| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
18.12.2013

Lənkəran və Masallı şəhərlərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır-FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran və Masallı şəhərlərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır.

Lənkəran şəhəri, S.Vurğun küçəsində yerləşən 1 saylı və Z.Əliyeva küçəsi 24 ünvanında yerləşən  2 saylı körpələr evi-uşaq bağçasında aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, müəssisələrdə məhsulların saxlanması üçün şərait mövcud deyil, müəssisələrin anbarları istifadəyə tamamilə yararsızdır. Müəssisələrin tibb içşiləri tərəfindən yeməklərin kalorilik, zülal, yağ və karbohidratların miqdarını hesablamalı olduğu halda buna əməl olunmur, həmçinin bişirilən yeməklərdən nümunə götürülmədən uşaqlara verilir, 1 saylı körpələr evi-uşaq bağçasının tibb işçisi ümumiyyətlə yoxdur.  Bütün sadalanan faktlar AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın 1.4.26, 1.4.28, 1.4.29 bəndlərinin tələblərinə ziddir. 1 saylı körpələr evi-uşaq bağçasında istifadə olunan xammalların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müvafiq sertifikat və digər sənədlər yoxlamaya təqdim olunmamışdır.

Masallı şəhəri, S.Məmmədov küçəsində yerləşən 1 saylı və Füzuli küçəsində yerləşən 2 saylı uşaq bağçasında aparılan dövlət nəzarəti tədbirləri zamanı müəssisə rəhbərləri AZS 747-2013 dövlət standartı ilə tanış olduqlarını bildirsələr də, yoxalama zamanı mövcud sənədin tələblərinin həyata keçirilmədiyi aşkar olunmuşdur. Araşdırmalar zamanı müəssisələrin anbarlarının köhnə, təmirsiz olduğu, anbarlarda və soyuducularda məhsulların mal qonşuluğuna əməl olunmadığı müşahidə edilmişdir. Bundan başqa hər bir müəssisədə 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmalı halda, bu müəssisələrdə gündəlik menyu tərtib olunur, həmçinin tibb işçiləri xüsusi jurnalda yeməyin keyfiyyəti, yeməklərin hazırlanma səviyyəsi haqqında müvafiq qeydlər aparmır və müayinə üçün nümunə götürmür. Soyuducularda səhər yeməyindən artıq qalmış qızdırılmış süd temperatur şəraitinə əməl olunmadan açıq şəkildə saxlanılır, südün yağlılıq dərəcəsi 2,5, 3,2% olmalı olduğu halda, bu bağçalarda verilən südün yağlılıq dərəcəsi 0,5% təşkil edir. Bundan başqa istifadə olunan xammalların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müvafiq sertifikat və digər sənədlər yoxlamaya təqdim olunmamışdır.

Aşkar olunmuş nöqsanlarla bağlı akt tərtib olunmuş, nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə vaxt verilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır