| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
03.12.2013

Fiziki şəxs Mircavid Seyidzadəyə məxsus “Park Fore” restoran-kafesində “mimoza” və “paytaxt” salatının, mal ətindən və qoyun ətindən hazırlanmış ət qiyməsinin hazırlanması və satışı qadağan edilmişdir-FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk adına istirahət parkında yerləşən fiziki şəxs Mircavid Seyidzadəyə məxsus “Park Fore” restoran-kafesində dövlət nəzarəti həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə müxtəlif kulinar məmulatlar və yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) tələblərinə zidd olaraq təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Mətbəxə baxış zamanı bir sıra ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, soyuducuda mal əti, bişirilmiş toyuq filesi, düyü qarniri, müxtəlif süd məhsulları, ət yarımfabrikatları, balıq məhsulları, müxtəlif qənnadı məmulatlarının hazırlanması üçün xəmir, tərəvəz konservləri və s. mal qonşuluğu gözlənilmədən eyni yerdə, eyni temperatur altında saxlanılır. Bu da “СанПин 42-123-5777-91” (bənd 10.11) sənədinin tələblərinə ziddir. Həmçinin müəyyən edilmişdir ki, istehsal tarixi üzərində qeyd olunmayan “lahmacun” məmulatının bişirilməsində istifadə olunan ət yarımfabrikatı iki günlük istifadə üçün hazırlanır. Lakin standart üzrə bu cür məhsulların saxlanma müddəti 6-12 saatdır.

Seçilmiş nümunələrdən “mimoza” salatının Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) qida məhsullarının sınaq laboratoriyasında  keçirilən müayiəsi nəticəsində məhsulda maya göbələklərinin sayının normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunmuşdur.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar fiziki şəxs Mircavid Seyidzadəyə məxsus “Park Fore” restoran-kafesində “mimoza” və “paytaxt” salatının, mal ətindən və qoyun ətindən hazırlanmış ət qiyməsinin hazırlanması və satışı qadağan edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır