| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
05.10.2012

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşviq küçəsi, 31A ünvanında fəaliyyət göstərən fiziki şəxs Niyazi Fərzəliyevə məxsus qənd istehsalı sexində dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə məhsulun müvafiq keyfiyyətdə sabit istehsalı üçün zəruri şərait yoxdur, ГОСТ 22-94 standartının tələblərinə zidd olaraq sanitariya norma və qaydalara riayət olunmur, istehsalda istismar müddəti bitmiş köhnə avadanlıqlardan istifadə olunur və istehsal olunan məhsulun müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimatı mövcud deyil. Bundan başqa istehsalda istismar olunan ölçmə vasitələri ГОСТ 8.513-84 standartının tələblərinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur. Həmçinin standartın tələbi üzrə qəndin çəkisi 0,5 və 1 kq olmalı halda, faktiki olaraq qənd 650-700 qr çəkidə qablaşdırılır. Müəssisədə qəndin görünüşünə, qoxusuna, dadının müəyyənləşməsinə, alınan məhlulun şəffaflığına, təmizliyinə, nəmlik, bərklik, şəkərlik normalarına, müəssisənin temratur rejiminə nəzarət edilmir. Aşkar olunmuş nöqsanlarla bağlı fiziki şəxs Niyazi Fərzəliyevə məxsus sexdə "Qədimi dad" nişanlı preslənmiş doğranmış qənd rafinadın istehsalı və satışı qadağan edilmiş, inzibati protokol tərtib edilərək cərimə edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Qax rayonu, Qum kəndində fəaliyyət göstərən "Sadiq" MMC-də qazlı su istehsalına dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, məhsul istehsalında AZS 009-94 standartının tələbləri pozulur, şüşə qabların təkrar istifadəsində yuyulma texnologiyasına əməl olunmur. Həmçinin müəssisədə istehsal olunan məhsul normativ sənədlə təmin edilməyib, hazır məhsulların sınaqları aparılmır, saxlanma şəraitinə əməl olunmur. Aşkar olunmuş nöqsanlarla bağlı "Sadiq" MMC-də qazlı suyun istehsalı və satışı qadağan edilmiş, inzibati protokol tərtib edilərək cərimə edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən Şabran şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Hüseynağa Hüseynova məxsus çörəkbişirmə sexində dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, istehsal olunan məhsulun AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq və təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik sertifikatları mövcud deyil. Müəssisə anti-sanitar şəraitdə fəaliyyət göstərir, sabit keyfiyyətdə məhsul istehsalı üçün şərait yoxdur. Müəssisə istehsal olunan məhsul üçün normativ və texnoloji sənədlərlə təmin olunmamışdır, çörəyin saxlanması və daşınması normativ sənədin (AZS 090-2003) tələblərinə cavab vermir. Çörək məhsulu xüsusi nəzərdə tutulan avtomobil ilə daşınmalı olduğu halda, minik avtomobillərinin yük yerində daşınır. Aşkar olunmuş nöqsanlarla bağlı fiziki şəxs Hüseynağa Hüseynova məxsus sexdə çörəyin istehsalı və satışı qadağan edilmiş, inzibati protokol tərtib edilərək cərimə edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Komitəyə daxil olmuş şikayət məktubu əsasında "Tağıyev" şirkətində dövlət nəzarəti aparılmışdır. Şikayət məktubunda "Tağıyev" şirkəti tərəfindən istehsal olunan və şikayətçinin mənzilində quraşdırılmış "Avropa qapıları" nişanlı qapıların keyfiyyətsiz olduğu iddia olunmuşdur. Mənzildə quraşdırılmış qapılara baxış zamanı müəyyən olunmuşdur ki, həqiqətən də qapıların bəzi yerlərində lak-boya materialı qopmuş, müəssisədə taxtalar qurudulmadığından haşiyələr deformasiyaya uğramış, əyilmişdir, quraşdırma keyfiyyətsiz həyata keçirilmiş, qapıların açılıb bağlanmasında qüsular mövcuddur. Bununla bağlı akt tərtib edilmişdir. Faktla bağlı Xırdalan şəhəri, 30-cu məhəllə, keçid 1259 ünvanında fəaliyyət göstərən "Tağıyev" şirkətində dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə PVC, MDF və şpon qapılar normativ sənədləri olmadan istehsal olunur, müəssisədə taxtaların qurudulması üçün istifadə olunan qurutma kamerası işlək vəziyyətdə deyil, taxtaların nəmlik dərəcəsi ölçülmədən emala verilir. Bundan başqa istismarda və yoxlanılan məhsulların istehsalında istifadə olunan 48 ədəd ölçmə vasitəsi dövlət yoxlamasından keçirilməmişdir. Aşkar olunmuş nöqsanlarla bağlı "Tağıyev" şirkətində "Avropa qapıları" nişanlı MDV, PVC və şpon qapıların, haşiyənin, həmçinin mətbəx mebel dəstinin istehsalı və satışı qadağan edilmiş, inzibati protokol tərtib edilərək cərimə edilmişdir.
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır