| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
05.10.2011
"Tər-tər" nişanlı qatıq, ayran, dovğa və xamanın satışına qadaga qoyulub

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsi 2942 məhəllədə yerləşən fiziki şəxs Qənbərov Vüqara məxsus müəssisədə dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəssisədə uyğunluq sertifikatı olmayan hər birinin həcmi 1/500 qr olan 180 ədəd 3,2% -lik "Tər-Tər" nişanlı qatıq, 1/250 qr olan 210 ədəd ayran və 1/180 qr olan 200 ədəd 15 % -lik xama aşkar edilib. 

Bundan başqa məhsullar üçün müvafiq resepturalarda göstərilən saxlanma müddətlərinin ("Tər-Tər" nişanlı qatıq 36 saat, ayran 2 sutka, xama 72 saat və dovğa 7 sutka) məhsulların üzərində düzgün göstərilmədiyi, məhsulların hər birinin üzərində saxlama müddətinin 20 gün qeyd edildiyi müəyyən edilib. Həmçinin qatığın markalanmasında təbii inək südündən hazırlandığı qeyd olunsa da faktiki olaraq quru süddən istifadə olunduğu müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı İdarə tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokol tərtib edilib, uyğunluq sertifikatı olmadan istehsal olunan məhsulların istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilib.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır