| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər arxivi
Çap versiyası
03.12.2014

SMPDK yanında Dövlət Metrologiya Xidmətinin təşkilatçılığı ilə Bakıda “KOOMET” regional metrologiya təşkilatının iclası keçirilib - FOTO

Azərbaycan Respublikasının  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında  Dövlət Metrologiya Xidmətinin təşkilatçılığı ilə cari ilin 25-28 noyabr tarixlərində Bakı şəhərində “KOOMET” regional metrologiya təşkilatının (Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı)  TK 3.1 “Keyfiyyət Forumunun Texniki Komitəsi” nin  18-ci və “KOOMET”-in Keyfiyyət Forumunun 15-ci iclası keçirilib.

Tədbirdə Komitənin və Komitə yanında  Dövlət Metrologiya Xidmətinin əməkdaşları ilə yanaşı  “KOOMET” Təşkilatına üzv olan Almaniya, Belarus, Bosniya və Herseqovina, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Slovakiya, Tacikistan, Türkiyə və Ukraynanın metrologiya təşkilatlarının  nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Metrologiya Xidmətinin rəisi Oktay Abbasov  ölkəmizdə metrologiya sahəsində görülmüş işlər və gələcək planlar barədə tədbir iştirakçılarına məlumat vermişdir. Almaniyanın Fiziki-texniki İnstitutunun (PTB) keyfiyyət üzrə baş meneceri və “KOOMET”in Keyfiyyət Forumunun sədri professor Andreas Odin ölkəmizdə olmaqdan məmnunluğunu ifadə etmiş, Azərbaycanın metrologiya sahəsində həyata keçirdiyi islahatları yüksək qiymətləndirmişdir.

Tədbirdə, həmçinin, “KOOMET”-in TK 3.1 Keyfiyyət Forumunun Texniki Komitəsinin sədri professor Natalya Muravskaya və digər ölkələrin nümayəndələri müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər.

Tədbir çərçivəsində Milli Metrologiya İnstitutlarında Keyfiyyəti İdarəetmə Sisteminin “KOOMET” auditorları üçün ISO/IEC 17025 beynəlxalq standartına uyğun olaraq “xarici auditin (yoxlamanın) aparılması” mövzusunda təlim seminarı keçirilmişdir. Seminarda beynəlxalq səviyyəli mütəxəssislərin “Milli Metrologiya İnstitutlarında Keyfiyyəti İdarəetmə Sisteminin qiymətləndirilməsi”, “xarici auditin (yoxlamanın) gedişatı” və digər mövzular üzrə mühazirələri dinlənilmişdir. Seminarın yekununda iştirakçılara əldə etdikləri biliklərə dair müvafiq sertifikatlar verilmişdir. Tədbirin sonunda seminar iştirakçıları Komitənin Milli Etalon Mərkəzinə gələrək, etalon laboratoriyaları ilə tanış olublar. 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır