| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Sazişlər, müqavilələr, konvensiyalar
Çap versiyası
31.07.2010
PATENT SAHƏSİ ÜZRƏ BEYNƏLXALQ VƏ DÖVLƏTLƏRARASI SAZİŞLƏR (MÜQAVİLƏLƏR)

Bu bölmədə Patent sahəsi üzrə Azərbaycan Respublikasının qoşulduğu konvensiyalar, imzalanan beynəlxalq və ikitərəfli sazişlər, müqavilələr haqqında məlumatlar var.

Beynəlxalq sazişlər

ÜƏMT-ni təsis edən Konvensiya Stokholmda 14.06.1967-ci ildə imzalanıb, 28.09.1979-ci ildə dəyişiklər və əlavələr edilib. Azərbaycan Respublikasında 25.12.1995-ci ildə qüvvəyə minib;

Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası 1883-cü ildə qəbul olunub. 14.12.1900 Brüsseldə, 02.06.1934 Londonda, 31.10.1958 Lissabonda, 14.07.1967 və 02.10.1990 Stokholmda yenidən baxılıb, dəyişikliklər və əlavələr edilib. Azərbaycan Respublikasında 25.12.1995-ci ildə qüvvəyə minib;

Patent Kooperasiyası haqqında Müqavilə (PCT) 1970-ci ildə qəbul edilib. 02.10.1979-cu il tarixində və 03.02.1984-cü il tarixində müqaviləyə dəyişikliklər edilib. Azərbaycan Respublikasında 25.12.1995-ci ildə qüvvəyə minib;

Əmtəə nişanlarının Beynəlxalq qeydiyyatı haqqında Madrid Sazişi 14.04.1891-ci ildə qəbul olunub. 14.12.1900 Brusseldə, 02.06.1911 Vaşinqtonda, 06.11.1925 Haaqada, 02.06.1934 Londonda, 15.06.1957 Nitsada, 14.06.1967 və 28.09.1979 Stokholmda yenidən baxılıb və dəyişikliklər edilib. Azərbaycan Respublikasında 25.12.1995-ci ildə qüvvəyə minib;

Avrasiya Patent Konvensiyası 12.08.1995-ci ildə qüvvəyə minib. Azərbaycan Respublikasında 25.12.1995-ci ildə qüvvəyə minib;

Patent prosedurası məqsədləri üçün mikroorqanizmlərin depozitləşdirilməsinin beynəlxalq tanınması haqqında Budapeşt Müqaviləsi Azərbaycan Respublikasında 14.10.2003-ci ildə qüvvəyə minib;

Beynəlxalq patent təsnifatı (BFT) haqqmda Strasburq Sazişi Azərbaycan Respublikasında 14.10.2003-ci ildə qüvvəyə minib;

Nişanların qeydiyyatı üçün əmtəə və xitmətlərin beynəlxalq təsnifatı (ƏXBT) haqqında Nitsa Sazişi Azərbaycan Respublikasında 14.10.2003-ci ildə qüvvəyə minib;

Sənaye nümunələrinin beynəlxalq təsnifatı (SNBT) haqqında Lokarno Sazişi Azərbaycan Respublikasında 14.10.2003-ci ildə qüvvəyə minib.

Dövlətlərarası ikitərəfli sazişlər

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında sənaye mülkiyyətinin mühafızəsi sahəsində əməkdaşlıq haqqında saziş (18 iyul 1994 il);

Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş (17 yanvar 1997 il);

Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş (18 iyun 1997 il);

Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş (27 dekabr 1997 il);

Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafızəsi sahəsində əməkdaşlıq haqqında saziş (23 oktyabr 1998 il);

Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş (19 may 2000 il);

Azərbaycan Respublikası Hökuməti və Türk Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş (13 aprel 2004 il);

Azərbaycan Respublikası Höküməti və Belarusiya Respublikası Höküməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş (05 noyabr 2004-ci il tarixdən).

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır