| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Çap versiyası
04.12.2014

Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxslərinin iclası keçirilib - FOTO

Dekabrın 4-ü 2014-cü il tarixində Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxslərinin 46-cı iclası keçirilib. İclasdan öncə iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftolmoloq alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad edilib.

İclasda çıxış edən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov MDB ölkələrinin standartlaşdırma üzrə qurumların rəhbər şəxslərini salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Komitə sədri son illər ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində keyfiyyət infrastrukturunun tərkib hissələri olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə olunması sahələrində əldə olunmuş uğurlardan danışıb. Onun sözlərinə görə, Azərbaycanda standartlaşdırma və texniki tənzimləmə sistemlərinin müasirləşdirilməsi və inkişafına dəstək istiqamətində Avropa İttifaqının yeni Tvinning layihəsinə başlanılıb. Layihə çərçivəsində “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” qanun layihələri hazırlanıb. Standartlaşdırma üzrə Texniki Komitələrin yaradılması istiqamətində də işlərin getdiyini bildirən Ramiz Həsənov hazırda tikinti sahəsi və tikinti materialları, enerjisəmərəliliyi, alternativ və bərpa olunan enerjilər və metrologiya sahələrinin standartlaşdırılması üzrə texniki komitələrin formalaşdırıldığını qeyd edib: “Bundan başqa Komitədə qida məhsulları ilə bağlı beynəlxalq Kodeks Alimentarius standartları əsasında milli standartların hazırlanması prosesi aparılır. Metrologiya sahəsində xüsusi diqqət etalon bazanın genişləndirilməsi və inkişafına yönəldilib. Artıq gələn ildən ölkəmiz metrologiya üzrə nüfuzlu beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfrans və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda təmsil olunacaq”.

Akkreditasiya sahəsində yeni qanunun qəbulunu qeyd edən Komitə sədri Ramiz Həsənov bu sahələrin daha da inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu və bu prosesin davamlı olacağını bildirib.

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının məsul katibi Nikolay Soneç iclasın məhz Bakıda keçirilməsinin Azərbaycanın əldə etdiyi iqtisadi güc və regionda söz sahibi olması ilə əlaqələndirib. Beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi təcrübəsinə mükəmməl yiyələnmiş Azərbaycanda olmaqdan məmnunluq ifadə edən Nikolay Soneç sonra iclasın gündəliyini elan edib.

 İclasda həmçinin Belorus Respublikası Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri Viktor Nazarenko, Rusiya Federasiyası Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin rəhbəri Aleksey Abramov, Özbəkistan Respublikası Standartlaşdırma, Metrologiya vı Sertifikatlaşdırma Agentliyinin baş direktorunun müavini Jamşid Mirsaidov, Qazaxıstan Respublikasının İnvestisiyalar və İnkişaf Nazirliyinin Texniki Tənzimləmə və Metrologiya Komitəsinin sədri Birjan Kaneşev, Ukrayna Respublikasının “Ukrmetrteststandart” Dövlət Müəssisəsinin bölmə rəisi Vladimir Yeremonko, Qırğızıstan Respublikası İqtisadiyyat Nazirliyi nəzdində Standartlaşdırma və Metrologiya üzrə Mərkəzinin direktoru Sultan Axmatov, Tacikistan Respublikası Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Ticarət İnspeksiyası Agentliyinin direktoru Bextiyor Şukurzade və digərləri çıxış edərək gündəlikdə olan məsələlər barədə çıxış ediblər.

Məlumat üçün bildirək ki, iclasda Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, Müstəqil Dövlətlər Birliyinin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər Planı, 2013-2015-ci illər üzrə dövlətlərarası standartlaşdırma üzrə işlər Planının aktuallaşdırılması və reallaşdırılması, keçmiş SSRİ zamanı tətbiq edilən hərbi standartların yenidən baxılması, aktuallaşdırılması və müvafiq təşkilati məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Sonda Dövlətlərarası Şuraya üzv ölkələrin rəhbər şəxsləri tərəfindən iclasın Protokolu imzalanıb.

 

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır