| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
METROLOJİ XİDMƏTLƏR
Çap versiyası

Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) tərkibində olan və aşağıda adları çəkilən kalibrlənmə laboratoriyaları və şöbələri fiziki və hüquqi şəxslərə məxsus olan ölçmə vasitələrinin ilkin, dövri və növbədənkənar kalibrlənməsini və sınaq avadanlıqlarının metroloji attestasiyasını həyata keçirir, eyni zamanda respublikada istehsal olunan və eyni zamanda respublikaya idxal edilən ölçmə vasitələrinin tipinin təsdiqi məqsədilə sınaqlarını aparır:

• Ölçmə vasitələrinin sınağı və attestasiyası şöbəsi.
• Kütlə ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası;
• Mexaniki və həndəsi ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası;
• Elektrik ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası;
• Radio-texniki ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası;
• Qaz-analitik, fiziki-kimyəvi, ultrasəsli və maqnit defektoskopiya ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası;
• Təzyiq və sərf ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası;
• Temperatur və həcm ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası.

 AzTEST laboratoriyalar üçün 60 adda müxtəlif ölçmə vasitələri avadanlıqları alaraq maddi-texniki bazasını təkmilləşdirmişdir

04.10.2010 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) mövcud laboratoriyaların maddi-texniki bazasını təkmilləşdirmək və işin müasir standartlara uyğun qurulmasını təmin etmək məqsədilə 60 adda müxtəlif təyinatlı ölçmə vasitələri avadanlıqları almışdır. Bu avadanlıqlar Rusiya, Ukrayna, Estoniya və digər ölkələrin istehsalıdır.

- Mexaniki və həndəsi ölçmə vasitələrinin laboratoriyası üçün - metroştok və ruletka yoxlamaq üçün komparator CMP-5;
- Radiotexniki ölçmə vasitələri - impuls gərginliyi kalibratoru-B1-5, elektron voltmetrləri və kalibratorları yoxlayan qurğular, tezlik və vaxt standartı, elektron hesablı tezlikölçən və s;
- Elektrotexniki ölçmə vasitələri - nəqliyyat vasitələrinin sürətini imitasiya edən ИС-24Д cihazı, mexaniki saniyə ölçənləri yoxlayan qurğu-УПМС və s;
- Kütlə laboratoriyası üçün - Ölçmə həddi 1 mq-dan 15 kq-a qədər olan tərəzilər, 1 mq-dan 20 kq-a qədər diapazonda olan çəki daşları (Qeyd: Bununla da çəki daşlarının siyahısı tam komplektləşdirilmişdir. Hazırda AzTEST-in kütlə laboratoriyası 1mq-dan 5 tona qədər kütlə ölçmə vasitələrinin kalibrlənməsinin aparılması imkanına malikdir. Onu da bildirək ki, AzTEST Almaniyanın bu sahədə tanınmış "Sartorius AG" şirkətinin Azərbaycandakı nümayəndəliyi hüququnu qazanaraq, şirkətin məhsullarını öz adı altında Azərbaycan Respublikası ərazisində satmaq, tenderlərdə iştirak, şirkətin məhsulları üzrə xidmətlər göstərmək hüququna malikdir.);
- Tempratur və həcm ölçmə vasitələrinin kalibrlənmə laboratoriyası üçün - qaz piknometrlərinin tutumunu yoxlamaq üçün elektron tərəzi;
- Təzyiq və sərf ölçmə vasitələrinin kalibrlənmə laboratoriyası üçün - çoxfunksiyalı kalibrator;
- Qaz-analitik və fiziki-kimyəvi ölçmə vasitələrinin kalibrlənmə laboratoriyası üçün - qazanalizatorların kalibrlənməsi təyinatlı cihazlar (Avro 2 ekoloji normasının tətbiqi ilə bağlı).

Qeyd edək ki, AzTEST tərəfindən alınmış avadanlıqlar maddi-texniki bazanın təkmilləşdirilməsi proqramının I mərhələsinə daxildir. Təcrübə-Sınaq Mərkəzinin şöbə və laboratoriyaları üçün dünya standartlarına cavab verən müasir avadanlıqların alışının II mərhələsinə də artıq start verilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır