| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
13.12.2013

Gəncə şəhəri və Goranboy rayonunda bir neçə körpələr evi və bağçada qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır-FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə şəhəri və Goranboy rayonunda bir neçə körpələr evi və bağçada qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır.

Araşdırma Gəncə şəhəri DOS-6 ünvanında yerləşən 10 saylı uşaq bağçası-körpələr evi, Nərimanov prospektində yerləşən 26 saylı körpələr evi-uşaq bağçası, Zərdabi küçəsində yerləşən 28 saylı körpələr evi-uşaq bağçası, Ü.Hacıbəyov küçəsi ev 1 ünvanında yerləşən 33 saylı körpələr evi-uşaq bağçası, H.Əliyev prospekti 16 ünvanında yerləşən 47 saylı körpələr evi-uşaq bağçası, Goranboy rayonu Ü.Hacıbəyov küçəsində yerləşən 1 və 2 saylı uşaq bağçalarında aparılmışdır.

Təhsil və tərbiyə müəssisələrində aparılmış dövlət nəzarəti tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır. Müəssisə rəhbərlərinin AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması” dövlət standartı haqqında məlumatlı olduğu deyilsə də, sənədin onlarda olmadığı bildirilmişdir. Baxış zamanı bağçaların mətbəx və anbarının istismara tamamilə yararsız vəziyyətdə olduğu, mətbəx və anbarın digər otaqlarda yerləşdiyi aşkar olmuşdur. Müəssisələrdə mal qonşuluğuna və saxlanma şəraitinə riayət olunmamış, müxtəlif ərzaq məhsullarının bir yerdə və eyni temperatur altında saxlandığı aşkarlanmışdır. Həmçinin müəyyən olunmuşdur ki, mətbəxdə işlədilən qablar köhnədir. Standartın 1.4.27-ci bəndinə əsasən bağçanın  girişində gündəlik menyunu əks etdirən lövhə olmalıdır ki, araşdırma zamanı buna da rast gəlinməmişdir.

Aşkar edilmiş bu və digər nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə  iradnamə verilmiş,  nöqsanların aradan qaldırılması üçün vaxt verilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır