| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
22.10.2012

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 34 ünvanında fəaliyyət göstərən fiziki şəxs Sadiq Seyidova məxsus "Nilufər" şadlıq sarayında dövlət nəzarəti həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, şadlıq sarayında sanitar norma və qaydalara lazımi səviyyədə riayət olunmur, mətbəxdə işçi personal papaq, xalat və əlcəklər olmadan işləyir, işçilərin vəzifə, hüquq və məsuliyyətini əks etdirən təsdiq olunmuş vəzifə təlimatları mövcud deyildir. Müəssisəyə baxış zamanı mənşəyi məlum olmayan və üzərində heç bir məlumat əks olunmayan 500 qramlıq bankada süni balıq kürüsü aşkar edilmişdir. Həmçinin istehlakçılara təqdim olunan kulinariya məmulatlarının (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s.) ГОСТ 30390-95 və AZS 126-2005 standartlarının tələblərinə zidd olaraq müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlandığı, yeməklərin hazırlanmasında istifadə olunan ərzaq məhsullarının gigiyenik və uyğunluq sertifikatlarının, istifadə olunan toyuq, mal və quzu ətinin baytarlıq müayinəsindən keçdiyini təsdiq edən şəhadətnamənin olmadığı, soyuducu kameralarda tempratur rejiminin məhsulların saxlanma rejiminə uyğun gəlmədiyi müəyyən olunmuşdur.

Müəssisə tərəfindən hazırlanmış "mimoza" və "paytaxt" salatlarından götürülmüş nümunələrin Komitənin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) sınaqlarının nəticələrinə əsasən hər iki məhsulda bağırsaq çöpləri qrupundan olan bakteriyalar və "e.coli" mikroorqanizmləri müəyyən olunmuşdur.

Faktla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilmiş, fiziki şəxs Sadiq Seyidova məxsus "Nilufər" şadlıq sarayında "mimoza" və "paytaxt" salatlarının hazırlanmasına və satışına qadağa qoyulmuşdur.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır