| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Fərman və sərəncamlar
Çap versiyası
09.07.2010
Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Əhalinin sağlamlığının qorunması və daxili bazarın müdafiəsi ilə bağlı məsələlərin həllinə yönəlmiş "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli fərmanı bu sahədə dövlət nəzarətinin gücləndirilməsində, həmin məhsulların istehsalında və idxalında lisenziya qaydalarının, satışında aksiz markalarının tətbiqi istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirilməsində böyük rol oynamışdır.
Eyni zamanda alkoqollu içkilərin və tütün məmulatının istehsalında, idxalında və satışında yaranmış vəziyyətin təhlili bu sahədə nöqsanların tam aradan qaldırılmadığını, o cümlədən qanunsuz istehsalın və qaçaqmalçılığın, vergidən yayınma, keyfiyyətsiz məhsul satışı hallarının hələ də davam etdiyini və onlarla mübarizənin lazımi səviyyədə təşkil olunmadığını göstərir.
Ona görə də Azərbaycan Respublikasında bazara aşağı keyfiyyətli alkoqollu içkilərin və tütün məmulatlarının daxil olmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq, habelə bu sahədə vergidən yayınma hallarına, qanunsuz istehsala və qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək və dövlət büdcəsinin gəlirlərini artırmaq məqsədi ilə qərara alıram:
1. Ölkədə bütün növ etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (tərkibində 28 faizdən çox alkoqol olan) istehsalına, keyfiyyətinə və satış həcmlərinə, habelə bu Məhsulları istehsal edən müəssisələrdə avadanlığın növbələrarası və daha uzun müddət ərzində dayanması zamanı istehsal güclərinin qapanmasına nəzarəti həyata keçirmək məqsədi ilə həmin müəssisələrdə 1999-cu il mart ayının 1-dən gec olmayaraq dövlət nəzarəti tətbiq edilsin. Dövlət nəzarətinin aparılması Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunsun.
2. Alkoqollu içkilərin və tütün məmulatının pərakəndə satışı yalnız yaddaşlı kassa-nəzarət aparatları ilə təchiz olunmuş stasionar ticarət şəbəkələri vasitəsilə həyata keçirilsin.
Bu məhsulların səyyar köşk və piştaxtalardan, avtomobil və digər özüyeriyən texniki vasitələrdən satışı qadağan edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
ölkədə istehlak olunan alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının keyfiyyətini yaxşılaşdırmaq və uçotdan yayınmanın qarşısını almaq məqsədi ilə bu məhsulların istehsalı və idxalı üçün lisenziyaların verilməsi qaydalarına bir ay müddətində yenidən baxsın və onların şərtlərini sərtləşdirsin;
etil (yeyinti) spirti və alkoqollu içkilər istehsal edən müəssisələrdə gündəlik dövlət nəzarətinin aparılması qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin;
bütün növ etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının idxalı zamanı invoys qiymətlərinin qəsdən aşağı salınmasının qarşısını almaq məqsədi ilə 1999-cu il mart ayının 1-dən bu malların idxalına onların gətirildiyi ölkədən asılı olmayaraq mütləq məbləğlə təsbit olunmuş gömrük idxal rüsumları tətbiq edilməsi barədə qərar qəbul etsin;
alkoqollu içkilərin və tütün məmulatının satışı ilə məşğul olan stasionar ticarət şəbəkələrinə tələbləri müəyyənləşdirsin.
aksiz markalarının hazırlanmasına dair sifariş verilməsi, onların satışı və uçotunun aparılması qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin;
bütün növ etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı, idxalı və satışı sahəsində qanun pozuntusuna görə "İnzibati hüquqpozmalar haqqında" Azərbaycan Respublikasının Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, "Dövlət vergi xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara müəyyən edilmiş məsuliyyət növlərinin sərtləşdirilməsi məqsədi ilə həmin qanunlara müvafiq dəyişiklik və əlavələr edilməsi barədə təkliflərini iki ay müddətinə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, rayon və şəhər icra hakimiyyəti orqanları alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalına, idxalına və satışına verilən lisenziyalarda nəzərdə tutulan tələblərə riayət olunmasına nəzarəti gücləndirsinlər.
5. Müəyyən edilsin ki, bütün növ etil (yeyinti) spirtin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı və idxalı üzərində dövlət nəzarətinin aparılması üçün şərait yaratmayan, habelə lisenziyalarda göstərilən istehsal və idxal həcmlərini tam yerinə yetirməyənlərə verilən lisenziyalar ləğv edilir.
6. Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları alkoqollu içkilərin və tütün məmulatının ticarət qaydalarını, bu məhsulları satan ticarət obyektləri üçün müəyyən olunmuş tələbləri pozanlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri həyata keçirsin.
7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, şəhər və rayon icra hakimiyyəti orqanları ilə birlikdə alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalı, idxalı və satışı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısını almaq üçün qəti tədbirlər həyata keçirsinlər.
8. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ölkə ərazisindən hər cür nəqliyyat vasitələri ilə spirtin, alkoqollu içkilərin və tütün məmulatının tranzit daşımalarına nəzarəti gücləndirsinlər.
9. "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqına" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanının 2-ci bəndinin 2-ci abzası aşağıdakı redaksiyada verilsin:
"Aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilsin.
Aksiz markalarının dövriyyəsinə nəzarəti Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir".
10. (Çıxarılıb)
11. Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin satışının lisenziyalaşdırılması 1999-cu il aprelin 1-dən tətbiq edilsin.
12. Azərbaycan Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə tapşırılsın və digər kütləvi informasiya vasitələrinə tövsiyə olunsun ki, alkoqollu içkiləri, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalı, idxalı və satışı sahəsində qanun pozuntusu halları barədə məlumatları geniş işıqlandırsınlar.
13. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrasını təmin edən tədbirlər həyata keçirsin.
14. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 5 fevral 1999-cu il
№ 90


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
2. 24 avqust 2002-ci il tarixli 767 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 487)
3. 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571)
4. 23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585)
5. 28 fevral 2007-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 100)
6. 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798)
7. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)
8. 22 iyul 2009-cu il tarixli 134 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 29 iyul 2009-cu il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 537)


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571) ilə 1-ci bənddə "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinə" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə" sözləri ilə əvəz edilmişdir.

28 fevral 2007-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 100) ilə 1-ci bəndinin ikinci cümləsində "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözlərindən sonra "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi" sözləri əlavə edilmişdir.
14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə 1-ci bəndində «Agentliyinə» sözü «Komitəsinə» sözü ilə əvəz edilmişdir.

23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 3-cü bəndin beşinci abzasından "və onların satışı üçün lisenziya verilməsi qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 13 sentyabr 2008-ci il, № 205. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə 4-cü bəndində "İqtisadi İnkişaf Nazirliyi" sözlərindən sonra "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi," sözləri əlavə edilmişdir.

11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 4-cü bənddə "Ticarət Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 4-cü bənddən "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 6-cı bənddə "Ticarət Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
24 avqust 2002-ci il tarixli 767 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 487) ilə 6-cı bənddə "Ticarət Nazirliyi" sözləri "yerli icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilmişdir.

11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 7-ci bənddə "Ticarət Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
22 iyul 2009-cu il tarixli 134 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 29 iyul 2009-cu il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 537) ilə 1-ci və 7-ci bəndlərində ismin müvafiq hallarında "Baş Dövlət Vergi Müfəttişliyi" sözləri ismin müvafiq hallarında "Vergilər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 10-cu bəndin dördüncü və altıncı abzasında "Ticarət Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 10-cu bənd çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır