| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
26.09.2012

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti 66 ünvanda fəaliyyət göstərən fiziki şəxs Ağəli Hüseynova məxsus "Ləziz" nişanlı mağazanın istehsal sexlərində dövlət nəzarəti aparılmışdır.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə istehsal olunan məhsullar üçün texnoloji təlimat, müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturalar yoxdur. Buna görə də məhsullar vitrinlərdə qeyri-müəyyən müddətədək saxlanılır. Bundan başqa istehsal olunan məhsullardan kulinariya məmulatlarının, bilinçiklərin, hazır yeməklərin, piçanın, dana bujaninasının, göbələk salatının, dovğanın və s. məhsulların uyğunluq və gigiyenik sertifikatları yoxdur. Xammallardan ətin, qara ciyərin baytarlıq və mənşə sənədləri yoxlamaya təqdim edilməmişdir. Məhsulların saxlanma rejimləri müxtəlif olsa da onlar eyni anbarda və uyğun olmayan şəraitində saxlanılır. Həmçinin müəyyən edilmişdir ki, müəssisənin istehsal şəraiti qeyri-qənaətbəxşdir. Plovun, isti yeməklərin hazırlandığı yer mövcud sanitariya normalarına cavab vermir.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisəyə iradnamə və normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsalının satışını qadağan edən tələbnamə verilmişdir, inzibati protokol tərtib edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır