| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
18.12.2013

Bakı şəhərində bir neçə məktəbəqədər təhsil müəssisəsini ərzaqla təmin edən “Bərəkət-77” MMC-də nöqsanlar aşkar olunmuşdur-FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bir neçə məktəbəqədər təhsil müəssisəsinin ərzaq təminatını həyata keçirən “Bərəkət-77” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 23/24 və Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsi 12 ünvanında yerləşən bazalarında dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Araşdırmalar zamanı müəssisədə standartların tələblərinin kobud şəkildə pozulması aşkar edilmişdir. Belə ki, anbarlarda məhsulların saxlanması zamanı texniki normalara riayət olunmur, saxlanma rejimləri müxtəlif olan məhsullar eyni sahədə və eyni şəraitdə saxlanılır, o cümlədən məhsulların uyğunluq sertifikatları və digər normativ sənədləri mövcud deyil. Bağçalara göndərilən pendirin Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasında aparılmış sınaqları nəticəsində məhsulda bağırsaq çöpləri prupundan olan bakteriyalar aşkar olunmuşdur.

Bu və digər nöqsanlarla bağlı müvafiq akt tərtib olunmuş və 20 adda məhsulun satışı və istehsalı qadağan edilmişdir. 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır