| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
10.04.2013
Azərbaycanda parfümeriya və kosmetik vasitələrin keyfiyyətinə nəzarət tədbirləri gücləndirilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti respublikaya idxal olunan və satılan parfümeriya və kosmetik vasitələrin (ənlik, kirşan, göz kölgəsi və s.) keyfiyyətinə nəzarət tədbirlərini gücləndirilmişdir.

Xidmət tərəfindən cari ilin ilk 3 ayı ərzində adıçəkilən məhsulların idxalı və satışı ilə məşğul olan 7 təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir. Nəzarət tədbirləri zamanı kompakt şəkilli dekorativ kosmetik vasitələr, dırnaq boyaları, dəri üçün kremlər, ətirlərin keyfiyyətinin Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğu araşdırılmışdır.

Araşdırmalar nəticəsində 6 təsərrüfat subyektində nöqsanlar aşkar olunmuş, həmin müəssisələr tərəfindən idxal olunmuş parfümeriya və kosmetik vasitələrin satışı qadağan edilmişdir.

Bu cür faktları nəzərə alaraq istehlakçılardan parfümeriya və kosmetik vasitələr alarkən diqqətli olmağı, aldıqları məhsulun uyğunluq sertifikatını satıcıdan tələb etməyi, keyfiyyətsiz malların satışı ilə rastlaşdıqda isə Komitənin 963 nömrəli "qaynar xətt"inə zəng etməklə məlumat vermələri xahiş olunur.
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır