| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
23.08.2012
"Vini İnterneyşnl" MMC-də aparılmış dövlət nəzarəti zamanı aşkar olunmuş nöqsanlarla bağlı müəssisəyə iradnamə və sertifikatsız məhsulların satışını qadağan edən tələbnamələr verilmişdir - FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, S.Vurğun küçəsi 19 ünvanında fəaliyyət göstərən "Vini İnterneyşnl" MMC-də dövlət nəzarəti həyata keçirilmişdir.

"Vini İnterneyşnl" MMC-yə məxsus "City Mart" ticarət şəbəkələrindən müxtəlif yarımfabrikat məhsullar seçilərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilmişdir. Aparılan sınaqların nəticələrinə əsasən yoxlanılmış məhsullardan "AL Kabeer" və "Topioca" nişanlı yarımfabrikatlar "mezofil aerob" və "fakultativ-anaerob" mikroorqanizimlərin miqdarına görə normativ sənədin tələblərinə cavab verməmişdir. "City Mart" mağazasında aparılan yoxlama zamanı yararlılıq müddəti bitmiş bir sıra süd məhsulları aşkar edilərək aktlaşdırılmışdır. Həmçinin müxtəlif xarici ölkələrin istehsalı olan, keyfiyyət və təhlükəsizlik göstəricilərini müəyyən edən uyğunluq və gigiyenik sertifikatları olmadan satılan müxtəlif çeşiddə balıq konservləri, ət və ət məhsulları, müxtəlif nişanlı yarımfabrikatlar, kərə yağları, müxtəlif souslar, süd məhsulları, konservləşdirilmiş və qurudulmuş göbələklər, qənnadı məmulatları və sair ərzaq məhsulları aşkarlanmışdır. Araşdırma zamanı ticarət şəbəkəsində qablaşdırılan müxtəlif çeşiddə məhsulların saxlanma müddəti, istehsal tarixi və çəkisi haqqında məlumatlar istehlakçılara düzgün çatdırılmadığı da müəyyən edilmişdir. Belə ki, qablaşdırılmış "American Fresh" nişanlı göbələyin çəkisi etiketdə 1 kq göstərildiyi halda faktiki çəkisinin 100 qr olduğu müəyyən olunmuşdur. Satılan bir qism məhsulların üzərində markalanma "Dövlət dili haqqında" və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanunlarına zidd olaraq aparılmışdır. Belə ki, dövlət dilində üzərində heç bir məlumat olmadığından məhsulların mənşəyi, tərkibi, saxlanma müddəti və s. haqqında istehlakçıların məlumat almaq hüquqları pozulmuşdur.

Müəssisənin anbarında aparılan yoxlama zamanı anbarda mal qonşuluğunun pozulduğu və ərzaq məhsullarının saxlanma rejiminə riayət olunmadığı aşkarlanmışdır. Belə ki, ərzaq məhsulları kosmetik və yuyucu vasitələrlə eyni yerdə saxlanılmışdır. Anbarın soyuducusunda mənşə sənədləri, uyğunluq və gigiyenik sertifikatları olmayan ət və ət məhsulları, balıqlar, hind toyuğu aşkar edilmişdir.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisəyə iradnamə və sertifikatsız məhsulların satışını qadağan edən tələbnamələr verilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır