| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
23.12.2010
6-cı mikrorayonda normativ sənədin tələblərinə cavab verməyən süd məhsulları istehsal edən müəssisə aşkar edilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, 6-ci mikrorayon, Dağıstanlı küç.118 ünvanında yerləşən fiziki şəxs Z.Sənalının rəhbərlik etdiyi müəssisədə süd məhsullarının istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırıb.

Araşdırma zamanı müəyyən olunub ki, istehsal üçün lazımı şərait olmaması ilə yanaşı, müəssisə tələb olunan normativ sənədlərlə də təmin edilməyib, məhsullar üçün resepturalar mövcud deyil, markalanmada ciddi nöqsanlar var.

Hazır məhsullardan seçilib götürülmüş nümunələrin Komitənin Təcrübə-Sınaq Mərkəzində müayinəsi zamanı məlum olmuşdur ki, məhsul normativ sənədin (AZS 220 - 2006) tələblərinə cavab vermir. Belə ki, götürülmüş nümunədə (dovga) fiziki-kimyəvi göstəricilərindən normativ sənədlə nəzərdə tutulmuş turşuluq dərəcəsi 90-130 dərəcə T olduğu halda nümunədəki göstərici 55 dərəcə T olmuşdur. Aşkar olunan nöqsanların aradan qaldırılması üçün qanunamüvafiq qaydada tədbirlər görülüb.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır