| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Fərman və sərəncamlar
Çap versiyası
13.07.2010
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 9-cu maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuş avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 16-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında" Əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 16-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələri idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanmasının qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 23-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 24-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 25-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısını, uçot və hesabat qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 27-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında" Əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 30-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında", "Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında" və "Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında" və "Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında" nümunəvi əsasnamələri təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 31-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "Nəqliyyat vasitələrinin duracaqları və qarajlar haqqında" nümunəvi Əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 32-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 35-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında" Əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 35-ci maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuş sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün alınan haqqın məbləğini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 82-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 17-ci hissəsinin 2-ci bəndində və 79-cu maddəsinin 2-ci-4-cü bəndlərində göstərilmiş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
öz səlahiyyətləri daxilində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
həmin Qanunun 9-cu maddəsinin 1-ci və 8-ci hissələrində, 16-cı maddəsinin 1-ci hissəsinin ikinci cümləsində və 3-cü hissəsində, 23-cü maddəsinin 3-cü hissəsində, 24-cü maddəsinin 4-cü hissəsində, 25-ci maddəsinin 2-ci hissəsində, 27-ci maddəsinin 1-ci hissəsində, 30-cu maddəsinin 3-cü və 4-cü hissələrində, 31-ci maddəsinin 1-ci hissəsində, 32-ci maddəsinin 2-ci hissəsində, 35-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsində və 8-ci hissəsində və nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 4-cü maddəsinin 24-cü bəndində, 6-cı maddəsinin 1-ci hissəsinin 6-cı bəndində, 8-ci maddəsinin 3-cü hissəsində, 10-cu maddəsinin 3-cü və 4-cü hissələrində, 11-ci maddəsinin 5-ci və 6-cı hissələrində, 16-cı maddəsinin 1-ci hissəsinin üçüncü cümləsində (birinci halda), 19-cu maddəsinin 1-ci hissəsində, 20-ci maddəsinin 2-ci hissəsində "imkanına" sözündən sonra, 23-cü maddəsinin 2-ci hissəsində, 27-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində, 7-ci, 10-cu, 11-ci, 12-ci və 16-cı hissələrində, 29-cu maddəsinin 3-cü hissəsində, 31-ci maddəsinin 4-cü hissəsində, 32-ci maddəsinin 1-ci hissəsində, 35-ci maddəsinin 2-ci hissəsinin birinci abzasında və 2-ci bəndində, 3-cü və 4-cü hissələrində, 5-ci hissəsinin birinci cümləsində, 7-ci və 10-cu hissələrində, 36-cı maddəsinin 1-ci hissəsinin 5-ci və 6-cı bəndlərində, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci, 2-ci, 12-ci və 13-cü bəndlərində, 4-cü hissəsinin 4-cü və 5-ci bəndlərində, 59-cu maddəsinin 12-ci hissəsində, 61-ci maddəsinin 11-ci hissəsində, 74-cü maddəsinin 6-cı və 7-ci hissələrində, 83-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrində, 84-cü maddəsinin adında, birinci cümləsində, 2-ci, 6-cı və 8-ci bəndlərində, 85-ci maddəsinin adında, birinci cümləsində, 2-ci bəndinin qeydində, 5-ci bəndində və onun qeydində, 6-cı bəndin qeydində, 7-ci bəndində, 9-cu bəndində və onun qeydində, 10-cu bəndində və onun qeydində, 11-ci bəndinin qeydində "qaydada" sözündən sonra və ikinci cümləsində nəzərdə tutulan "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
həmin Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər;
həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirirlər;
həmin Qanunun 9-cu maddəsinin 9-cu hissəsində, 12-ci maddəsinin 2-ci hissəsində və 26-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyası həyata keçirir;
həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;
həmin Qanunun 9-cu maddəsinin 2-ci hissəsində və 10-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;
həmin Qanunun 16-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
həmin Qanunun 19-cu maddəsinin 4-cü hissəsində, 20-ci maddəsinin 2-ci hissəsində, 33-cü maddəsinin 3-cü və 6-cı hissələrində, 34-cü maddəsinin 5-ci hissəsinin 4-cü bəndində və 35-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndində "mütəxəssislərlə" sözündən əvvəl nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
həmin Qanunun 27-ci maddəsinin 3-cü hissəsində, nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müdafiə Nazirliyi həyata keçirir;
həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinin 13-cü bəndində, 23-cü maddəsinin 1-ci hissəsində, 25-ci maddəsinin 3-cü hissəsində, 36-cı maddəsinin 3-cü hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət şirkətləri, baş idarələri və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
həmin Qanunun 37-ci maddəsinin 3-cü hissəsinin 2-ci bəndində və onun qeydində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər;
(çıxarılıb)
həmin Qanunun 27-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir; həmin Qanunun 27-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;
həmin Qanunun 27-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirir;
həmin Qanunun 9-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirlər;
həmin Qanunun 18-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;
həmin Qanunun 24-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirirlər;
həmin Qanunun 18-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
həmin Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin 2-ci bəndində və 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
həmin Qanunun 2-ci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinin 2-ci bəndində, 27-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndində, 31-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsində, 59-cu maddəsinin 11-ci hissəsində və 61-ci maddəsinin 10-cu hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
həmin Qanunun 85-ci maddəsinin 11-ci bəndində və onun Qeyd hissəsində "xidmət etdiyi" sözlərindən sonra nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
həmin Qanunun 16-cı maddəsinin 1-ci hissəsinin üçüncü cümləsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 22 noyabr 1998-ci il
№ 24


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 4 iyul 2001-ci il tarixli 522 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 459)
2. 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)
3. 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571)
4. 3 avqust 2004-cü il tarixli 109 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 617)
5. 10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005)
6. 27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743)
7. 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı ("Azərbaycan" qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)
8. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)
9. 31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 03 sentyabr 2009-cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 630)


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

3 avqust 2004-cü il tarixli 109 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 617) ilə 2-ci bəndin üçüncü abzasından "və 82-ci maddəsinin 2-ci hissəsində" sözləri çıxarılmışdır.

31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 03 sentyabr 2009-cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 630) ilə 2-ci bəndinin dördüncü abzasında "16-cı maddəsinin 1-ci hissəsinin üçüncü cümləsində" sözlərindən sonra "(birinci halda)" sözləri əlavə edilmişdir.

3 avqust 2004-cü il tarixli 109 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 617) ilə 2-ci bəndin dördüncü abzasından "79-cu maddəsinin 3-cü bəndində, 82-ci maddəsinin 4-cü bəndində," sözləri və "12-ci bəndinin qeydində "protokol" sözündən sonra" sözləri çıxarılmışdır.

23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndin beşinci abzasında "Dövlət Hidrometeorologiya Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005) ilə 2-ci bəndin beşinci və altıncı abzaslarda "Azəravtoyol" Dövlət Şirkəti" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005) ilə 2-ci bəndin səkkizinci abzasında "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005) ilə 2-ci bəndin doqquzuncu abzasında "Azəravtoyol" Dövlət Şirkəti" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı ("Azərbaycan" qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin on ikinci abzasından "85-ci maddəsinin 11-ci bəndində və onun Qeyd hissəsində "xidmət etdiyi" sözlərindən sonra" sözləri çıxarılmışdır.

6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı ("Azərbaycan" qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin on dördüncü abzasında "Fövqəladə hallar üzrə Dövlət Komissiyası" sözləri "Fövqəladə Hallar Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

3 avqust 2004-cü il tarixli 109 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 617) ilə 2-ci bəndin on beşinci abzası çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı ("Azərbaycan" qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin on yeddinci abzasında "Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi" sözləri "Fövqəladə Hallar Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

4 iyul 2001-ci il tarixli 522 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 459) ilə 2-ci bəndin on səkkizinci abzasında "Gənclər və İdman" sözləri "Gənclər, İdman və Turizm" sözləri ilə əvəz edilmişdir.
27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743) ilə 2-ci bəndinin on yeddinci abzasında «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilmişdir.


14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə 2-ci bəndinin on doqquzuncu abzasında «Agentliyi» sözü «Komitəsi» sözü ilə əvəz edilmişdir.

23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndin on doqquzuncu abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571) ilə 2-ci bəndin on doqquzuncu abzasında "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.
10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005) ilə 2-ci bəndin on doqquzuncu abzasında "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmiş və həmin abzasdan ",Azərbaycan Respublikasının "Azəravtoyol" Dövlət Şirkəti" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:


6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı ("Azərbaycan" qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin on doqquzuncu abzasında "Nəqliyyat Nazirliyi," sözlərindən sonra "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi," sözləri əlavə edilmişdir.

10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005) ilə 2-ci bəndin iyirminci və iyirmi birinci abzaslarda "Azəravtoyol" Dövlət Şirkəti, Azərbaycan Respublikasının "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005) ilə 2-ci bəndin iyirmi üçüncü abzasda "Azəravtoyol" Dövlət Şirkəti" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı ("Azərbaycan" qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinə iyirmi altıncı abzas əlavə edilmişdir.

31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 03 sentyabr 2009-cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 630) ilə 2-ci bəndə iyirmi yeddinci abzas əlavə edilmişdir.

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır