| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031
Təhlükəli məhsul
29.12.2013

“Elbara” restoranında dövlət nəzarəti tədbirləri zamanı standartların tələblərinin pozulduğu aşkar olunmuşdur-FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zahid Xəlilov küçəsində yerləşən “Elbara” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, kulinariya məmulatları reseptura olmadan gözəyarı hazırlanır, müəssisənin akkreditasiya olunmuş  laboratoriya ilə müqaviləsi mövcud deyil, mütəmadi olaraq sınaq üçün laboratoriyaya nümunələr təqdim olunmur, mətbəxdə kifayət qədər soyuducu olmasına baxmayaraq, məhsullar düzgün yerləşdirilmir, soyuducuda mal qonşuluğu gözlənilmir, temperatur rejiminə düzgün əməl olunmur. Bundan başqa mətbəxdə çalışan personalın heç bir gigiyenik norma və qaydaya əməl etmədiyi, yeməklərin bir neçə gün öncədən bişirilərək soyuducuda saxlanıldığı və təzə bişirilmiş kimi müştərilərə təqdim olunduğu müşahidə edilmişdir. Tələb olunan normativ hüquqi sənədlər yoxlamaya təqdim edilməmişdir.

Müəssisədə hazırlanan yeməklərə orqanoleptiki baxış keçirilmiş, ət farşı, paytaxt salatı, fransız salatı, ətli blinçikdən nümunələr götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST)laboratoriyasına təqdim edilmişdir.

Araşdırmalar davam edir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır