olduğunu deyib. Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi sahəsində adıçəkilən beynəlxalq standartın tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini deyən müəllif tədbirin konfrans iştirakçıları üçün uğurlu olacağına əmin olduğunu deyib.

Sonra Maykl Heniqan konfransda iştirak edən dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələrinə “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının (İSO 37001 “Anti-bribery Management Sistems”) tələbləri barədə faydalı məlumatlarını bölüşüb. 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır