| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Qanunlar
Çap versiyası
07.07.2010
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət rüsumu tutulmalı olan hərəkətlər və dövlət rüsumunun dərəcələri

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli 621 nömrəli Fərmanı ilə təsdiq olunmuş, 04 dekabr 2001-ci il tarixli 223 № li "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 50 nömrəli Fərmanı ilə təsdiq olunmuş, 30 dekabr 2008-ci il tarixli "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunundan çıxarış

...Maddə 2. Dövlət rüsumunun tutulduğu hallar

2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur:

...2.0.6. standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlər, sənaye mülkiyyəti obyektlərinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlə digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi;

...Maddə 18. Sənaye mülkiyyəti obyektlərinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri

18.1. İxtira, faydalı model və sənaye nümunəsinə iddia sənədinin verilməsi üçün (iddia sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla):

18.1.1. bir ixtira, bir faydalı model və bir sənaye nümunəsi üçün - 10 manat.

18.1.2. əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün - 7 manat.

18.1.3. əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün - 7 manat.

18.1.4. sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün - 5 manat.

18.1.5. iddia sənədinin mətninin 30-dan artıq hər səhifəsi üçün - 1 manat.

18.2. İddia sənədi üzrə ilkinliyin xahiş edilməsi üçün (bir ədəd ilkinlik üçün) - 7 manat.

18.3. İddia sənədinin verildiyi tarixdən 1 ay keçdikdən sonra iddia sənədi materiallarında düzəliş və əlavələrin aparılması üçün - 6 manat.

18.4. Ekspertizanın sorğusuna cavabın verilmə müddətinin uzadılması üçün (12 aydan artıq olmamaq şərti ilə, hər bir ay üçün) - 5 manat.

18.5. İddia sənədinə dair məlumatın müəyyən edilmiş müddətdən tez dərci üçün - 20 manat.

18.6. İddia sənədi barəsində məlumatın dərci üçün - 6 manat.

18.7. İxtira, faydalı model və sənaye nümunəsi barəsində məlumat axtarışı aparılması üçün vəsatət verilməsinə görə - 7 manat.

18.8. Vəsatət əsasında ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin mahiyyətcə ekspertizasının aparılması:

18.8.1. bir ədəd ixtira üçün - 50 manat;

18.8.2. bir ədəd faydalı model üçün - 40 manat;

18.8.3. bir ədəd sənaye nümunəsi üçün - 40 manat;

18.8.4. əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün - 25 manat;

18.8.5. əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün - 10 manat;

18.8.6. sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün - 10 manat.

18.9. İxtira barəsində iddia sənədinin faydalı model barəsində iddia sənədinə çevrilməsi üçün - 5 manat.

18.10. Faydalı model barəsində iddia sənədinin ixtira barəsində iddia sənədinə çevrilməsi üçün - 7 manat.

18.11. Apellyasiya komissiyasına etirazla müraciət edilməsi:

18.11.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı - 10 manat;

18.11.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı - 6 manat;

18.11.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı - 40 manat.

18.12. Ötürülmüş müddətlərin bərpası:

18.12.1. patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya komissiyasına etirazla müraciət edilməsi üçün - 20 manat;

18.12.2. dərc olunmuş iddia sənədi üzrə daxil olan etirazla bağlı iddiaçının apellyasiya komissiyasına cavab verilməsi üçün - 25 manat.

18.13. Sənaye mülkiyyəti obyektinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı:

18.13.1. ixtira üçün - 10 manat;

18.13.2. faydalı model üçün - 7 manat;

18.13.3. sənaye nümunəsi üçün - 7 manat;

18.13.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün - 1 manat.

18.14. Dərc olunduqdan sonra iddia sənədinin materialları ilə tanış olmaq üçün - 10 manat.

18.15. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün - 7 manat.

18.16. Verilmiş patentdə dəyişikliklər edilməsi üçün - 7 manat.

18.17. Sənaye mülkiyyəti obyektləri ilə bağlı hüquqların verilməsi barəsində müqavilələrin qeydiyyata alınması üçün:

18.17.1. bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün - 10 manat;

18.17.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün - 25 manat;

18.17.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər patent üçün) - 10 manat;

18.17.4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün) - 10 manat.

18.18. İxtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun verilməsi barədə müqavilənin qeydiyyata alınması üçün:

18.18.1. bir iddia sənədi üçün - 10 manat;

18.18.2. bir neçə iddia sənədi üçün (hər əlavə iddia sənədi üçün) - 10 manat.

18.19. Lisenziya müqavilələrinin qeydiyyata alınması:

18.19.1. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir ədəd patenti üçün - 25 manat;

18.19.2. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir neçə patenti üçün (birdən artıq nəzərdə tutulan hər patent üçün) - 20 manat.

18.20. İddia sənədi və ya patenti üzrə hüquqların verilməsinə dair qeydiyyata alınmış müqavilələrdə və ya obyektin istifadəsi ilə bağlı qeydiyyata alınmış lisenziya müqavilələrində dəyişikliklərin edilməsi üçün - 10 manat.

18.21. İlkin istifadəçinin hüquqlarının tanınması məqsədi ilə onun iddiasına baxılması üçün - 25 manat.

18.22. İxtira patentinin qüvvədə saxlanması üçün:

18.22.1. 3-cü ildən 10-cu ilə kimi - 5 manat, hər artan il üçün 3 manat artırılmaqla;

18.22.2. 11-ci ildən 20-ci ilə kimi - 40 manat, hər artan il üçün 4 manat artırılmaqla.

18.23. Faydalı model patentinin qüvvədə saxlanılması üçün, 3-cü ildən 10-cu ilə kimi - 5 manat, hər artan il üçün 3 manat artırılmaqla.

18.24. Sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün, 3-cü ildən 10-cu ilə kimi - 5 manat, hər artan il üçün 3 manat artırılmaqla.

18.25. Patentin qüvvədə olma ilində illik rüsumun ödənilməsi ilə bağlı ötürülən müddətin 12 aya qədər verilməsinə görə, hər ay üçün - 3 manat.

18.26. Əmtəə nişanının və ya coğrafi göstəricinin qeydə alınması barəsində verilən iddia sənədi üçün (əmtəənin və ya göstərilən xidmətin 5-dən artıq olmayan sinifləri üçün):

18.26.1. iddia sənədinin ilkin ekspertizası üçün - 10 manat;

18.26.2. iddia sənədinin ekspertizası üçün - 50 manat.

18.27. Əmtəənin və ya göstərilən xidmətin 5-dən artıq hər sinfi üçün - 25 manat.

18.28. İddiaçının vəsatəti əsasında "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 12-ci hissəsinə uyğun olaraq, müddətin əlavə 2 ay uzadılması üçün - 20 manat.

18.29. Əmtəə nişanına dair ilkinliyin istənilməsi üçün - 15 manat.

18.30. Əmtəə nişanına və coğrafi göstəriciyə dair verilmiş iddia sənədi materiallarında düzəlişlərin, dəqiqləşdirmələrin aparılması, əlavələrin edilməsi üçün - 15 manat.

18.31. Ekspertizanın sorğusuna cavabın verilmə müddətinin uzadılması üçün - 25 manat.

18.32. Əmtəə nişanına və coğrafi göstəriciyə dair iddia sənədinin verilən tarixdən bir ay ərzində ekspertizasının aparılması üçün - 45 manat.

18.33. Ötürülmüş müddətin bərpası ilə bağlı, iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda apellyasiya komissiyasına etiraz verilməsi üçün - 20 manat.

18.34. Apellyasiya komissiyasına etirazın verilməsi:

18.34.1. əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı - 20 manat;

18.34.2. coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı - 20 manat;

18.34.3. əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 60 manat;

18.34.4. coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 35 manat;

18.34.5. qeydə alınmış əmtəə nişanına qarşı - 80 manat;

18.34.6. qeydə alınmış coğrafi göstəriciyə qarşı - 45 manat.

18.35. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:

18.35.1. əmtəə nişanı üçün - 45 manat;

18.35.2. coğrafi göstərici üçün - 30 manat;

18.35.3. kollektiv nişan üçün - 60 manat.

18.36. Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün - 25 manat.

18.37. Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün - 10 manat.

18.38. Sənaye mülkiyyəti obyektlərinin reyestr məlumatlarından çıxarış verilməsi üçün - 10 manat.

18.39. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:

18.39.1. iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün - 35 manat;

18.39.2. iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) - 20 manat;

18.39.3. qeydə alınmış bir ədəd əmtəə nişanı üçün - 60 manat;

18.39.4. qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) - 50 manat.

18.40. Lisenziya müqavilələrinin qeydə alınması:

18.40.1. bir ədəd əmtəə nişanı üçün - 80 manat;

18.40.2. bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün - 50 manat.

18.41. Əmtəə nişanı barəsində qeydə alınmış lisenziya müqavilələrində, hüquqların verilməsi barədə müqavilələrdə dəyişikliklərin aparılması üçün - 11 manat.

18.42. Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması üçün:

18.42.1. əmtəə nişanı üçün - 95 manat;

18.42.2. coğrafi göstərici üçün - 45 manat;

18.42.3. kollektiv nişan üçün - 145 manat.

18.43. Qeydiyyatın qüvvədə olma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 aya görə, hər ay üçün:

18.43.1. əmtəə nişanı üçün - 5 manat;

18.43.2. coğrafi göstərici üçün - 5 manat;

18.43.3. kollektiv nişan üçün - 5 manat.

18.44. Patent müvəkkillərinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün - 20 manat.

18.45. Patent müvəkkillərinin qeydiyyata alınması üçün - 5 manat.

18.46. Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün - 10 manat.

18.47. Qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün - 5 manat.

18.48. Attestasiya komissiyasının qərarına görə, apellyasiya komissiyasına etiraz vermək üçün - 20 manat.

18.49. İxtiraya görə patent alınması üçün Avrasiya Patent İdarəsinə iddia sənədinin verilməsinə görə (formal əlamətlər üzrə ekspertizanın tələblərinə uyğunluğun yoxlanılması) - 10 manat.

18.50. Azərbaycan Respublikasına aid Avrasiya patentlərinin qüvvədə saxlanması üçün:

18.50.1. 3-cü ildən 10-cu ilə kimi - 10 manat, hər artan il üçün 3 manat artırılmaqla;

18.50.2. 11-ci ildən 20-ci ilə kimi - 40 manat, hər artan il üçün 5 manat artırılmaqla.

18.51. Patent Kooperasiyası haqqında müqaviləyə müvafiq olaraq iddia sənədinin alınması və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosuna göndərilməsi üçün - 10 manat.

18.52. İddiaçının xahişi ilə bir ədəd milli iddia sənədinin və ya onun barəsində məlumatların (Patent Kooperasiyası haqqında müqavilənin təlimatının 17.1(v) qaydası, ilkin sənəd) təsdiqlənmiş surətinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosuna göndərilməsi üçün - 10 manat.

18.53. Nişanların beynəlxalq qeydiyyatı barədə sazişə uyğun olaraq (Madrid sazişi) əmtəə nişanının beynəlxalq qeydiyyatı üçün iddia sənədlərinin verilməsinə görə - 10 manat.

18.54. Əmtəə nişanının beynəlxalq qeydiyyatının qüvvədə olma müddətinin uzadılması üçün - 10 manat.

...Maddə 30. Standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri

30.1. Məhsulların (işlərin, xidmətlərin) idarəetmə sistemlərinin (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) sertifikatlaşdırılması:

30.1.1. Məhsulların (işlərin, xidmətlərin) istehsalına və idxal-ixracına sertifikatın verilməsi 20 manat

30.1.2. İdarəetmə sistemlərinə (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) sertifikatın verilməsi 20 manat

30.1.3. İdarəetmə sistemlərinin (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) yaradılması sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin AZS Milli Sertifikatlaşdırma Sistemində qeydiyyatı 20 manat

30.2. Laboratoriya (sınaq və kalibrləmə) və sertifikatlaşdırma üzrə orqanın akkreditasiya olunması barədə attestatın verilməsi:

30.2.1. Sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası barədə attestatın verilməsi 20 manat

30.2.2. Sertifikatlaşdırma üzrə orqanın akkreditasiyası barədə attestatın verilməsi 20 manat

30.3. Standartlaşdırma sahəsində normativ sənədlərin dövlət qeydiyyatı və onlarda dəyişikliyin aparılması 2 manat

30.4. Ölçmə vasitələrinin tipinin təsdiqi, dövlət reyestrinə salınması və sınaqların aparılaraq attestatın verilməsi 20 manat

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır