| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
18.11.2011
"Xəzri" xaması və "Moskvicin" yağının satışı qadağan edilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi 9 ünvanında fəaliyyət göstərən "Xəzri" MMC-yə məxsus süd məhsulları istehsalı sexində dövlət nəzarəti aparılıb.

Araşdırma zamanı müəssisədə istehsal olunan 15%-li xamanın və yüngünlləşdirilmiş marqarin yağının istehsalına şərait olmadığı, heç bir texnoloji təlimat və reseptura olmadan məhsul istehsal edildiyi müəyyən edilib. Eyni zamanda istehsal sahəsində istifadəyə yararsız, gigiyenik baxımdan çirklənməyə səbəb olan çoxlu sayda avadanlıqların saxlanıldığı, havalandırma sistemi olmadığından sexin tavanında buxarlanmadan əmələ gələn su damcılarının istehsal zamanı məhsulların üzərinə düşdüyü, həmçinin sexdə çalışan işçilərin sadə gigiyenik norma və qaydalara riayət etmədikləri aşkar olunub.

Müəssisə istehsal etdiyi yüngülləşdirilmiş marqarin yağının etiketinin üzərinə "sadəcə yüngülləşdirilmiş yağ" yazaraq və inək südündən hazırlanmasına işarə olan reklam xarakterli inək şəkli vurmaqla "Yeyinti məhsulları haqqında" Azərbaycan Respubliksının Qanununun tələblərini pozaraq istehlakçıları aldadıb.

Götürülmüş məhsul nümunələrinin sınaqlarının ilkin nəticələrinə əsasən müəssisənin istehsal etdiyi 15%-li xamanın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar normadan çox aşkar edilib. Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar "Xəzri" MMC-yə 1/140 qr olan 700 ədəd "Moskvicin" nişanlı yüngülləşdirilmiş marqarin yağının və 1/160 qr olan 1350 ədəd 15%-li xamanın satışını qadağan edən tələbnamə verilib.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır