| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
05.10.2011
Normativ sənədi olmadan məktəbli forması istehsalı ilə məşğul olan tikiş sexinə cərimə tətbiq edilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları qanunsuz məktəbli forması istehsalı ilə bağlı Komitəyə daxil olmuş şikayət məktubu əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi ev 2B ünvanında yerləşən tikiş sexində dövlət nəzarəti tədbirləri həyata keçirib. Araşdırma zamanı müəyyən edilib ki, fiziki şəxs İradə Abbasovaya məxsus tikiş sexində normativ sənədi olmadan məktəbli forması istehsal olunur. Belə ki, tikiş sexinin rəhbəri hazır məhsulun olmadığını bildirsə də, sexə baxış zamanı I mərtəbədə müxtəlif ölçülərdə kəsilmiş 72 ədəd məktəbli formasının hissələri aşkar edilib.

Aşkar edilmiş qanun pozuntusu ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən protokol tərtib edilib, iki min manat məbləğində cərimə tətbiq edilib. Qərar icra edilməsi üçün Ədliyyə Nazirliyinin Bakı şəhəri Sabunçu rayonu İcra şöbəsinə göndərilib.

Məlumat üçün bildirək ki, Azərbaycanda məktəbli formalarının istehsalı ilə bağlı qüvvədə olan normativ texniki hüquqi akt "Bakı Tikiş Evi" ASC-yə məxsus texniki şərt TŞ AZ 119725-01-2011 "Məktəbli forması" (qüvvədə olma müddəti 30.04.2011-30.04.2012) adlanır. Azərbaycan Valideynlər Assosiasiyası ilə razılaşdırılmış adıçəkilən texniki şərt əsasında istehsal zamanı istifadə olunan üzlük və astarlıq parça nümunələrinin Komitənin Təcrübə-Sınaq Mərkəzində sınaqları aparılıb və məhsul normativ sənədin tələblərinə uyğun gəldiyi üçün
sertifikatlaşdırılıb.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır