| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Qərarlar
Çap versiyası
31.07.2010
Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ hüquqi aktlar haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi Qaydası" və "Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. "Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəsizliyi təmin ediləcək məhsulların siyahısı"na "Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları" sözləri əlavə edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 8 noyabr 1999-cu il
№ 174

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 8 noyabr tarixli 174 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi
QAYDASI

1. Bu Qayda meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq, meşə fondu sahələrindən istifadə hüququ verilən hüquqi və fiziki şəxslərə (bundan sonra - meşə istifadəçiləri) dəyən ziyanın ödənilməsini müəyyənləşdirir.
2. Meşə təsərrüfatının idarə edilməsi (meşə, habelə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası), meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və meşə fondu torpaqlarının dövlət ehtiyacları ilə əlaqədar meşə istifadəçilərinə müqavilə, meşəqırma bileti, order və ya meşə bileti əsasında verilən meşə fondu torpaqları geri alına bilər.
3. Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında 10 gün müddətində aşağıdakı tərkibdə komissiya yaradır:
yerli meşə təsərrüfatı müəssisəsinin rəhbəri;
Maliyyə Nazirliyinin yerli orqanının nümayəndəsi;
Dövlət Torpaq Komitəsinin yerli orqanının nümayəndəsi;
yerli icra hakimiyyəti orqanının nümayəndəsi.
Meşə fondu torpaqları qeyri-meşə torpaqlarına keçirildikdə (su qovşaqlarının, boru kəmərlərinin, yolların, elektrik xətlərin tikintisi zamanı və s.) bu torpaqları istifadə edəcək fiziki və hüquqi şəxslərin nümayəndəsi komissiyanın tərkibinə daxil edilir.
4. Komissiya müvafiq meşə istifadəçisinin iştirakı ilə və onun təqdim etdiyi sənədlər əsasında (müqavilə, meşəqırma bileti, order, meşə bileti, meşə əkinlərinə, plantasiyalara, tingliklərə, meyvə bağlarına və yeniyetmələrin yetişdirilməsinə sərf olunan xərclər barədə sənədlər, geri alınan meşə fondu torpaqlarında meşə istifadəsi ilə bağlı tikilən müxtəlif tipli müvəqqəti yaşayış və təsərrüfat tikililərinin qurulması barədə məlumatlar və s.) bir ay müddətində yerlərdə lazımi müşahidələr apararkən meşə istifadəçisinə dəyən ziyanı müəyyənləşdirir və bu barədə üç nüsxədən ibarət akt tərtib edir (nümunəsi əlavə olunur). Həmin sənəd imzalanarkən yerli icra hakimiyyəti orqanının möhürü ilə təsdiq edilir.
Aktın bir nüsxəsi komissiya tərəfindən yerli icra hakimiyyəti orqanına, bir nüsxəsi müvafiq meşə istifadəçisinə, bir nüsxəsi isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.
Komissiya üzvləri baxılmış məsələ ilə bağlı yekdil fikrə gəlmədikdə tərtib olunmuş akta fikir ayrılığına dair arayış əlavə olunur.
5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi komissiyanın aktı əsasında bir ay müddətində müvafiq qərar qəbul edir və meşə fondu torpaqlarının geri alınması məqsədindən asılı olaraq aşağıdakı mənbələrdən meşə istifadəçilərinə dəyən ziyanı ödəyir:
meşə fondu torpaqları meşə təsərrüfatının idarə edilməsi ilə əlaqədar geri alındıqda-meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun vəsaitləri hesabına;
meşə fondu torpaqları meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün qeyri-meşə torpaqlarına keçirildikdə - bu torpaqları istifadə edəcək fiziki və hüquqi şəxslər tərəfindən müvafiq meşə təsərrüfatının həmin torpaqların kadastr qiyməti əsasında hesablanmış və ödənilmiş dəyəri hesabına;
meşə fondu torpaqları dövlət ehtiyacları üçün geri alındıqda - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş mənbə hesabına.
Komissiyanın aktı ilə razılaşmadığı halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin müddətdə meşə istifadəsinə və müvafiq yerli icra hakimiyyəti orqanına rəsmi məlumat verməlidir.
6. Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsinə dair tərtib olunmuş aktı və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu barədə qərarı ilə razılaşmadığı halda meşə istifadəçisi inzibati qaydada və ya aidiyyəti məhkəməyə şikayət edə bilər.


Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar
meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi Qaydasına
ƏLAVƏ
Nümunə

Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi üçün komissiyanın
AKT
"____" _________________ 1999-cu il
_______________________________
(rayon, şəhər)
Komissiyanın tərkibi:
yerli meşə təsərrüfatı müəssisənin rəhbəri;
Maliyyə Nazirliyinin yerli orqanının nümayəndəsi;
Dövlət Torpaq Komitəsinin yerli orqanının nümayəndəsi;
yerli icra hakimiyyəti orqanının nümayəndəsi.
Meşə fondu torpaqları qeyri-meşə torpaqlarına keçirildikdə, (su qovşaqlarının, boru kəmərlərinin, yolların, elektrik xətlərin tikintisi zamanı və s.) bu torpaqları istifadə edəcək fiziki və hüquqi şəxslərin nümayəndəsi.
________________________________________________________ ünvanda yaşayan
meşə istifadəçisinin _______________________________________________________________
(soyadı, adı, atasının adı)
iştirakı ilə geri alınan meşə fondu torpaqlarında müşahidələr aparılmışdır.
Geri alınan meşə fondu torpaqları (sahələri) haqqında məlumat:
1. Meşə fondu sahələrindən istifadə hüququnu müəyyən edən sənədlər (müqavilə, meşəqırma bileti, order, meşə bileti, qırıntı yerlərinin (sahələrinin) pul-qiymət cədvəli və müayinə aktı (əlavə olunur).
2. Meşə əkinlərinə, plantasiyaları, tingliklərə, meyvə bağlarına və yeniyetmələrin yetişdirilməsinə sərf olunan xərclər barədə sənədlər.
3. Meşə istifadəsi ilə bağlı tikilən müxtəlif tipli yaşayış və təsərrüfat tikililərinin qurulması və onların qiymətləndirilməsi barədə məlumat.
Geri alınacaq meşə fondu torpaqları (sahələri) _______________ hektar.
Digər sənədlər.
Komissiyanın rəyi:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi Qaydasını rəhbər tutaraq komissiya ödəmə miqdarını
_________________________________________________________________________________
(rəqəmlə və yazılı)
____________________________________________________________________________________
manat müəyyən edir.
Komissiyanın üzvləri:
(imzalar)
Yerli icra hakimiyyəti orqanının möhürü



Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 8 noyabr tarixli 174 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması
QAYDASI

1. Bu Qayda köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılmasını tənzimləyir.
2. Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlaşdırılır.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi təqdim olunmuş sənədləri bir ay müddətində təhlil edərək müəyyən olunmuş qaydada dövlət sınağından keçmiş və qeydiyyata alınmış köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının sertifikatlaşdırılmasına dair qərar qəbul edir.
Sertifikatlaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş "Milli Sertifikatlaşdırma Sistemi haqqında Əsasnamə"yə uyğun aparılır.
3. Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasında əsas mənbə kimi onların bioloji xüsusiyyətləri, yüksək keyfiyyətli, fitosanitariya və ekoloji normativləri və digər parametrləri götürülür.
4. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarına uyğunluq nişanı və nişanlama hüququ verən sertifikat verir.
5. Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının sertifikatı bu məhsulların satışı və istifadəsi üçün əsas sənəddir.
6. Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının sertifikat formaları müvafiq qaydada Milli Sertifikatlaşdırma Sistemində qəbul edilmiş formada tərtib olunur, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №3, maddə 193)
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)
3. 22 may 2006-cı il tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 472)
4. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi Qaydası"nın 3-6-cı bəndlərində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
22 may 2006-cı il tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 472) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi Qaydası"nın 6-cı bəndində "mövcud qanunvericiliyə uyğun qaydada" sözləri "inzibati qaydada və ya" sözləri ilə əvəz edilmişdir.

 

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Qaydası"nın 2-ci, 4-cü və 6-cı bəndlərində "Agentliyi" sözü "Komitəsi" sözü ilə əvəz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №3, maddə 193) ilə "Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Qaydası"nın 2-ci bəndində "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Qaydası"nın 2-ci bəndində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №3, maddə 193) ilə "Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Qaydası"nın 4-cü bəndində "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Qaydası"nın 4-cü bəndində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №3, maddə 193) ilə "Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Qaydası"nın 6-cı bəndində "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Qaydası"nın 6-cı bəndində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır