| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
09.07.2013

Göyçay rayonu, Çəyirli kəndində yerləşən fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan duşes və tərxun içkisinin istehsalı və satışı qadağan edilmişdir - FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən Göyçay rayonu, Çəyirli kəndində yerləşən fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu araşdırmaq məqsədilə dövlət nəzarəti həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, sanitariya norma və qaydalara məhəl qoyulmadan işləyən müəssisə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir, istehsal olunan duşes və tərxun limonadları gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunur, məhsulların sınaqlarını aparmaq üçün laboratoriya və ya hər hansısa bir laboratoriya ilə müqavilə yoxdur, məhsulların sınağı aparılmır, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçirilməmişdir.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq qanunvericiliyin tələblərinə əsasən fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan duşes və tərxun limonad içkisinin istehsalı və satışı qadağan edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır