| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
29.12.2013

Spirtli içkilər istehsal edən “Alov” Sənaye Ticarət Asossasiyasında dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir-FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, M.Seyidov küçəsində yerləşən spirtli içkilərin istehsalı ilə məşğul olan “Alov” Sənaye-Ticarət Asossasiyasında dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, istehsal olunan spirtli içkilərin uyğunluq sertifikatları yoxdur, müəssisənin sanitar vəziyyəti normativ sənədlərin tələblərinə cavab vermir, laboratoriyada məhsulların və suyun mütəmadi analizlərinin aparılması üçün şərait yoxdur. Bunda başqa bəzi məhsulların üzərində istehsal tarixi barədə qeydlərin olmadığı, 6 ədəd ölçmə vasitəsinin müqayisəli yoxlamadan keçmədən istismar olunduğu, həmçinin satışı qadağan olunmuş məhsul partiyası aşkar edilmişdir.

Qeydə alınan bu və digər nöqsanlarla bağlı Müəssisədə məhsul istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilmiş, həmçinin sertifikatsız məhsul istehsalına, ölçmə vasitələrinin müqayisəli yoxlamadan keçirilməməsinə və Dövlət Nəzarəti Xidməti tərəfindən verilmiş tələbnamənin yerinə yetirilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 228.0.4, 228.0.12 və 317.2-ci maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır