| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
27282930
Xəbər arxivi
Çap versiyası
04.09.2015

Bakı və Sumqayıt şəhərlərində keyfiyyətsiz, üzərində başqasının əmtəə nişanı vurulmuş məktəbli formaları satan mağazalar aşkar edilib - FOTO

 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə daxil olan şikayət məktubu əsasında Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən “Karvan” ticarət mərkəzlərində, həmçinin Bakı şəhəri, Nizami rayonu, 8 km. qəsəbəsində yerləşən ticarət mərkəzi və ətrafında, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində “Ucuzluq” mağazasında, Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərində yerləşən mağazalarda dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı adı çəkilən mağazalarda istehsalçısı məlum olmayan, insan sağlamlığı üçün təhlükəli sayıla bilən xammaldan hazırlanmış, mövcud normativ sənədlərə, standartlara cavab verməyən və “Bakı Tikiş Evi” ASC-nin adına qeydiyyata alınmış”BTE” əmtəə nişanından qanunsuz istifadə edilmiş saxta məktəbli formalarının satıldığı müəyyən olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı mağaza sahiblərinə xəbərdarlıq edilib, saxta məktəbli formalarının satışdan çıxarılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Hazırda qanunvericiliyə uyğun olaraq digər zəruri tədbirlər davam etdirilir. 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır