| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
13.05.2013
Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 110 ünvanında fəaliyyət göstərən fiziki şəxs Yavuz Özgenin rəhbərlik etdiyi sexdə biskvitli-kremli tortların və şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilmişdir - FOTOLAR

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 110 ünvanında fəaliyyət göstərən fiziki şəxs Yavuz Özgenin rəhbərlik etdiyi müəssisədə dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisənin ümumi vəziyyəti qeyri-qənaətbəxşdir, məhsulların müvafiq keyfiyyətdə sabit istehsalı üçün sanitariya norma və qaydalara cavab verən şərait yoxdur, işçilər tərəfindən bu qaydalalara riayət edilmir. Müəssisədə sanitar qovşağın birbaşa istehsal sahəsində yerləşməsi, işçilərin şəxsi əşyalarının (ayyaqabılar, çantalar və s.) və tullantı torbalarının istehsal sahəsində məhsullarla yanaşı saxlanmasını buna misal göstərmək olar.

Həmçinin müəyyən olunmuşdur ki, müəssisədə yoxlanılan biskvitli-kremli tortlar və şərq şirniyyatları AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur, məhsulların təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik sertifikatlar mövcud deyil, məhsullar mövcud normativ sənədlərin tələblərinə zidd olaraq təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar olmadan, həmçinin markalanma aparılmadan istehsal olunur.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq fiziki şəxs Yavuz Özgenin rəhbərlik etdiyi sexdə biskvitli-kremli tortların və şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilmişdir.
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır