| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
17.06.2014

Paytaxtda fəaliyyət göstərən bir neçə gözəllik salonunda standartın tələblərinin pozulduğu aşkar edilmişdir

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən, fiziki şəxs Zeynalova Məsumə Abdulla qızına məxsus “VİP Şadi Studio” və Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən fiziki şəxs Nadejda Stupnitskaya Dimitriyevnaya məxsus “Lady house” gözəllik salonlarında göstərilən xidmətlərin standartın tələblərinə uyğunluğu araşdırılmışdır.

Aparılan yoxlamalar zamanı hər iki gözəllik salonunda xidmət zamanı istifadə olunan müxtəlif əmtəə nişanlı saç boyalarının, saç kremlərinin, dırnaq laklarının və digər kosmetik vasitələrin uyğunluq sertifikatlarının olmadığı aşkar edilmişdir. Bundan başqa kosmetik vasitələrin üzərində Azərbaycan dilində məlumatların əks olunmadığı müəyyən edilmişdir. Həmçinin, müəssisədə çalışan personalın tibbi kartları və peşə təhsilini təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir.

Sözügedən gözəllik salonlarında aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə xəbərdarlıq edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır