| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Sazişlər, müqavilələr, konvensiyalar
Çap versiyası
31.07.2010
PATENT PROSEDURU MƏQSƏDLƏRİ ÜÇÜN MİKROORQANİZMLƏRİN DEPOZİTLƏŞDİRİLMƏSİNİN BEYNƏLXALQ TANINMASI HAQQINDA BUDAPEŞT MÜQAVİLƏSİ

Rus dilində olan rəsmi mətndən tərcümə. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı. Cenevrə, 1982.

GİRİŞ MÜDDƏALARI

Maddə 1. İttifaqın təsisi.

Bu Müqavilənin iştirakçısı olan dövlətlər (bunan sonra - "Saziş bağlayan dövlətlər") Patent proseduru məqsədləri üçün mikroorqanizmlərin depozitləşdirilməsinin beynəlxalq tanınması üzrə ittifaq yaradırlar.

Maddə 2. Müəyyən etmələr.

Bu Müqavilənin və Təlimatın məqsədləri üçün:

(I) "patent" ifadəsinə edilən istinadlar ixtiralara aid patentlərə, ixtiralara aid müəlliflik şəhadətnamələrinə, faydalılıq haqqında şəhadətnamələrə, faydalı modellərə, əlavə patent və şəhadətnamələrə, əlavə müəlliflik şəhadətnamələrinə və faydalılığa dair əlavə şəhadətnamələrə edilən istinadlar kimi başa düşülməlidir;

(II) "mikroorqanizmin depozitləşdirilməsi" - həmin sözlərin ifadə edildiyi kontekstə uyğun olaraq bu Müqavilə və Təlimata müvafıq həyata keçirilən aşağıdakı hərəkətləri bildirir: mikroorqanizmi alan və qəbul edən depozitləşdirmə üzrə beynəlxalq orqana mikroorqanizmin verilməsini və ya bu cür mikroorqanizmin beynəlxalq orqan tərəfindən saxlanmasını, yaxud da depozitləşdirmə üzrə göstərilən verilməni və ya saxlanılmanı bildirir;

(III) "patent proseduru" - patentə dair iddia sənədinə və ya patentə aid olan istənilən inzibati və ya hüquqi proseduru bildirir;

(IV) "patent proseduru məqsədləri üçün dərc olunma" - patentə dair iddia sənədinin və ya patentin hamının tanış olması üçün rəsmi dərc olunmasını və ya rəsmi xülasəsini bildirir;

(V) "hökumətlərarası sənaye mülkiyyəti təşkilatı" - 9 (1) maddəsinə uyğun olaraq bəyannamə vermiş istənilən təşkilatı bildirir;

(VI) "sənaye mülkiyyəti idarəsi" - patentlər verməyə müvəkkil edilən razılığa gələn dövlətin orqanını və ya hökumətlərarası sənaye mülkiyyəti təşkilatını bildirir;

(VII) "depozitləşdirmə üzrə idarə" - mikroorqanizmlərin alınmasını, qəbulunu və saxlanmasını, həmçinin onların nümunələrinin verilməsini təmin edən idarəni ifadə edir;

(VIII) "depozitləşdirmə üzrə beynəlxalq orqan" - 7-ci maddəyə əsasən depozitləşdirmə üzrə beynəlxalq orqan statusu alan depozitləşdirmə üzrə idarəni bildirir;

(IX) "depozitor" - mikroorqanizmi alan və qəbul edən depozitləşdirmə üzrə beynəlxalq orqana mikroorqanizmi verən fıziki və ya hüquqi şəxsi, eləcə də adı çəkilən fıziki və ya hüquqi şəxsin istənilən hüquqi varisini bildirir;

(X) "İttifaq" - I maddədə göstərilən İttifaqı bildirir;

(XI) "Assambleya" - X maddədə göstərilən Assambleyanı bildirir;

(XII) "Təşkilat" - Ümumdünya İntellektual Mülkiyyət Təşkilatını bildirir;

(XIII) "Beynəlxalq büro" - Təşkilatın Beynəlxalq bürosunu və hələ ki, bir BİRPİ-lər mövcuddur, İntellektual mülkiyyətin mühafızəsi üzrə Beynəlxalq birləşdirilmiş büroları (BİRPİ) bildirir;

(XIV) "Baş direktor" - Təşkilatın Baş direktorunu bildirir;

(XV) "Təlimat" - XII maddədə göstərilən Təlimatı bildirir.

I FƏSİL. MADDİ-HÜQUQİ MÜDDƏALAR

Maddə 3. Mikroorqanizmlərin depozitləşdirilməsinin tanınması və nəticələri.

(I) (a) Patent proseduru məqsədləri üçün mikroorqanizmlərin depozitləşdirilməsinə icazə verən və ya bunu tələb edən Saziş bağlayan dövlətlər bu məqsədlər üçün mikroorqanizmin depozitləşdirmə üzrə istənilən beynəlxalq orqanda depozitləşdirilməsini tanıyırlar. Bu cür tanıma, depozitləşdirmə üzrə beynəlxalq orqan tərəfindən depozitləşdirmə faktını və tarixini tanımağı, həmçinin depozitləşməyə nümunə kimi verilən mikroorqanizmin nümunə olduğu faktını tanımağı ifadə edir.

(b) İstənilən Saziş bağlayan dövlət depozitləşdirmə üzrə beynəlxalq orqan tərəfındən verilmiş, (a) yarımbəndində göstərilən depozitləşdirməyə dair qəbzin surətini tələb edə bilər.

(2) Bu Müqavilə və Təlimatla tənzimlənən məsələlər barədə Saziş bağlayan dövlətlərin heç biri bu Müqavilə və Təlimatlarda nəzərdə tutulanlardan başqa digər və ya əlavə tələblər irəli sürə bilməz.

Maddə 4. Təkrar depozitləşdirmə.

(l) (a) Əgər depozitləşdirmə üzrə beynəlxalq orqan hər-hansı bir səbəbə görə depozitləşdirilmiş mikroorqanizmin nümunələrini verə bilmirsə, xüsusən:

(I) bu cür mikroorqanizm daha həyat qabiliyyətli deyilsə, və ya

(II) nümunələrin verilməsi, onların xaricə göndərilməsini tələb edirsə, nümunələrin xaricə göndərilməsi və ya onların xaricdə alınması isə ixrac və ya idxal məhdudiyyətləri səbəbindən həyata keçirilə bilməzsə, bu orqan, özünün nümunələri vermək iqtidarında olmadığı faktını müəyyən etdikdən sonra səbəbini göstərməklə depozitoru bu barədə xəbərdar edir və depozitor (2) bəndin müddəalarını nəzərə almaqla və bu bənddə göstərildiyi kimi, ilkin depozitləşdirilmiş mikroorqanizmin təkrar depozitləşdirilməsi hüququna malik olur.

(b) təkrar depozitləşdirmə ilkin depozitləşdirmənin aparıldığı depozitləşdirmə üzrə həmin beynəlxalq orqanda həyata keçirilir, lakin;

(1) əgər ilkin depozitləşdirməni aparan idarə tamamilə və ya depozitləşdirilmiş mikroorqanizmin aid olduğu mikroorqanizm növü barəsində depozitləşdirmə üzrə beynəlxalq orqan statusunu itirmişsə və ya ilkin depozitləşdirmənin həyata keçirildiyi depozitləşdirmə üzrə beynəlxalq orqan, depozitləşdirilmiş mikroorqanizmlər barəsində öz funksiyalarının yerinə yetirilməsinə müvəqqəti və ya daimi xitam vermişsə, təkrar depozitləşdirmə depozitləşdirmə üzrə başqa beynəlxalq orqanda həyata keçirilir;

(II) (a) (II) yarımbəndində qeyd edilən halda depozitləşdirmə, depozitləşdirmə üzrə başqa beynəlxalq orqanda həyata keçirilə bilər.

(c) Depozitor tərəfindən istənilən təkrar depozitləşdirməyə təqdim olunan yeni mikroorqanizmin, ilkin depozitləşdirilmiş mikroorqanizmlə eyni olduğunun təsdiq edən imzalanmış ərizə qoşulur. Əgər depozitorun bu təsdiqi mübahisə doğurarsa, onun sübutu tətbiq edilən qanunvericiliklə tənzimlənir.

(d) (a)-(c) və (e) yarımbəndlərinin müddəaları nəzərə alınmaqla, əgər ilkin depozitləşdirilmiş mikroorqanizmin həyat qabiliyyətliliyinə dair əvvəlki ərizələrdə mikroorqanizmin həyat qabiliyyətli olduğu göstərilmişsə və əgər təkrar depozitləşdirmə (a) yarımbəndində göstərildiyi kimi, depozitor tərəfındən bildirişin alındığı tarixdən üç ay müddətində həyata keçirilmişsə, təkrar depozitləşdirmə ilkin depozitləşdirmə tarixindən həyata keçirilmiş sayılır.

(e) Əgər (b) (I) yarımbəndinin müddəaları tətbiq edilirsə və depozitor (a) yarımbəndində adı çəkilən bildirişi, (b) (I) yarımbəndində göstərilən qurtarma, məhdudlaşdırma və ya xitam verilmə haqqında məlumatların dərc olunma tarixindən altı ay ərzində Beynəlxalq bürodan almırsa, (d) yarımbəndində qeyd edilən üç aylıq müddət göstərilən dərc olunma tarixindən hesablanır.

(2) (l) (a) Bəndində göstərilən hüquq, əgər depozitləşdirilmiş mikroorqanizm depozitləşdirmə üzrə başqa beynəlxalq orqana verilmişsə, həmin orqan bu cür mikroorqanizmin nümunələrini vermək iqtidarında olanadək qüvvədə olmur.

Maddə 5. İxrac və idxal sahəsində məhdudiyyətlər.

Razılığa gələn hər bir dövlət son dərəcə arzuolunan hesab edir ki, mikroorqanizmlərin bəzi növlərinin ixracına və ya idxalına məhdudiyyət olan halda, bu cür məhdudiyyət bu Müqaviləyə uyğun olaraq depozitləşdirilmiş və ya depozitləşdirmə üçün nəzərdə tutulmuş mikroorqanizmlərə yalnız o zaman şamil ediləcəkdir ki, bu məhdudiyyət milli təhlükəsizlik məqsədləri və ya sağlamlıq və ya ətraf mühit üçün təhlükəlilik baxımından zəruri olsun.

Maddə 6. Depozitləşdirmə üzrə beynəlxalq orqanın statusu.

(1) Depozitləşdirmə üzrə beynəlxalq orqan statusu almaq üçün depozitləşdirmə üzrə istənilən orqan, razılığa gələn dövlətin ərazisində yerləşməli və həmin idarənin (2) bənddə sadalanan şərtlərə cavab verdiyi və cavab verməkdə davam edəcəyi barədə bu dövlət tərəfindən verilən təminatlarda olan üstünlüklərdən istifadə etməlidir. Adı çəkilən təminatlar hökumətlərarası sənaye mülkiyyəti təşkilatı tərəfindən də verilə bilər; bu halda depozitləşdirmə üzrə idarə bu təşkilatın üzvü olan dövlətin ərazisində yerləşməlidir.

(2) Depozitləşdirmə üzrə beynəlxalq orqan kimi depozitləşdirmə üzrə idarə:

(I) fasiləsiz mövcud olmalı;

(II) Təlimatda nəzərdə tutulduğu kimi, bu Müqaviləyə uyğun olaraq elmi və inzibati vəzifələrin yerinə yetirilməsi üçün zəruri işçi heyətə və avadanlığa malik olmalı;

(III) qərəzsiz və obyektiv olmalı;

(IV) depozitləşdirmə məqsədilə istənilən depozitor üçün bərabər şərtlərlə əlverişli olmalı;

(V) Təlimatda nəzərdə tutulduğu kimi istənilən və ya müəyyən mikroorqanizm növlərini depozitləşdirmə üçün qəbul etməli, onların həyat qabiliyyətliliyini tədqiq etməli və onları saxlamalı;

(VI) Təlimatda nəzərdə tutulduğu kimi, depozitora həyat qabiliyyəti barədə istənilən tələb olunan şəhadətnamə və arayış verməli;

(VII) depozitləşdirilmiş mikroorqanizmlər barəsində Təlimatda nəzərdə tutulduğu kimi, məxfılik tələblərinə tabe olmalı;

(VIII) şərtlərə əməl etməklə və Təlimatda nəzərdə tutulmuş prosedura uyğun, istənilən depozitləşdirilmiş mikroorqanizmin nümunələrini verməli.

(3) Təlimat, aşağıdakı hallara görə ölçü götürülməsini nəzərdə tutur:

(I) əgər depozitləşdirmə üzrə beynəlxalq orqan depozitləşdirilmiş mikroorqanizmlər barəsində funksiyalarının yerinə yetirilməsini müvəqqəti və ya daimi dayandırarsa və ya ona verilmiş təminatlara uyğun olaraq qəbul etməli olduğu istənilən növ mikroorqanizmləri qəbul etməkdən imtina edərsə;

(II) depozitləşdirmə üzrə hər hansı beynəlxalq orqan tərəfındən depozitləşdirmə üzrə beynəlxalq orqanın statusu məhdudlaşdırıldığı və ya ona xitam verildiyi halda.

Maddə 7. Depozitləşdirmə üzrə beynəlxalq orqan statusu alma.

(I) (a) Depozitləşdirmə üzrə idarə, ərazisində depozitləşdirmə üzrə idarənin yerləşdiyi Saziş bağlayan dövlət tərəfindən Baş direktora ünvanlanan yazılı məlumat və bu idarənin 6(2) maddəsində ifadə olunmuş şərtlərə cavab verdiyi və cavab verməkdə davam edəcəyi barədə təminatları özündə əks etdirən bəyannamə əsasında beynəlxalq orqan statusu alır. Göstərilən status həmçinin hökumətlərarası sənaye mülkiyyəti təşkilatı tərəfindən Baş direktora ünvanlanan yazılı məlumatına və adı çəkilən bəyannaməni əks etdirdiyi məlumat əsasında da əldə edilə bilər.

(b) Bu məlumat, Təlimatda nəzərdə tutulduğu kimi, depozitləşdirmə üzrə idarənin təsisi barədə informasiyanı da özündə əks etdirir və onda depozitləşdirmə üzrə beynəlxalq orqanın statusunun qüvvəyə minməsinin başlanğıc tarixi göstərilə bilər.

(2) (a) Baş direktor hesab edərsə ki, məlumat tələb olunan bəyannaməni ehtiva edir və tələb olunan bütün informasiyalar alınmışdır, onda həmin məlumat dərhal Beynəlxalq büro tərəfindən dərc olunur.

(b) Depozitləşdirmə üzrə beynəlxalq orqan statusu, məlumat dərc olunduğu tarixdən və ya əgər tarix (l)(b) bəndinə uyğun göstərilmişsə və həmin tarix məlumatın dərc olunduğu tarixdən daha gec tarixdirsə - o tarixdən başlayaraq əldə edilir.

(3) (1) və (2) bəndlərinə uyğun prosedur təfsilatları Təlimatda nəzərdə tutulmuşdur.

Maddə 8. Depozitləşdirmə üzrə beynəlxalq orqan statusuna xitam verilməsi və onun məhdudlaşdırılması.

(l) (a) İstənilən razılığa gələn dövlət və ya istənilən hökumətlərarası sənaye mülkiyyəti təşkilatı tələb edə bilər ki, Assambleya hər hansı orqanın depozitləşdirmə üzrə beynəlxalq orqan kimi statusuna o əsasla xitam versin və ya onu müəyyən mikroorqanizm növləri ilə məhdudlaşdırsın ki, 6-cı maddədə sadalanan şərtlərə əməl edilməmişdir və ya artıq əməl edilmir. Lakin razılığa gələn dövlət və ya hökumətlərarası sənaye mülkiyyəti təşkilatı tərəfindən bu cür tələb, 7(1)(a) maddəsinə uyğun bəyannamə verən depozitləşdirmə üzrə beynəlxalq orqana şamil edilə bilməz.

(b) (a)yarımbəndində göstərilənlərə uyğun tələb irəli sürülənə kimi, Saziş bağlayan dövlət və ya hökumətlərarası sənaye mülkiyyəti təşkilatı irəli sürdüyü tələbləri Baş direktor vasitəsi ilə, 7(1) maddəsinə uyğun olaraq yazılı məlumat və bəyannamə vermiş Saziş bağlayan dövlətə və ya hökumətlərarası sənaye mülkiyyəti təşkilatına ona görə bildirir ki, həmin dövlət və ya təşkilat qeyd edilən bildirişi aldığı tarixdən altı ay müddətində təklif edilən tələbi aradan qaldırmağa imkan verən müvafıq tədbirlər görmək imkanına malik olsun.

(s) Assambleya tələbi yetərincə əsaslandırılmış hesab edərsə, o həmin orqana verilmiş, (a) yarımbəndində adı çəkilən depozitləşdirmə üzrə beynəlxalq orqan statusuna xitam verilməsinə və ya onun müəyyən mikroorqanizm növləri ilə məhdudlaşdırılmasına dair qərar qəbul edir. Assambleyanın bu qərarı həmi tələbin lehinə verilmiş səslərin üçdə iki çoxluğunu tələb edir.

(2)(a) 7(1)(a) maddəsində adı çəkilən təminatları olan bəyannamə təqdim edən razılığa gələn dövlət və ya hökumətlərarası sənaye mülkiyyəti təşkilatı Baş direktorun adına yazılı məlumat göndərməklə öz bəyannaməsini tamamilə, yaxud da müəyyən mikroorqanizm növləri barəsində geri götürə bilərlər, bəyannamənin təminatları etibarsız olduqda isə istənilən halda bəyannamə geri götürülməlidir.

(b) Bu cür məlumat, Təlimatda nəzərdə tutulduğu tarixdən, əgər bütövlükdə bəyannaməyə aiddirsə depozitləşdirmə üzrə beynəlxalq orqan statusuna xitam verilməsinə, yaxud da yalnız müəyyən mikroorqanizm növlərinə aiddirsə bu statusun məhdudlaşdırılmasına səbəb olur.

(3) (1) və (2) bəndlərinə uyğun prosedur təfsilatları Təlimatda nəzərdə tutulmuşdur.

Maddə 9. Hökumətlərarası sənaye mülkiyyəti təşkilatları.

(l) (a) Regional patentlərin verilməsi barədə bir neçə dövlətin tapşırığını alan istənilən beynəlxalq təşkilat və sənaye mülkiyyətinin mühafizəsi üzrə Beynəlxalq (Paris) ittifaqın üzvü olan istənilən dövlət Baş direktora bəyannamə verə bilər ki, o 3(1)(a) maddəsində nəzərdə tutulan tanıma barədə öhdəliyi, 3(2) maddəsində adı çəkilən tələblərə dair öhdəliyi qəbul edir və bu Müqavilənin və Təlimatın sənaye mülkiyyəti sahəsində beynəlxalq təşkilatlara tətbiq edilən müddəalarından irəli gələn bütün öhdəlikləri qəbul edir. Yuxarıda göstərilən bəyannamə, bu Müqavilənin 16(1) maddəsinə uyğun qüvvəyə mindiyi tarixə qədər veribrsə, onun fəaliyyəti bu Müqavilənin qüvvəyə mindiyi tarixindən başlayır. Bəyannamə bu Müqavilə qüvvəyə mindiyi tarixdən sonra verildiyi halda, onda bəyannamədə daha gec tarixə göstərilməyibsə, onun fəaliyyəti bəyannamənin verildiyi tarixdən üç ay sonra başlayır. Sonuncu halda bəyannamənin qüvvəsi onda göstərilən tarixdən başlayır.

(b) Yuxarıda göstərilən təşkilat 3(l)(b) maddəsində nəzərdə tutulan hüquqa malikdir.

(2) Bu Müqavilə və Təlimatın istənilən müddəalarına yenidən baxılması və ona düzəlişlərin edilməsi zamanı hökumətlərarası sənaye mülkiyyəti təşkilatlarının mənafelərinə toxunularsa, istənilən hökumətlərarası sənaye mülkiyyəti təşkilatı Baş direktora bildiriş göndərməklə (1) bəndində adı çəkilən bəyannaməni geri götürə bilər. Bu cür geri götürmə aşağıdakı müddətdə qüvvəyə minir:

(I) yenidən baxılmış və ya dəyişdirilmiş müddəaların qüvvəyə minmə tarixinədək bildiriş alındıqda - həmin tarixdən;

(II) bildiriş (I) yarımbəndində göstərilən tarixdə alındıqda - bildirişdə göstərilən tarixdən və ya bu cür bildiriş olmadıqda isə, bildiriş alınan tarixdən üç ay sonra.

(3) (2) bəndində göstərilən hala əlavə olaraq istənilən hökumətlərarası sənaye mülkiyyəti təşkilatı Baş direktora bildiriş göndərməklə, (l)(a) bəndində adı çəkilən bəyannaməni geri götürə bilər. Bu cür geri götürmə, Baş direktor bildirişi aldığı tarixdən iki il sonra qüvvəyə minir. Bu bənddə göstərilən tarixdən geri götürməyə dair bildiriş, bəyannamə qüvvəyə mindiyi tarixdən beş il müddət ötməyənə qədər qəbul edilmir.

(4) 7(l) maddəsinə uyğun olaraq depozitləşdirmə üzrə beynəlxalq orqan statusu almiş hökumətlərarası sənaye mülkiyyəti təşkilatı tərəfindən (2) və ya (3) bəndində göstərilən geri götürmə, Baş direktorun bu barədə bildiriş aldığı tarixdən bir il sonra bu cür statusa xitam verilir.

(5) (l)(a) bəndində adı çəkilən istənilən bəyannamə, (2) və ya (3) bəndində göstərilən geri götürmək barədə bildiriş, 6(1) maddəsinin ikinci cümləsinə uyğun təqdim edilmiş və 7(1)(a) maddəsinə uyğun verilmiş və bəyannaməyə daxil edilmiş təminatlar, 8(1) maddəsinə uyğun qoyulmuş tələblər və 8(2) maddəsində adı çəkilən geri götürməklə bağlı bildiriş, üzvləri bu təşkilatın üzv-dövlətləri olan və qərarları bu cür dövlətlərin rəsmi hökumət nümayəndələri tərəfindən qəbul edilən hökumətlərarası sənaye mülkiyyəti təşkilatının ali rəhbər orqanı ilə əvvəlcədən razılaşmağı tələb edir.

II FƏSİL. İNZİBATİ MÜDDƏALAR

Maddə 10. Assambleya.

(1) (a) Assambleya Razılığa gələn dövlətlərdən ibarətdir.

(b) Hər bir Razılığa gələn dövlət müavinləri, müşavirləri və ekspertləri ola bilən bir nümayəndə ilə təmsil olunur.

(c) Hər bir hökumətlərarası sənaye mülkiyyəti təşkilatı Assambleyanın, həmçinin Assambleya tərəfindən təsis edilmiş istənilən komitə və işçi qrupun iclaslarında xüsusi müşahidəçilərlə təmsil olunur.

(d) İttifaq üzvü olmayan, lakin Təşkilatın və ya Sənaye mülkiyyətinin mühafızəsi üzrə Beynəlxalq ittifaqın (Paris ittifaqının) üzvü olan istənilən dövlət və patentlər sahəsində ixtisaslaşan və 2 (v) maddəsində müəyyən edildiyi kimi hökumətlərarası sənaye mülkiyyəti təşkilatı olmayan, istənilən hökumətlərarası sənaye mülkiyyəti təşkilatı Assambleyanın iclaslarında və əgər Assambleya bu cür qərar qəbul edərsə, Assambleya tərəfindən təsis edilən istənilən komitə və ya işçi qrupların iclaslarında müşahidəçi sifətində təmsil oluna bilər.

(2) (a) Assambleya:

(I) İttifaqın saxlanılmasına və inkişafına, bu Müqavilənin tətbiqinə aid bütün məsələlərə baxır;

(II) bu Müqaviləyə uyğun olaraq, xüsusi olaraq ona həvalə edilmiş və ya tapşırılmış hüquqları həyata keçirir və vəzifələri yerinə yetirir;

(III) Baş direktora yenidən baxılma üzrə konfransların təşkili barədə göstərişlər verir;

(IV) Baş direktorun İttifaqa aid hesabatlarını və fəaliyyətini araşdırır və onları təsdiq edir və İttifaqın səlahiyyətlərinə daxil olan məsələlər üzrə ona bütün zəruri təlimatları verir;

(V) İttifaqın işinə yardım üçün zəruri saydığı komitə və işçi qrupları yaradır;

(VI) (l)(d) bəndinin müddəalarını nəzərə almaqla, Razılığa gəlməyən dövlətlərdən, 2 (v) bəndində müəyyən edilən hökumətlərarası sənaye mülkiyyəti təşkilatı olmayan hökumətlərarası təşkilatlardan və beynəlxalq qeyri-hökumət təşkilatlarından hansıların onun iclaslarına müşahidəçi kimi iştirak edəcəyi və depozitləşdirmə üzrə beynəlxalq orqanlardan isə hansıların onun iclaslarında nə dəracədə müşahidəçi kimi iştirak edəcəyini müəyyən edir;

(VII) İttifaqın məqsədlərinə nail olmağa yönəlmiş istənilən digər lazımi hərəkətləri həyata keçirir;

(VIII) bu müqavilədən irəli gələn bütün digər funksiyaları yerinə yetirir.

(b) Təşkilat tərəfindən rəhbərliyin həyata keçirildiyi digər İttifaqlar üçün də maraq kəsb edən məsələlər üzrə Assambleya Təşkilatın Koordinasiya komitəsinin rəyini dinləyərək qərarlar qəbul edir.

(3) Nümayəndə yalnız bir dövləti təmsil edə və yalnız onun adından səs verə bilər.

(4) Hər bir Razılığa gələn dövlət bir səsə malikdir.

(5) (a) Razılığa gələn dövlətlərin yarısı yetərsay təşkil edir.

(b) Yetərsay olmadıqda belə Assambleya qərarlar qəbul edə bilər, lakin Assambleyanın bütün qərarları, onun öz prosedur qaydalarına aid olanlar istisna olmaqla, yalnız o vaxt qüvvəyə minir ki, Təlimatda nəzərdə tutulduğu kimi, yetərsaya və zəruri səs çoxluğuna yazışma vasitəsi ilə nail olunsun.

(6) (a) 8 (l) (c), 12 (4) və 14 (2) maddələrinin müddəaları nəzərə alınmaqla Assambleya öz qərarlarını verilən səslərin çoxluğu ilə qəbul edir.

(b) səsvermədə bitərəf qalanların səsləri hesablanmada hesaba alınmır.

(7) (a) Assambleya əsasən Təşkilatın Baş assambleyası ilə eyni zamanda və eyni yerdə Baş direktorun çağırışı ilə üç ildə bir dəfə növbəti sessiyaya toplanır.

(b) Assambleya Baş direktor tərəfindən çağrılan fövqəladə sessiyaya onun öz təşəbbüsü, yaxud da Razılığa gələn dövlətlərin dörddə birinin tələbi ilə toplanır.

(8) Assambleya öz prosedur qaydalarını qəbul edir.

Maddə 11. Beynəlxalq büro.

(1) Beynəlxalq büro:

(I) İttifaqın inzibati məsələlərini, o cümlədən bu Müqavilə, Təlimat və ya Assambleya tərəfindən xüsusi olaraq onun üzərinə qoyulmuş vəzifələri həyata keçirir;

(II) yenidən baxılma üzrə konfransların, Assambleyanın, Assambleya tərəfindən təsis edilmiş komitə və işçi qrupların və Baş direktor tərəfindən çağrılan və İttifaqa aid məsələlərə baxan istənilən digər iclasların katiblik funksiyalarını yerinə yetirir.

(2) Baş direktor İttifaqın yüksək vəzifəli şəxsidir və İttifaqı təmsil edir.

(3) Baş direktor İttifaqa aid məsələlərə baxılması üçün bütün iclasları çağırır.

(4) (a) Baş direktor və ya onun təyin etdiyi istənilən heyət üzvü Assambleyanın və Assambleya tərəfındən yaradılan ekspert Komitələrinin və işçi qrupların bütün iclaslarında, həmçinin Baş direktor tərəfindən çağrılan və İttifaqa aid məsələlərə baxan istənilən digər iclaslarda səsvermə hüququndan məhrumdurlar.

(b) Baş direktor və ya onun tərəfindən təyin olunan heyyət üzvü Assambleyanın, həmçinin (a) yarımbəndində göstərilən komitələrin və işçi qrupların, həmçinin Baş direktor tərəfindən çağrılan və İttifaqa aid məsələlərə baxan istənilən digər iclasların ex offıcio katibləridir.

(5) (a) Baş direktor Assambleyanın göstərişinə uyğun olaraq, yenidən baxılma üzrə konfransların hazırlanmasını həyata keçirir.

(b) Baş direktor yenidən baxılma üzrə konfransların hazırlanması məsələləri ilə əlaqədar hökumətlərərarası və beynəlxalq qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr apara bilər.

(c) Baş direktor və onun təyin etdiyi şəxs yenidən baxılma üzrə konfransların işində səsvermə hüququna malik olmadan iştirak edir.

(d) Baş direktor və ya onun təyin etdiyi şəxs yenidən baxılma üzrə istənilən konfransın ex offıcio katibləridir.

Maddə 12. Təlimat.

(1) Təlimatla aşağıdakılara aid qaydalar nəzərdə tutulmuşdur:

(I) barələrində bu Müqavilənin xüsusi olaraq Təlimata istinad etdiyi və ya onların müəyyən edildiyini, yaxud müəyyən ediləcəyini xüsusi olaraq nəzərdə tutan tələblərə;

(II) istənilən inzibati tələblərə, məsələlərə və ya proseduralara;

(III) bu Müqavilənin tətbiqi üçün faydalı olan istənilən təfsilatlara.

(2) Bu Müqavilə ilə eyni zamanda qəbul edilən Təlimat bu Müqaviləyə qoşulur.

(3) Assambleya Təlimata düzəlişlər etmək hüququna malikdir.

(4) (a) (b) yarımbəndinin müddəalarını nəzərə almaqla Təlimata istənilən düzəlişin qəbul edilməsi üçün verilmiş səslərin üçdə iki çoxluğu tələb olunur.

(b) Depozitləşdirmə üzrə beynəlxalq orqanlar tərəfindən depozitləşdirilmiş mikroorqanizm nümunələrinin verilməsinə aid istənilən düzəlişin qəbul edilməsi üçün tələb olunur ki, Razılığa gələn dövlətlərdən heç hansı təklif olunan düzəlişin əleyhinə səs verməsin.

(5) Bu Müqavilənin və Təlimatın müddəaları arasında uyğunsuzluqlar olduqda, Müqavilənin müddəaları tətbiq edilir.

III FƏSİL. YENİDƏN BAXILMA VƏ DÜZƏLİŞLƏR

Maddə 13. Müqaviləyə yenidən baxılma.

(1) Bu Müqaviləyə zaman-zaman Razılığa gələn dövlətlərin konfranslarında yenidən baxıla bilər.

(2) Yenidən baxılma üzrə istənilən konfrans çağrılmasına dair qərar Assambleya tərəfindən qəbul edilir.

(3) 10 və 11-ci maddələrə düzəlişlər yenidən baxılma üzrə konfransda və ya 14-cü maddəyə uyğun qəbul edilə bilər.

Maddə 14. Müqavilənin bəzi müddəalarına düzəlişlər.

(l) (a) Bu maddəyə uyğun olaraq 10 və 11-ci maddələrə düzəlişlər edilməsi barədə təkliflər istənilən Razılığa gələn dövlət və ya Baş direktor tərəfindən edilə bilər.

(b) Bu cür təkliflər Baş direktor tərəfindən, Assambleyada onların baxılmasına ən azı altı ay qalanadək Razılığa gələn dövlətlərə göndərilir.

(2) (a) (l) bəndində göstərilən düzəlişlər Assambleya tərəfindən qəbul edilir.

(b) 10-cu maddəyə istənilən düzəlişin qəbul edilməsi üçün verilmiş səslərin beşdə dörd çoxluğu tələb olunur; 11-ci maddəyə istənilən düzəliş edilməsi üçün verilmiş səslərin dörddə üç səs çoxluğu tələb olunur.

(3) (a) (l) bəndində göstərilən maddələrə istənilən düzəliş, onun qəbulu ilə bağlı hər bir dövlətin konstitusiya proseduruna uyğun həyat keçirilmiş və bu düzəlişin qəbulu zamanı Assambleyaya üzv olan Razılığa gələn dövlətlərin dördə üçündən Baş direktorun yazılı bildirişlər aldığı tarixdən bir ay sonra qüvvəyə minir.

(b) göstərilən maddələrə bu qayda ilə edilən istənilən düzəliş, Assambleyada düzəlişin qəbul edildiyi zaman Assambleyaya üzv olan bütün Razılığa gələn dövlətlər üçün məcburidir; lakin adı çəkilən Razılığa gələn dövlətlər üçün maliyyə öhdəlikləri yaradan və ya bu cür öhdəlikləri artıran istənilən düzəliş, yalnız bu cür düzəlişin, onlar tərəfindən qəbul edildiyi barədə bildiriş verən Razılığa gələn dövlətlər üçün məcburidir.

(c) (a) yarımbəndinin müddəalarına uyğun qəbul edilən və qüvvəyə minən istənilən düzəliş, həmin düzəlişin Assambleyada qəbul edildiyi tarixdən sonra yaranan Razılığa gələn dövlətlər tərəfındən qəbul olunması məcburidir.

IV FƏSİL. YEKUN MÜDDƏALAR

Maddə 15 Müqavilədə iştirak.

(1) Sənaye mülkiyyətinin mühafızəsi üzrə Beynəlxalq ittifaqın (Paris ittifaqının) üzvü olan istənilən dövlət aşağıdakı yolla bu müqavilənin iştirakçısı ola bilər:

(I) Müqaviləni imzalayaraq ratifıkasiya bəyannaməsini saxlanılmaq üçün təhvil verməklə, və ya

(II) Müqaviləyə qoşulma aktını saxlanılmaq üçün təhvil verməklə.

(2) Ratifikasiya bəyannaməsi və ya qoşulma akti saxlanılmaq üçün Baş direktora təhvil verilir.

Maddə 16. Müqavilənin qüvvəyə minməsi.

(1) Bu Müqavilə, saxlanılmaq məqsədilə özünün ratifıkasiya bəyannaməsini və ya qoşulma aktinı təhvil verən ilk beş dövlət üçün, beşinci ratifıkasiya bəyannaməsi və ya qoşulma aktı saxlanılmaq məqsədilə təhvil verilən tarixdən üç ay sonra qüvvəyə minir.

(2) İstənilən digər dövlət üçün bu Müqavilə, ratifıkasiya bəyannaməsində və ya qoşulma aktında daha gec tarix göstərilməyibsə, həmin dövlətlər tərəfindən ratifıkasiya bəyannaməsi və ya qoşulma aktı saxlanılmaq üçün təhvil verildiyi tarixdən üç ay sonra qüvvəyə minir. Sonuncu halda bu Müqavilə, həmin dövlətin göstərdiyi tarixdən qüvvəyə minir.

Maddə 17. Müqaviləni denonsasiya etmə.

(1) İstənilən Razılığa gələn dövlət Baş direktora bildiriş göndərməklə bu Müqaviləni denonsasiya edə bilər.

(2) Denonsasiya, Baş direktorun bu cür bildirişi aldığı gündən iki il sonra qüvvəyə minir.

(3) (l) bəndində nəzərdə tutulmuş denonsasiya etmə hüququndan, Razılığa gələn dövlətlərin heç biri, bu müqaviləyə üzv olduğu tarixdən etibarən beş il müddət ötməyənə kimi istifadə edə bilməz.

(4) 7 (1)(a) maddəsinə uyğun Razılığa gələn dövlət tərəfindən bəyan edilmiş, bu qayda ilə depozitləşdirmə üzrə beynəlxalq orqan statusu almış depozitləşdirmə üzrə idarə barəsində bu müqavilənin etibarsız hesab edilməsi, Baş direktorun (1) bəndində adı çəkilən bildirişi aldığı gündən bir il sonra bu cür statusa xitam verilməsinə səbəb olur.

Maddə 18. Müqavilənin imzalanması və dillər.

(l) (a) Bu Müqavilə bir əsil nüsxədə ingilis və fransız dillərində imzalanır və hər iki mətn tamamilə eyni qüvvəlidir.

(b) Bu Müqavilənin başqa dillərdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatını təsis edən Konvensiyanın imzalandığı dillərdə rəsmi mətnləri, maraqlı hökumətlərlə məsləhətləşmələrdən sonra və bu Müqavilə imzalandığı tarixdən etibarən iki ay ərzində başqa dillərdə Baş direktor tərəfindən hazırlanır.

(c) Bu Müqavilənin rəsmi mətnləri, maraqlı hökumətlərlə məsləhətləşmələrdən sonra, alman, ərəb, italyan, yapon və portuqal dillərində, həmçinin Assambleyanın müəyyən etdiyi digər dillərdə, Baş direktor tərəfındən işlənib hazırlanır.

(2) Bu Müqavilə Budapeştdə imzalanma üçün 1977-ci il dekabrın 31-dək açıqdır.

Maddə 19. Müqavilənin saxlanılması; surətlərin göndərilməsi; müqavilənin qeydiyyatı.

(1) Bu Müqavilənin əsl mətni, Müqavilə imzalanma üçün bağlandıqdan sonra saxlanılmaq üçün Baş direktora təhvil verilir.

(2) Baş direktor, bu Müqavilənin və Təlimatın onun tərəfindən təsdiq edilmiş iki surətini 15(l) maddəsində adı çəkilən bütün dövlətlərin hökumətlərinə, 9(l)(a) maddəsinə uyğun olaraq bəyannamə verə bilən hökumətlərarası təşkilatlara və tələb üzrə istənilən digər dövlətin hökumətinə göndərir.

(3) Baş direktor bu Müqaviləni Birləşmiş Millətlər Təşkilatının katibliyində qeydiyyatdan keçirir.

(4) Baş direktor bu Müqaviləyə və Təlimata istənilən düzəlişin onun tərəfindən təsdiq edilmiş iki surətini bütün marağı olan dövlətlərə, bütün hökumətlərarası sənaye mülkiyyəti təşkilatlarına və tələb üzrə 9(1)(a) maddəsinə uyğun bəyannamə verə bilən istənilən digər dövlətin hökumətinə və istənilən digər hökumətlərarası təşkilata göndərir.

Maddə 20. Bildirişlər.

Baş direktor Razılığa gələn dövlətləri, hökumətlərarası sənaye mülkiyyəti təşkilatlarını və İttifaq üzvü olmayan, lakin sənaye mülkiyyətinin mühafızəsi üzrə Beynəlxalq ittifaqın (Paris ittifaqının) üzvü olan dövlətlərə aşağıdakılar barədə məlumat verir:

(I) 18-ci maddəyə uyğun imzalanmalar barədə

(II) 15(2) maddəsinə uyğun olaraq Ratifıkasiya bəyannaməsinin və ya qoşulma aktının saxlanılmaq üçün təhvil verilməsi barədə;

(III) 9(l)(a) maddəsinin müddəalarına uyğun verilmiş bəyannamələr və 9(2) və ya (3) maddələrinə uyğun geri götürməyə dair bildirişlər barədə;

(IV) 16(1) maddəsinə uyğun olaraq bu Müqavilənin qüvvəyə minmə tarixi barədə;

(V) 7 və 8-ci maddələrə uyğun bildirişlər, həmçinin 8-ci maddəyə uyğun digər qərarlar barədə;

(VI) 14(3) maddəsinə uyğun bu Müqaviləyə düzəlişlər qəbul edilməsi barədə;

(VII) Təlimata istənilən düzəliş barədə;

(VIII) Müqaviləyə və ya Təlimata düzəlişlərin qüvvəyə minməsi tarixləri barədə;

(IX) 17-ci maddəyə uyğun alınmış denonsasiya barədə.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır