| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Patent/Appelyasiya şurası
Çap versiyası

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası (bundan sonra - Apellyasiya şurası) sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan daimi şuradır. 
Apellyasiya şurası öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, sənaye mülkiyyətinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur.
Apellyasiya şurası sənaye mülkiyyətinin mühafizəsi sahəsində hüquqi münasibətlərin pozulması, mübahisələrin yaranması ilə bağlı etiraz (ərizə), dövlət rüsumun ödənilməsini təsdiq edən sənəd, nümayəndənin etibarnaməsi və etiraza aid olan sübutlar (lazım olduqda) Apellyasiya şurasına verilir.

Apellyasiya şurası səlahiyyəti çərçivəsində aşağıdakı məsələlərə baxır:
a) ixtira, faydalı model və sənaye nümunəsinə patent verilməsindən imtina qərarı barəsində verilən etirazlara;
b) ixtira, faydalı model və sənaye nümunələri barəsində dərc olunmuş iddia sənədlərinə qarşı verilən etirazlara;
c) verilmiş patentlə əlaqədar daxil olan etirazlara;
ç) "Patent haqqında" Qanunun 37-ci maddəsinə görə patentin etibarsız sayılmasına dair yaranan mübahisələrə;
d) ilkinliklə əlaqədar yaranan mübahisələrə;
e) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinin ilkin ekspertizası zamanı qəbul olunmuş imtina qərarına qarşı verilən etirazlara;
ə) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinə görə ekspertizanın qəbul etdiyi imtina qərarına qarşı verilən etirazlara;
f) əmtəə nişanının, coğrafi göstəricinin qeydə alınması faktına qarşı verilən etirazlara;
g) müvafiq və digər əsaslar pozulmaqla qeydiyyata alınmış əmtəə nişanına qarşı verilən etirazlara;
g) əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz 5 il istifadə olunmadıqda qeydiyyata xitam verilməsi ilə əlaqədar təqdim olunan etirazlara;
h) patent müvəkkillərinin attestasiyası, qeydiyyatı və fəaliyyəti ilə əlaqədar verilən etirazlara.

Əmtəə nişanının geniş tanınmasına dair ərizə bir əmtəə nişanına aid edilir və dövlət rüsumunun ödənildiyini təsdiqləyən sənədlə birlikdə Apellyasiya şurasına təqdim olunur.

Apellyasiya şurasının qərarından onun alındığı gündən 3 ay müddətində məhkəmə qaydasında şikayət verilə bilər.

Apellyasiya şurasına dövlət rüsumunu ödənilməsi barədə

18.11. Apellyasiya şurasına etirazla müraciət edilməsi:
18.11.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı-10 manat;
18.11.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı-6 manat;
18.11.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı-40 manat.
18.12. Ötürülmüş müddətlərin bərpası:
18.12.1. patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən Apellyasiya şurasına etirazla müraciət edilməsi üçün-20 manat;
18.12.2. dərc olunmuş iddia sənədi üzrə daxil olan etirazla bağlı iddiaçının Apellyasiya şurasına cavab verilməsi üçün-25 manat.

18.33. Ötürülmüş müddətin bərpası ilə bağlı, iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda Apellyasiya şurasına etiraz verilməsi üçün-20 manat.
18.34. Apellyasiya şurasına etirazın verilməsi:
18.34.1. əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı-20 manat;
18.34.2. coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı-20 manat;
18.34.3. əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı-60 manat;
18.34.4. coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı-35 manat;
18.34.5. qeydə alınmış əmtəə nişanına qarşı-80 manat;
18.34.6. qeydə alınmış coğrafi göstəriciyə qarşı-45 manat.
18.35. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:
18.35.1. əmtəə nişanı üçün-45 manat;
18.35.2.coğrafi göstərici üçün-30 manat;
18.35.3.kollektiv nişan üçün-60 manat.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır