| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Sazişlər, müqavilələr, konvensiyalar
Çap versiyası
17.09.2014

Azərbaycan Respublikasının Hökuməti və

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu

Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikasının Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (bundan sonra - ÜƏMT),

Azərbaycan Respublikasının ÜƏMT-yə və onun bir sıra çoxtərəfli müqavilələrinə tərəf olduğunu nəzərə alaraq,

əqli mülkiyyət (ƏM) sahəsində ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, 

ölkənin qlobal iqtisadiyyata daha sıx inteqrasiyasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Hökumətinin ƏM sahəsində mövcud qanunvericiliyini və texniki infrastrukturunu inkişaf etdirmək niyyətini qəbul edərək,

ƏM sahəsində məqsədlərinə nail olmaq üçün ÜƏMT-nin Azərbaycan Respublikasının Hökumətinə kömək etmək niyyətini əsas tutaraq,

aşağıdakı Anlaşma Memorandumunu (bundan sonra - Memorandum) imzalamaq qərarına gəldilər:

1. Memorandumun məqsədləri

Bu Memorandumun məqsədi Azərbaycan Respublikasının Hökuməti və ÜƏMT arasında aşağıdakı istiqamətlərdə əməkdaşlığı və birgə fəaliyyətləri inkişaf etdirməkdən ibarətdir:

- Azərbaycan Respublikasında milli ƏM strategiyasının hazırlanması və həyata keçirilməsi;

- ƏM sahəsində mütəxəssislərin potensiallarının artırılması məqsədi ilə ÜƏMT Akademiyasının peşəkar inkişaf proqramları və ƏM-ə dair insan resurslarının inkişaf etdirilməsi proqramları çərçivəsində təlimlərin keçirilməsi;

- rəqəmli müəllif hüquqlarının idarəçiliyinin təşkili ilə bağlı yeni modellərin axtarışı və tətbiqinin həyata keçirilməsi;

- qeyri-maddi mədəni irsin, o cümlədən folklorun (ənənəvi mədəni nümunələrin) və ənənəvi biliklərin sistemləşdirilməsi, identifikasiyası (eyniləşdirilməsi), qeydiyyatı və mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi;

- ƏM sistemindən istifadədə universitetlərin və elmi-tədqiqat institutlarının, təsərrüfat subyektlərinin, o cümlədən kiçik və orta müəssisələrin (KOM) potensialının artırılması;

- kontrafaktçılıq və piratçılıq sahəsində mübarizə üzrə tədbirlər də daxil olmaqla, ƏM hüquqlarının təminatı sisteminin gücləndirilməsi;

- innovasiya infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən Texnologiyalara və innovasiyalara dəstək mərkəzlərinin (TİDM) və Texnologiyaların ötürülməsi ofislərinin (TÖO) yaradılması;

- ƏM-ə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafı və ÜDM-də onun payının artırılması üçün tədbirlərin gücləndirilməsi;

- beynəlxalq ekspertlərin iştirakı ilə milli və beynəlxalq elmi-praktik konfranslar, simpoziumlar və mütəxəssislər arasında təcrübə mübadiləsi də daxil olmaqla digər tədbirlərin təşkil edilməsi;

-  əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması sahəsində hüquqi maarifləndirmə işlərinin genişləndirilməsi, o cümlədən dialoq və debatların təşkili.

2. Fəaliyyət

 Tərəflər bu Memorandumun məqsədləri üçün ƏM sahəsində bir sıra birgə layihələr həyata keçirəcəklər. Hər hansı xüsusi əməkdaşlıq layihəsi Tərəflərin qarşılıqlı razılığı və Tərəflərin büdcə və işçi məhdudiyyətləri nəzərə alınmaqla həyata keçiriləcəkdir.

3. İştirak edən təşkilatlar

 Azərbaycan Respublikasının Hökuməti hər bir konkret hal üzrə bu Memorandum çərçivəsində əməkdaşlıq layihələrinin yerinə yetirilməsinə cəlb olunacaq aidiyyəti hökumət orqanları və rəsmilərini, hüquqi şəxsləri, təşkilatları və şəxsləri müəyyən edəcəkdir.

4. Əlavə və dəyişikliklər

 Bu Memoranduma istənilən əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. Belə əlavə və dəyişikliklər bu Memorandumun ayrılmaz tərkib hissəsi olan və 6-cı maddəsi ilə müəyyən olunan qaydada qüvvəyə minən ayrıca Protokollar formasında rəsmiləşdirilir. 

5. Mübahisələrin həlli 

Bu Memorandumun təfsiri və ya tətbiqi ilə bağlı bütün mübahisə və fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

6. Yekun müddəalar

Bu Memorandum onun qüvvəyə minməsi üçün zəruri olan Azərbaycan Respublikasının daxili prosedurlarının yerinə yetirilməsini təsdiq edən yazılı bildirişin diplomatik kanallar vasitəsilə ÜƏMT tərəfindən alındığı tarixdən qüvvəyə minir.

Bu Memorandum qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərdən biri bu Memorandumu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə üç ay əvvəldən yazılı bildirişi təqdim etməyənədək qüvvədə qalacaqdır.

Bu Memorandumun ləğv edilməsi Memorandumun qüvvədə olduğu müddətdə  razılaşdırılmış, başlanmış və başa çatmamış müqavilə və layihələrə təsir etməyəcəkdir.

Bu Memorandum Bakı şəhərində, 2014-cü il “14” may tarixində, hər biri Azərbaycan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Memorandumun müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.

 

Azərbaycan Respublikasının

Hökuməti adından

 

 

                                 Ümumdünya Əqli Mülkiyyət    

                             Təşkilatı (ÜƏMT) adından

    

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır