| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Qərarlar
Çap versiyası
31.07.2010
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT ELM VƏ TEXNİKA KOMİTƏSİNİN APELLYASİYA KOMİSSİYASI HAQQINDA ƏSASNAMƏ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 155 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Dövlət Eİm və Texnika Komitəsinin Apellyasiya Komissiyası sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan daimi Komissiyadır.

1.2. Apellyasiya Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, sənaye mülkiyyətinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Apellyasiya Komissiyası sənaye mülkiyyətinin mühafizəsi sahəsində hüquqi münasibətlərin pozulması, mübahisələrin yaranması ilə bağlı vəsatət Dövlət Elm və Texnika Komitəsinə (DETK) daxil olduqda toplanır.

1.4. Apellyasiya Komissiyasının üzvlərinə haqqın ödənilməsi rüsumlardan toplanmış vəsait hesabına qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

1.5.Azərbaycan Respublikasının və xarici ölkələrin hər hansı maraqlı hüquqi və fiziki şəxslərinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində hüquqlarının pozulması və mübahisələrin yaranması ilə əlaqədar Apellyasiya Komissiyasına müraciət etmək hüququ vardır.

1.6. Apellyasiya Komissiyasında mübahisələrə baxılma Azərbaycan dilində aparılır. Apellyasiya Komissiyasında iştirak edən Azərbaycan dilini bilməyən şəxslərə mubahisə materialları ilə tanışlıq və tərəf kimi iştirak üçün tərcüməçinin xidmətlərindən istitadə hüququ verilir.

2. Apellyasiya Komissiyasının məqsədi

2.1. Apellyasiya Komissiyasının məqsədi aşagıdakılardan ibarətdir:

- etirazlara baxılarkən hüquqi və fiziki şəxslərin (bundan sonra - iddiaçılar), sənaye nıülkiyyəti obyektləri sahiblərinin, həmçinin digər şəxslərin qanuni hüquqlarının təmin edilməsi;

- Apellyasiya Komissiyasına verilən etirazlara baxma praktikasını öyrənməklə sənaye mülkiyyətinin mühafizəsi sahəsində qanunvericilik aktlarının və normativ sənədlərin təkmilləşdirılməsinə aid təkliflərin işlənib hazırlanması;

- Apellyasiya Komissiyasında etirazlara baxma praktikasının təhlilinə və beynəlxalq təşkilatların tövsiyələrinə əsasən mübahisələrə baxma qaydalarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması.

3. Apellyasiya Komissiyasının hüquq və vəzifələri

3.1. Apellyasiya Komissiyasının üzvləri etiraza baxarkən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müstəqil şəkildə fəaliyyət göstərir, qəbul olunan qərarların əsaslı və qanuni olmasını təmin edirlər.

3.2. Apellyasiya Komissiyası öz qarşısında duran məsələlərin həlli üçün aşağıdakı hüquqlara malikdir:

- zəruri hallarda etiraz vermiş iddiaçılardan, mühafizə sənədi sahiblərindən, patent müvəkkillərindən, digər hüquqi və fiziki şəxslərdən Apellyasiya Komissiyasının qərarını çıxarmaq üçün lazım olan sənədləri tələb etmək;

- etiraza baxdıqdan sonra müvafiq qərar qəbul etmək;

- ekspertizanın qəbul etdiyi qərarla bağlı məsələlərə baxan zaman onların müzakirəsinə lazımi mütəxəssisləri cəlb etmək;

- iddiaçıları, mühafizə sənədlərinin sahiblərini, onların nümayəndələrini, işdə marağı olan başqa hüquqi və ya fiziki şəxslərin səlahiyyətli nümayəndələrini, o cümlədən baxılan məsələ ilə bağlı DETK-nın əməkdaşlarının müəyyən olunmuş qaydada Apellyasiya Komissiyasının iclaslarına dəvət etmək.

3.3. Apellyasiya Komissiyası öz məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

- daxil olan etirazlara baxaraq müvafiq qərar qəbul edir;

- öz səlahiyyəti çərçivəsində bildiriş, sorğu, qərar formalarını işləyib hazırlayır;

- Apellyasiya Komissiyasında mübahisələrə baxma qaydalarının təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

- öz fəaliyyətinə aid materialları DETK-nın rəsmi nəşrlərində dərc etınək üçün hazırlayır.

3.4. Apellyasiya Komissiyası mübahisələrə baxarkən iddia qaldıranın, işdə marağı olan hüquqi və ya fiziki şəxsin vəsatətinə əsasən müzakirələrin qapalı aparılmasını təmin edə bilər. Bu halda Apellyasiya Komissiyasının işində iştirak edən şəxslər kommersiya sirri təşkil edən məlumatların qapalılığını (açıqlanmamasını) gözləmək haqqında iltizam verirlər.

4. Apellyasiya Komissiyasının strukturu

4.1. Apellyasiya Komissiyasının sədri, katibi və üzvləri DETK-nın sədrinin əmri ilə işə təyin və azad edilirlər:

- Apellyasiya Komissiyasının sədri Apellyasiya Komissiyasının fəaliyyətinə rəhbərlik edir.

- Apellyasiya Komissiyasının katibi:

cari işləri təşkil edir, Apellyasiya Komissiyasının kargüzarlıq işlərini aparır;

iclasları təşkil edir;

konkret işə baxmaq üçün Apellyasiya Komissiyasının tərkibini Apellyasiya Komissiyasının sədri ilə razılaşdırır;

işə baxma prosesində iştirak edir.

4.2. Apellyasiya Komissiyasının sədri etirazla əlaqədar vacib sayılan mütəxəssislərin, hüquqşünasların siyahısını tərtib edərək təsdiq üçün DETK-nın sədrinə təqdim edir.

4.3. Apellyasiya Komissiyasının tərkibi üç nəfərdən az olmamalıdır.

5. Apellyasiya Komissiyasında baxılan məsələlər

5.1. Apellyasiya Komissiyası səlahiyyəti çərçivəsində aşağıdakı məsələlərə baxır:

a) ixtira, faydalı model və sənaye nümunəsinə patent verilməsindən imtina qərarı barəsində verilən etirazlara;

b) ixtira, faydalı model və sənaye nümunələri barəsində dərc olunmuş iddia sənədlərinə qarşı verilən etirazlara;

c) verilmiş patentlə əlaqədar daxil oları etirazlara;

ç) "Patent haqqında" Qanunun 37-ci maddəsinə görə patentin etibarsız sayılmasına dair yaranan mübahisələrə;

d) ilkinliklə əlaqədar yaranan mübahisələrə;

e) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinin ilkin ekspertizası zamanı qəbul olunmuş imtina qərarına qarşı verilən etirazlara;

ə) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinə görə ekspertizanın qəbul etdiyi imtina qərarına qarşı verilən etirazlara;

f) əmtəə nişanının, coğrafi göstəricinin qeydə alınması faktına qarşı verilən etirazlara;

g) mütləq və digər əsaslar pozulmaqla qeydiyyata alınmış əmtəə nişanına qarşı verilən etirazlara;

ğ) əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz 5 il istifadə olunmadıqda qeydiyyata xitam verilməsi ilə əlaqədar təqdim olunan etirazlara;

h) patent müvəkkillərinin attestasiyası, qeydiyyatı və fəaliyyəti ilə əlaqədar verilən etirazlara.

5.2. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsləri Apellyasiya Komissiyasına bilavasitə özləri və ya səlahiyyətləri qanunvericiliklə müəyyən olunmuş qaydada etibarnamə ilə təsdiq olunmuş nümayəndələri etiraz verə, onlar üzrə yazışmalar apara və Apellyasiya Komissiyasının iclaslarında iştirak edə bilərlər.

5.3. İddia qaldıran şəxsin nümayəndəsi, o cümlədən patent müvəkkili həmin iş üzrə onlara verilən səlahiyyəti təsdiq edən etibarnamə təqdim etməlidirlər.

5.4. Iddiaçı 5.1 bəndinin "a" yarımbəndində göstərilən imtina qərarı aldığı gündən 2 ay ərzində Apellyasiya Komissiyasına etirazla müraciət edə bilər.

- Hər bir hüquqi və ya fiziki şəxs 5.1 bəndinin "b" yarımbəndində göstərilən iddia sənədinin dərc olunduğu tarixdən etibarən 6 ay ərzində Apellyasiya Komissiyasına əsaslandırılmış etirazla müraciət edə bilər.

- 5.1 bəndinin "a" və "b" yarımbəndlərində nəzərdə tutulan müddətlər üzürlü səbəbdən ötürüldükdə və müəyyənləşdirilmiş əlavə rüsum ödənildikdə, DETK ötürülmüş müddəti bərpa edə bilər. Iddiaçı ötürülmüş müddətin bərpası barədə vəsatəti həmin müddətin qurtardığı tarixdən etibarən 12 ay ərzində verə bilər.

- Hər hansı hüquqi və ya fiziki şəxs 5.1 bəndinin "c", "ç" yarımbəndləri ilə əlaqədar patent barəsində məlumatın dərc edildiyi tarixdən 6 ay ərzində etirazla Apellyasiya Komissiyasına müraciət edə bilərlər.

- Əmtəə nişanına və ya coğrafi göstəriciyə dair 5.1 bəndinin "e" və "ə" yarımbəndləri ilə əlaqədar iddiaçı (onun nümayəndəsi) qərarı aldığı tarixdən 3 ay ərzində Apellyasiya Komissiyasına etirazla müraciət edə bilər.

- Iddiaçının vəsatətinə əsasən "e" və "ə" yarımbəndləri ilə əlaqədar etirazların verilməsi üçün müddət DETK tərəfindən 6 ay keçənədək bərpa edilə bilər.

- 5.1 bəndində göstərilən etirazlara ərizənin daxil olduğu tarixdən 2 ay ərzində Apellyasiya Komissiyasında baxılır.

5.5. Apellyasiya Komissiyasına verilən etirazda aşağıdakılar göstərilməlidir:

- iddia qaldıran fiziki şəxsin soyadı, adı, hüquqi şəxsin adı, yerləşdiyi yer, yazışma üçün ünvan və digər rekvizitləri;

- iddia qaldıran şəxsin nümayəndəsi və ya patent müvəkkili haqqında məlumat;

- ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin qeydiyyat nömrəsi və ya mühafizə sənədinin nömrəsi;

- iddia qaldıran şəxsin tələb və etirazının inandırıcı olduğunu əsaslandıran dəlillər (istinad edilən materialların surəti də təqdim edilir);

- mübahisə ilə bağlı iddia qaldıran şəxsin dürüst tələbləri.

- ərizə və etiraz üzrə maleriallar 2 nüsxədə təqdim olunur.

5.6. Etiraza müəyyən olunmuş məbləğdə rüsumun ödənildiyini təsdiq edən sənəd əlavə olunmalıdır. Etirazla birlikdə müəyyən olunmuş məbləğdə rüsumun ödənildiyini təsdiq edən sənəd təqdim olunmadıqda, etiraz verilməmiş sayılır.

5.7. Bu Əsasnamənin 5.1 bəndinin "a", "e", "ə" yarımbəndlərində nəzərdə tutulan məsələlərlə bağlı ekspertizanın qərarının düzgün olmadığını əsaslandıran dəlillər göstərilməli və etiraz ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici barəsində bir iddia sənədinə aid olmalıdır.

5.8. Bu Əsasnamənin 5.1 bəndinin "b", "c", "f" yarımbəndlərində nəzərdə tutulan məsələlərlə bağlı mühafizə sənədinin, yaxud qeydiyyatın tam və ya qismən etibarsız olduğunu əsaslandıran dəlillər göstərilməli və etiraz bir mühafizə sənədinə və ya onun qeydiyyatına aid olmalıdır.

5.9. Bu Əsasnamənin 5.1 bəndinin "h" yarımbəndində nəzərdə tutulan məsələlərlə bağlı DETK Attestasiya Komissiyası patent müvəkkillərinə qarşı DETK-nın hərəkətinin düzgün olmadığını əsaslandıran dəlillər olmalıdır.

5.10. Bu Əsasnamənin 5.1 bəndinin "c", "f" yarımbəndlərində nəzərdə tutulan məsələləri üzrə iddia qaldırılarsa, mühafizə sənədi ilə bağlılıq təşkil etməyən materialların qəbul olunmasına yol verilmir. Belə materiallar etiraz şəklində ayrıca sənədləşdirilə bilər.

5.11. Bu Əsasnamənin 5.1 bəndinin "ç" yarımbəndində nəzərdə tutulan etirazda patentin tam və ya qismən etibarsız hesab olunması barədə səbəblər göstərilməlidir.

Patentin tam etibarsız hesab edilməsi ilə əlaqədar hüquqi və ya fiziki şəxs tərəfindən daxil olan ərizəyə Apellyasiya Komissiyası aşağıdakı hallarda baxır:

- "Patent haqqında" Qanunun 7, 8, 9-cu maddələrinə uyğun olmadığı təsdiq edildikdə;

- patentin təsviri mütəxəssis tərəfindən həyata keçirilməsi üçün aydın və tam açıqlanmadıqda;

- patentə verilən hüququn həcmi ilkin iddia sənədinin hüdudlarından kənara çıxdıqda;

- patent hüququna malik olmayan şəxşə patent yerildikdə.

- Göstərilən şərtlər tamamilə patentə aid olmadıqda, patent qismən etibarsız sayıla bilər.

5.12. Bu Əsasnamənin 5.1 bəndinin "f" yarımbəndi ilə, həmçinin Madrid Sazişinin 5-ci maddəsi ilə nəzərdə tutulan əmtəə nişanının qeydiyyatı əleyhinə etirazda, qeydiyyatı tam və ya qismən etibarsız saymaq barədə vəsatət verilə bilər.

6. Etirazların qeydiyyatı

6.1. Apellyasiya Komissiyasına daxil olan etirazlar qeydiyyatdan keçirilir, ona daxil olma nömrəsi verilir.

6.2. Etirazın Apellyasiya Komissiyasına daxil olduğu gündən etibarən 10 gün ərzində onu verən şəxsə etirazın baxılmaq üçün qəbul olunduğu və Apellyasiya Komissiyasında iclasın keçirilmə günü barədə bildiriş göndərilir. Bu Əsasnamənin 5.1 bəndinin "c", "f" və "ğ" yarımbəndlərində nəzərdə tutulan məsələlərlə bağlı etiraz qəbul olunduqda, etirazı təqdim edən şəxslə yanaşı mühafizə sənədinin sahibinə də bildiriş göndərilir. Apellyasiya Komissiyası işdə marağı olan şəxslərə, mühafizə sənədi barəsində əsaslandırılmış dəlilləri təqdim etmək üçün 2 ay vaxt verir. Cavablar müəyyən edilən müddət ərzində Apellyasiya Komissiyasina təqdim edilmədikdə iddia sənədi rədd edilmiş sayılır.

6.3. Etiraz vermiş səxs və ya onun nümayəndəsi Apellyasiya Komissiyasının qəran elan olunanadək verilmiş etirazı geri götürə bilər. Bu zaman etirazın verilməsi üçün ödənilmiş rüsum geri qaytarılmır.

7. Apellyasiya Komissiyasında etirazlara (mübahisələrə) baxılma qaydasi

7.1. DETK-ya daxil olmuş etiraz bu Əsasnamənin 4-cü maddəsində nəzərdə tutulduğu kimi Apellyasiya Komissiyasının katibinə verilir.

7.2. Katib etirazla bağlı zəruri materialları toplayır və bu barədə Apellyasiya Komissiyasının sədrinə məlumat verir.

7.3. Apellyasiya Komissiyası iclasının günü və konkret işə baxmaq ücün tərkibi Apellyasiya Komissiyasının sədri tərəfindən müəyyən edilir.

7.4. Apellyasiya Komissiyası işdə marağı olan bütün şəxslərə işlə bağlı mülahizələrini 10 gün ərzində yazılı şəkildə bilavasitə və ya səlahiyyət verilmiş şəxs vasitəsi ilə təqdim etməyə imkan verir.

7.5. Etiraza baxma prosesində etirazı verən şəxs, iddiaçı, mühafizə sənədinin sahibi və onun nümayəndəsi (səlahiyyəti etibarnamə ilə təsdiq olunan şəxs) iştirak edə bilər.

DETK-nın əməkdaşları göstərilən şəxslərin nümayəndəsi ola bilməz.

7.6. Etiraza baxma prosesində iştirak etmək hüququ olan və Apellyasiya Komissiyasının iclasının günü və yeri barədə xəbərdar edilmiş şəxsin iclasa gəlməməsi etiraza baxılmamaq üçün səbəb deyil. Apellyasiya Komissiyası etiraza baxmanı təyin olunmuş gündə keçirə bilmədiyi halda iclasın aparılmasını başqa vaxta keçirə bilər.

7.7. Tərəflərdən biri digər tərəfin mövqeyinin əsaslandırılmış və qanuni olduğunu yazılı şəkildə etiraf edib mübahisədən imtina edərsə, Apellyasiya Komissiyası etirafla bağlı işin aparılmasını dayandırır. Apellyasiya Komissiyası etirafla bağlı işin dayandırılması barədə qərar qəbul edir.

7.8. Etiraza baxma prosesi Apellyasiya Komissiyasının sədrinın və ya komissiya üzvlərindən birinin işin mahiyyətinə aid məruzəsi ilə başlanır və aşağıdakı ardıcıllıqla aparılır:

- etiraz vermiş şəxsin və (və ya) onun nümayəndəsinin çıxışı;

- mühafizə sənədi sahibinin və (və ya) onun nümayəndəsinin çıxışı;

- tərəflərin Apellyasiya Komissiyası üzvlərinin suallarına cavabı.

Hər iki tərəfin etiraza baxılması prosesində iştirak etmək, zəruri sənədləri təqdim elmək və şifahi izahat vermək hüququ vardır. Apellyasiya Komissiyası etiraza baxılmasının nəticəsinə uyğun olaraq, etirazın tam və ya qismən təmin olunması, yaxud rədd edilməsi barədə qərar qəbul edir və 10 gün müddətində bütün maraqlı tərəflərə bildiriş göndərir. Çıxışların müzakirəsi və qərarın qəbul edilməsi yalnız Apellyasiya Komissiyasının üzvləri tərəfindən yerinə yetirilir.

8. Etiraza baxılmanın nəticələrinə əsasən Apellyasiya Komissiyasının qəbul etdiyi qərarlar

8.1. Etiraza baxıldıqdan sonra Apellyasiya Komissiyası müvafiq qərar qəbul edir. Qərar Apellyasiya Komissiyası üzvlərinin adı səs çoxlugu ilə qəbul edilir və rəsmi blankda qeyd olunur, Apellyasiya Komissiyasının sədri və bütun uzvləri tərəfindən imzalanır, surəti isə iddia sənədi materiallarına əlavə edilir.

Apellyasiya Komissiyasının üzvlərinin xususi rəyi materiallara əlavə olunur.

8.2. Apellyasiya Komissiyasının qərarı giriş, təsvir, əsaslandırma və qətnamə hissələrindən ibarət olmalıdır və bu zaman:

- giriş hissəsində işin nömrəsi, qərarın qəbul edilmə tarixi, Apellyasiya Komissiyasının tərkibi, tərəflərin müzakirədə iştirak edən nümayəndələrinin soyadları, mübahisəyə baxılmada ıştirak edən digər şəxslər göstərilməli;

- təsvir hissəsi etiraz vermiş şəxsin tələblərinin qısa xülasəsi, digər tərəfin rəyinin qısa xülasəsi, tərəflərin və onların nümayəndələrinin izahatının qısa xülasəsi mübahisəyə baxmada iştirak edən digər şəxslərin izahatlarının qısa xülasəsi və Apellyasiya Komissiyası tərəfindən görülən işlərin təsvirindən ibarət olmalı;

- əsaslandırma hissəsində Apellyasiya Komissiyasının qərar qəbul edərkən əsaslandığı qanunvericiliyə istinad (qanunun, digər normativ aktın konkret maddəsi) göstərilməli;

- qətnamə hissəsi iddia edilmiş tələbin tam və ya qismən yerinə yetirilməsindən, yaxud yerinə yetirilməsindən rədd edilməsi barədə qərardan ibarət olmalıdır.

Apellyasiya Komissiyasının qəbul etdiyi qərar hər hansı səbəb və təzyiqdən asılı olmamalıdır. Şərti qərar qəbul olunmasına yol verilmir. Çox mürəkkəb hallarda yalnız qətnamə hissəsi elan olunur, qərarın özü isə Apellyasiya Komissiyası tərəfindən işə baxıldıqdan sonra hazırlanır.

9. Yekun müddəalar

9.I. DETK Apellyasiya Komissiyasının normal fəaliyyət göstərməsi üçün onu lazımi iş yeri, əmlak, inventar və avadanlıqla təmin edir.

9.2. Apellyasiya Komissiyası üzvlərinin əməyin ödənilməsi qaydası DETK tərəfindən təsdiq olunur.

10. Qərarın qüvvəyə minməsi

10.1. Apellyasiya Komissiyasının qərarı qəbul edildiyi gündən qüvvəyə minir.

10.2. Apellyasiya Komissiyasının qəbul etdiyi qərara dair bildiriş 10 gün müddətində bütün rnaraqlı tərəflərə göndərilir.

10.3. Apellyasiya Komissiyasının qərarı DETK-nın müvafiq şöbələri tərəfindən məcburi yerinə yetirilir.Apellyasiya Komissiyasının qərarından onun qəbul edildiyi tarixdən 3 ay ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məhkəmə qaydasında şikayət verilə bilər.

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETl

QƏRAR N 155

Bakı şəhəri, 2 sentyabr 2000-ci il.

 

Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin Apellyasiya Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə

"Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli, 755 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respubiikası Dövlət Elm və Texnika Komitəsinin Apellyasiya Komissiyası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə mınir.

Azərbaycan Respublikasının Baş Naziri

A.Rasi-zadə

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır