| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
23.07.2010
"New World Trading Centre" MMC-nin marketlərində
uyğunluq sertifikatı olmayan idxal məhsullarının satışı müəyyən olunmuşdur

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları quruma daxil olmuş rəsmi müraciət əsasında keçirdikləri monitorinq zamanı qanun pozuntusu müəyyən etmişlər. Belə ki, "New World Trading Centre" MMC-nin Yasamal rayonu, İnşaatçılar prospekti 31 və Səbaill rayonu, T.Əliyarbəyov küçəsi 9 ünvanlarında yerləşən ticarət şəbəkələrində aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, xarici ölkələrin istehsalı olan idxal məhsullarının təhlükəsizliyini və keyfiyyətini əks etdirən sənədlər mövcud olmamışdır. Sertifikatsız məhsul növlərinin markalanması Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun deyildir.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisəyə iradnamə və məhsulların partiya satışının qadağan olunması barədə tələbnamə verilmişdir.
Komitənin 22.07.2010-cu il tarixli sərəncamına əsasən Yasamal rayonu, İnşaatçılar prospekti, 31 ünvanında yerləşən marketdə təkrar araşdırma aparılmış və müəyyən olunmuşdur ki, məhsul partiyasının satışının qadağan edilməsi ilə bağlı verilmiş məcburi göstərişlər yerinə yetirilməmişdir. Qanun pozuntusu ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 317.2 maddəsinə əsasən protokol tərtib edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır