| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Qərarlar
Çap versiyası
22.08.2014

"Dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası Qaydası"nın təsdiq edilməsi haqqında

 

"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının 1.1.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası Qaydası" təsdiq edilsin (əlavə olunur). 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 31 iyul

tarixli 268 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası

 

Q A Y D A S I

 

1. Ümumi  müddəalar

 

1.1.   Bu Qayda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.4-cü  maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin (bundan sonra – şəxs)  attestasiyası qaydasını müəyyən edir.

1.2.   Attestasiyanın keçirilməsinin əsas məqsədləri aşağıdakılardır:

1.2.1. dövlət metroloji nəzarətini həyata keçirərkən qanunvericiliklə müəyyən edilmiş hallarda  iradnamə və tələbnamələrin verilməsi, habelə inzibati xəta haqqında protokol tərtib edən dövlət müfəttişlərinin bu sahəni tənzimləyən qanunvericilik aktlarına dair bilik səviyyələrini qiymətləndirməklə, onların tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyininmüəyyənləşdirilməsi;

1.2.2. şəxsin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi, peşəkarlığın və əməyin səmərəliliyinin artırılması;

1.2.3. şəxsin əlavə təhsilə zərurət dərəcəsinin müəyyənləşdirilməsi.

 2. Attestasiyanın keçirilməsi qaydası

 

2.1. Hər bir şəxs beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir. Tutduğu vəzifədə 1 (bir) ildən az çalışan şəxs növbəti attestasiyadan keçirilmir.

2.2. Attestasiya obyektiv surətdə, bu məqsədlər üçün yaradılmış attestasiya komissiyası tərəfindən həyata keçirilir.

2.3. Attestasiya komissiyası sədrdən, katibdən və ən azı digər üç komissiya üzvündən ibarət tərkibdə təsdiq edilir. 

2.4. Attestasiyanın keçirilməsinin konkret vaxtı attestasiyanın başlanmasına ən geci 1 (bir) ay qalmış attestasiyadan keçməli olan şəxsin nəzərinə çatdırılır.

2.5. Attestasiya komissiyasına aşağıdakı sənədlər təqdim edilir:

2.5.1. attestasiyadan keçməli olan şəxsin bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə;

2.5.2. müvafiq sahə üzrə ixtisasartırma kurslarını bitirmək haqqında sənəd (mövcud olduğu halda);

2.5.3. əvvəlki attestasiyaya dair attestasiya vərəqəsi (ilk dəfə attestasiyadan keçən şəxslərə şamil olunmur).

2.6. Attestasiyadan keçməli olan hər bir şəxsə attestasiyanın başlanmasına ən azı 2 (iki) həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin şəxs ona verilən xasiyyətnamə ilə tanış olmalıdır. Xasiyyətnamədə şəxsin xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir.

2.7. Attestasiyadan keçən şəxsin bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası şəxsin fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim olunan materialları nəzərdən keçirir.

2.8. Attestasiya komissiyasının üzvləri tərəfindən attestasiyadan keçən şəxsə yalnız standartlara və ölçmə vasitələrinə dövlət metroloji nəzarət sahəsinə aid olan məsələlərlə bağlı olan və tutduğu vəzifəyə, vəzifə təlimatına dair, icra etdiyi işlər və onların nəticələri barədə suallar verilə bilər.

2.9. Attestasiyadan keçməli olan şəxsüzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir və həmin şəxs növbəti attestasiyadan keçməlidir. Üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlməyən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbeh tədbirləri tətbiq edilə bilər.

2.10. Attestasiyanın nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:

2.10.1. tutduğu vəzifəyə uyğun gəlir;

2.10.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir;

2.10.3. tutduğu vəzifəyə uyğun gəlmir.

2.11. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı şəxslərin qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, yuxarı vəzifəyə keçirilməsi, müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda komissiya irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır.

3. Attestasiyanın nəticələrinin rəsmiləşdirilməsi

 

3.1. Attestasiyadan keçən şəxsin fəaliyyətinə verilən qiymət və komissiyanın tövsiyələri şəxsin iştirakı olmadan açıq səsvermə yolu ilə qəbul edilir.

3.2. Attestasiya və səsvermə attestasiya  komissiyası üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir.  Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən şəxs tutduğu vəzifəyə uyğun gələn sayılır. Attestasiya komissiyasının üzvü olan şəxs attestasiyadan keçərkən səsvermədə iştirak etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra attestasiyadan keçən şəxsə  bildirilir.

3.3. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr) bir nüsxədə tərtib edilən, komissiyanın sədri,  katibi və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır. Attestasiyadan keçən şəxsin attestasiya vərəqəsi və xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti attestasiyadan keçən şəxsə verilir.

3.4. Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq ayrı-ayrı şəxslərin qazandıqları müvəffəqiyyətlər müqabilində mükafat-landırılması, yuxarı vəzifəyə keçirilməsi, müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan şəxsin aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar şəxsin qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən qəbul edilir. Həmin qərarlar şəxsin attestasiyadan keçdiyi gündən sonra  ən geci 2 (iki) ay müddətində qəbul edilir. Bu müddət keçdikdən sonra  attestasiyanın nəticələri əsasında şəxsin aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında  qərarlar qəbul edilə bilməz.

3.5.  Attestasiyadan keçən şəxsin üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt həmin 2 (iki) ay müddətinə daxil edilmir.

3.6. Attestasiyanın nəticələri ilə razı olmayan şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır