| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
17.06.2014

Bir neçə ictimai iaşə və ticarət obyektlərində standartların tələblərinin pozulduğu aşkar edilmişdir

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərfindən bir neçə ictimai iaşə və ticarət obyektlərində dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsində yerləşən fiziki şəxs Əsgərova Südabə Valəh qızına məxsus “Ucuz market” mağazasında aparılan yoxlamalar zamanı müəssisənin soyuducu anbarında qablaşdırılması düzgün aparılmayan, üzərində istehsal və son istifadə tarixi qeyd olunmayan “Halal Qafqaz Toyuqları” və “Giləzi Quşçuluq Şirkəti”nə məxsus olan toyuq ətləri aşkar edilmişdir. Həmçinin, bu məhsulların uyğunluq sertifikatları da yoxlamaya təqdim edilməmişdir. Aşkar edilmiş nöqsanlarla bağlı məhsulların saxlanma anbarına və ticarət sahəsinə  baxışın keçirilməsi haqqında protokol, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın verilməsi üçün aralıq aktı tərtib edilmişdir.

Abşeron rayonu, Novxanı kəndində yerləşən “Bakı-Praqa” MMC-də yoxlamalar zamanı burada istehsal olunan “Novxanı”, “Starapraqa”, ”Starapraqa Draft” və “Golden Malt”   pivələrinin istehsalı və qablaşdırılması zamanı istifadə olunan xammal və butulkaların gigiyenik və uyğunluq sertifikatları yoxlamaya təqdim edilməmiş, məhsulların qablaşdırılması zamanı ciddi nöqsanlara yol verildiyi aşkar edilmişdir. Bundan başqa etiketlənmə zamanı məhsulun yararlılıq müddəti 21 gün olduğu halda əsassız olaraq 30 gün olaraq qeyd edilmiş, məhsulun istehsalında istifadə edilən bəzi qatqılar etiketlənmədə öz əksini tapmamışdır. Həmçinin istehsal olunan məhsul sınaqlar aparılmadan satışa çıxarıldığı, istehsalat laboratoriyasında istismar edilən ölçmə və sınaq vasitələrinin böyük əksəriyyətinin müqayisəli dövlət yoxlamasından keçmədiyi müəyyən olunmuşdur. Aşkar olunmuş nöqsanlarla bağlı məhsullardan nümunələr seçilərək müayinə olunması üçün laboratoriyaya təqdim edilmiş, müəssisənin rəhbərinə məhsul istehsalı və satışının qadağan edilməsi barədə, yararsız ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə tələbnamələr verilmiş və inzibati xəta haqqında protokoltərtib edilmişdir. Araşdırmalar davam etdirilir.

Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən qarajda fiziki şəxs İsrafilov Samir Rzaxan oğlu tərəfindən idxal olunan ətriyyat məhsullarının saxlanılması zamanı standartın tələblərinin pozulduğu aşkar edilmişdir. Belə ki, ətriyyatlar dəmir örtüklü avtomobil qarajında temperatur və nəmlik rejiminə əməl edilmədən saxlanılır. Bundan başqa böyük ölçülü aliminum qablarda saxlanılan ətriyyatlar sonradan kiçik ölçülü qablara doldurularaq tanınmış brend adları ilə etiketlənib satışa çıxarılır. Həmçinin, idxal olunan məhsulların bir çoxunun üzərində istehsalçı müəssisənin adı, normativ sənədin işarəsi, istehsal və son istifadə tarixi, Azərbaycan dilinə tərcümə olunmuş izahat vərəqələri olmamışdır. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə məhsulların saxlanma anbarına baxışın keçirilməsi haqqında protokol və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın verilməsi üçün aralıq aktı tərtib edilmişdir.

Bakı-Sumqayıt şossesinin 13-cü kilometrliyində yerləşən, qənnadı məmulatlarının istehsalı və idxalı ilə məşğul olan “Bolluq LTD” MMC-də aparılan yoxlamalar zamanı idxal edilmiş “Slakon” nişanlı vaflili tortların üzərində Azərbaycan dilinə tərcümə olunmuş istifadə qaydaları haqqında məlumatların əks olunmadığı aşkar edilmişdir. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə məhsulların saxlanma anbarına baxışın keçirilməsi haqqında protokol və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın verilməsi üçün aralıq aktı tərtib edilmişdir.

Ağsu şəhərində yerləşən fiziki şəxs Quliyev Saleh Ayaz oğluna məxsus “Quzey bənövşə” yeməkxanasında aparılan dövlət nəzarəti tədbirləri zamanı istifadə olunan ərzaq xammallarının uyğunluq sertifikatlarının olmadığı, məhsulların saxlanma rejiminə əməl olunmadığı, gigiyenik normalara riayət olunmadığı müəyyən edilmişdir. Aşkar edilmiş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır