| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
30.10.2013

Fiziki şəxs Nəzərov Əbülfəzə məxsus müəssisədə “Fəta 121” nişanlı rafinə edilmiş qənd istehsalı zamanı standartın tələblərinin pozulması faktları aşkar edilmişdir-FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr.da yerləşən fiziki şəxs Nəzərov Əbülfəzə məxsus müəssisədə “Fəta 121” nişanlı rafinə edilmiş qənd istehsalına dövlət nəzarəti aparılmışdır.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə uyğunluq sertifikatı olmadan sanitariya norma və qaydalara məhəl qoyulmadan 2 adda məhsul - karamel tipli şərq şirniyyatı (noğul) və nanəli karamel istehsal edilir. Eyni zamanda istehsal olunan “Avko” nişanlı karamel tipli şərq şirniyyatı - noğul məhsullarının üzərində istehsalçı kimi başqa bir müəssisənin (Xaçmaz şəhəri, fiziki şəxs Əliyev E.Ş) qeyd edildiyi müəyyən edilmişdir. Nəzarət tədbirləri nəticəsində məhsulların müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimatının və resepturaların, habelə müəssisənin laboratoriyasının və ya akkreditasiya olunmuş laboratoriya ilə müqavilənin olmadığı aşkar olunmuşdur.

Müəyyən olunmuş bu və digər nöqsanlarla bağlı olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokol tərtib edilmiş, sertifikatsız məhsulların istehsalı və satışı qadağan edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır