| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Qərarlar
Çap versiyası
12.08.2014

Əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili üzrə xidmətlərin tariflərinin tənzimlənməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №6

Bakı şəhəri, 1 avqust 2014-cü il

 “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli 64 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) ŞurasıQƏRARA ALIR:

1. Əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili üzrə xidmətlərin tarifləri ƏDV-siz aşağıdakı səviyyədə təsdiq edilsin:

 

Xidmətin adı

Tarif

(manat)

I

II

III

1.

İddia sənədinə aid olan materialların təqdim edilmə müddətinin iddiaçının vəsatəti əsasında iki ay uzadılması

30,0

2.

İddia sənədinin ilkin ekspertizası

40,0

3.

İddia sənədinin ekspertizası

135,0

4.

İddia sənədinin ekspertizası üçün tələb olunan əlavə sənədin verilmə müddətininiddiaçının vəsatəti əsasında iki ay uzadılması

25,0

5.

İddia sənədinin ekspertizasına başlandığı tarixdən bir ay keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi

30,0

6.

İddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi

40,0

 

2. Əmtəə və ya xidmətin birdən artıq hər sinfi üçün iddia sənədinin ekspertizası üzrə tarif bu qərarın 1-ci bəndinin cədvəl hissəsinin 3-cü sətri ilə təsdiq edilmiş tarifə 40 manat (ƏDV-siz) əlavə edilməklə müəyyənləşdirilsin.

3. İddiaçının vəsatəti əsasında iddia sənədinin ekspertizasının bir ay ərzində aparılması üçün tarif bu qərarın 1-ci bəndinin cədvəl hissəsinin 3-cü sətri ilə təsdiq edilmiş tarifə 120 manat (ƏDV-siz) əlavə edilməklə müəyyənləşdirilsin.

4. Bu qərar 4 avqust 2014-cü il tarixindən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                   Şahin Mustafayev

 

_____________________________________________________________________________________

 

İxtira, faydalı model və sənaye nümunəsi ilə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili üzrə xidmətlərin tariflərinin tənzimlənməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №7

Bakı şəhəri, 1 avqust 2014-cü il

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 822-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli 63 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. İxtira, faydalı model və sənaye nümunəsi ilə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili üzrə xidmətlərin tarifləri ƏDV-siz aşağıdakı səviyyədə təsdiq edilsin:

Xidmətin adı

Tarif

(manat)

I

II

III

1.

İddia sənədinin ekspertizası (ilkin ekspertiza da daxil olmaqla)

20,0

2.

Ekspertizanın sorğusuna cavabın verilmə müddətinin iddiaçının vəsatəti əsasında bir ay uzadılması

10,0

3.

İddiaçının vəsatəti əsasında iddia sənədinin mahiyyətcə ekspertizası

 

3.1.

İxtira

90,0

3.2.

Faydalı model və sənaye nümunəsi

60,0

4.

İddia sənədinin verildiyi tarixdən bir ay keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi

6,0

5.

İddiaçının vəsatəti əsasında ixtira barəsində iddia sənədinin faydalı model barəsində iddia sənədinə (və ya əksinə) çevrilməsi

7,0

6.

İddia sənədi üzrə ilkinliyin tələb edilməsi

20,0

7.

İddia sənədi üzrə ilkinliyin tələb edilmə müddətinin iddiaçının vəsatəti əsasında iki ay uzadılması

30,0

8.

İddia sənədinə dair məlumatın dərc edilməsi

6,0

9.

İddiaçının vəsatəti əsasında iddia sənədinə dair məlumatın müəyyən edilmiş müddətdən tez dərc edilməsi

30,0

10.

Dərc edildikdən sonra iddia sənədinin materialları ilə maraqlı şəxslərin tanış olması

10,0

11.

İddiaçının vəsatəti əsasında iddia sənədi barəsində məlumat axtarışının aparılması və hesabatın hazırlanması

 

11.1.

İxtira

70,0

11.2.

Faydalı model və sənaye nümunəsi

60,0

12.

İddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi

30,0

 

2. Bu qərar 4 avqust 2014-cü il tarixindən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                  Şahin Mustafayev

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır