| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
24.11.2011
Süd məhsulları istehsalı ilə məşğul olan fiziki şəxs Vüqar Qənbərov barəsində cinayət işi başlanıb

Fiziki şəxs Vüqar Qənbərova məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 2942-ci məhəllədə yerləşən süd məhsulları istehsalı sexində aparılan yoxlama materiallarının nəticələri üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 200.1-ci maddəsi ilə ("İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma") cinayət işi başlanıb, istintaq olunur.

Məlumat üçün bildiririk ki, fiziki şəxs Vüqar Qənbərova məxsus süd məhsullarının istehsalı ilə məşğul olan müəssisədə ayranın, qatığın, xamanın uyğunluq sertifikatları, eləcə də məhsullara dair normativ sənədlər olmadan istehsal edildiyi, istehsal sahəsində anti-sanitariyanın baş alıb getdiyi müəyyən olunub. Eyni zamanda müəyyən edilmişdir ki, məhsulların markalanmasında onların saxlama müddəti barədə bilərəkdən yalan məlumatlar əks olunmuşdur. Belə ki, reseptura üzrə "Tər-tər" nişanlı qatığın yararlılıq müddəti 72 saat, ayranın yararlılıq müddəti 2 sutka, xamanın yararlılıq müddəti 72 saat, dovğanın yararlılıq müddəti 7 sutka olduğu halda bütün məhsulların qablarının üzərində yararlılıq müddəti 20 gün göstərilib. İstehsal olunan etiketdə qatıq məhsulunun təbii inək südündən hazırlandığı göstərilsə də, faktiki olaraq quru süddən istifadə olunduğu müəyyən edilib. Müəssisədə istehsal edilən məhsullardan sınaq nümunələri götürülüb və laboratoriya sınaqları nəticəsində 15%-li xamanın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib. Müəssisədə məhsul istehsalı dayandırılıb.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır