| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Qərarlar
Çap versiyası
31.07.2010
Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Enerjidaşıyıcılardan və sudan səmərəli istifadə edilməsi, onların sərfiyyatının tənzimlənməsi və fərdi uçotunun dəqiq aparılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından, maliyyələşmə mənbəyindən və təyinatından asılı olmayaraq 2004-cü il sentyabrın 1-dən etibarən layihələndirilən və istismara qəbul edilən bütün obyektlərdə (o cümlədən yaşayış evlərində hər bir mənzildə) mütləq qaydada elektrik, qaz və su sayğaclarının quraşdırılması nəzərdə tutulmalı və icra olunmalıdır.
2. "Azərsu" Səhmdar Cəmiyyətinə tapşırılsın ki, içməli su təchizatı üzrə balanslarında olan artezian quyularında və digər su mənbələrində su sayğaclarının qoyulmasını öz vəsaitləri hesabına 2 il müddətində təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə, Maliyyə Nazirliyinə, "Azərenerji", "Azəriqaz" və "Azərsu" səhmdar cəmiyyətlərinə tapşırılsın ki, hal-hazırkı vaxtadək tikilib istifadəyə verilmiş və istismarda olan, mülkiyyət növündən asılı olmayaraq bütün obyektlərdə (o cümlədən yaşayış evlərində hər bir mənzildə) elektrik, qaz və su sayğaclarını quraşdıracaq icraçı təşkilatlar, bu işlərin maliyyələşdirmə mənbəyi və icra müddətləri haqqında razılaşdırılmış təkliflərini qərar qəbul edilməsi üçün 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
4. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinə, "Azərsu" Səhmdar Cəmiyyətinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, bu qərarın 1-ci bəndindəki tələblərə cavab verməyən obyektlərin tikintisinə və istismara qəbuluna yol verilməməsi üçün öz səlahiyyətləri daxilində bütün lazımi tədbirləri görsünlər.
5. Azərbaycan Respublikasında yeni iş yerlərinin yaradılması və yerli istehsalın stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinə və sayğacların istehsalı ilə məşğul olmaq istəyən digər yerli istehsalçılara tapşırılsın ki, Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti, " Azərsu" Səhmdar Cəmiyyətinin və digər kommunal xidməti göstərən təşkilatların texniki təklifləri nəzərə alınmaqla beynəlxalq standartlara cavab verən və rəqabət qabiliyyətli elektrik, qaz və su sayğaclarının istehsalım təşkil etsinlər.
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu sayğacların istehsalının təşkili üçün Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinə və sayğacların istehsalı ilə məşğul olmaq istəyən digər yerli istehsalçılara lazımi kömək göstərsin.
6. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinə tapşırılsın ki:
bu qərarın 1-ci bəndinin icrası ilə əlaqədar respublikada tətbiq olunan müvafiq layihələndirmə normalarında və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydalarında müvafiq dəyişikliklər etsin;
öz səlahiyyətləri daxilində bu qərarın icrasına daimi nəzarət edilməsini və bu sahədə işlərin gedişi haqqında hər rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsini təmin etsin.
7. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə tapşırılsın ki:
- istehsalçı müəssisələrlə birlikdə respublikada istehsal edilən elektrik, qaz və su sayğaclarının müvafiq beynəlxalq standartların tələblərinə uyğun sertifikatlaşdırılmasını təmin etsin;
Azərbaycan Respublikası ərazisində istifadə olunacaq elektrik, qaz və su sayğaclarının Dövlət reyestrinin yaradılmasını təşkil etsin və reyestrə daxil olan məlumatlar barədə ildə 2 dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
8. Bütün aidiyyəti təşkilatlar elektrik, qaz və su sayğaclarının Dövlət reyestrinə daxil edilməli olan məlumatları müvafiq qaydada Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə təqdim etsinlər.
9. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 27 iyul 2004-cü il
№ 101

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır