| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
17.03.2014

Cəlilabad şəhərində bir neçə bağçada qidalanmanın dövlət standartına uyğun olmadığı müəyyən olunmuşdur-FOTO

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 1 və 3 saylı körpələr evi-uşaq bağçalarında qidalanmanın dövlət standartına uyğunluğunun araşdırılması məqsədilə dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Araşdırmalar zamanı sözügedən bağçaların anbarlarında ərzaq məhsullarının saxlanma rejiminə əməl olunmadan otaq temperaturunda saxlanıldığı, hazırlanan yeməklərin kalorilik, zülal, yağ və karbohidratlarının miqdarının tibb işçisi tərəfindən hesablanmadan uşaqlara verildiyi aşkar edilmişdir. AZS 747-2013 standartının tələblərinə uyğun olaraq gündəlik qida rasionuna ət daxil edilməli olduğu halda, 3 saylı uşaq bağçasında hazırlanan yeməklər içərisində ət məhsullarına rast gəlinməmişdir. Yoxlamalar zamanı, həmçinin, bağçalarda təsdiq edilmiş menyunun olmadığı, yeməklərin texnoloji təlimat və reseptura olmadan hazırlandığı, yuma əməliyyatının mətbəxdə aparıldığı müəyyən edilmişdir. Bundan başqa yeməklərin hazırlanması zamanı istifadə olunan xammalların uyğunluq və gigiyenik sertifikatları, istifadə olunan ət məhsullarının baytarlıq şəhadətnamələri yoxlamaya təqdim olunmamışdır.

Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı bağça rəhbərlərinə nöqsanların aradan qaldırılması üçün vaxt verilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır