| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
04.07.2013

Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində təşkil olunan yarmarkada külli miqdarda mənşəyi məlum olmayan, təhlükəli ət məhsulları aşkar olunmuşdur

        Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi mənşəyi məlum olmayan ət məhsullarının satışı ilə bağlı daxil olmuş məlumat əsasında, o cümlədən istehlak bazarının keyfiyyətsiz, insan həyatı və sağlamlığına təhlükəli sayılan, standartların tələblərinə uyğun gəlməyən məhsullardan qorunması məqsədi ilə Sumqayıt şəhəri, 8-ci mkr. ərazisində təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında dövlət nəzarəti həyata keçirmişdir.

     Araşdırma zamanı müəyyən olunmuşdur ki, yarmarkada özünü Sumqayıt şəhəri sakini kimi təqdim edən Səfərəliyev Kamil Sərdar oğlu və Xızı rayonu sakini kimi təqdim edən Ağayev Dünyamalı Ağa oğlunun satdıqları kolbasa məhsullarının uyğunluq və gigiyenik sertifikatları mövcud deyildir. Bu da “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 7-ci maddələrinin tələblərinə ziddir.

     Həmçinin kolbasa məhsullarının daşınması, saxlanılması və satışı üçün nəzərdə tutulmuş tələblərin heç biri yerinə yetirilməmişdir. Belə ki, normativ sənəd AZS 281-2007 “Kolbasa məmulatları. Qablaşdırma, markalanma, daşınma və saxlanma” standartına əsasən (bənd 5.1.) kolbasa və sosiska məhsulları soyudulan və ya izotermik nəqliyyat vasitələrində, mövcud nəqliyyat növü üçün qüvvədə olan, tez xarab olan malların daşınması qaydalarına uyğun olaraq daşınmalıdır. Lakin  kolbasa və sosiska məhsulları yarmarkaya satıcılar tərəfindən minik avtomobillərinin yük yerlərində, avtomobillərin salonunda ayaq altında, sanitariya qaydalarına və temperatur rejiminə riayət edilmədən gətirilirmiş. Məhsullar 00C-dən 80C-dək temperaturda soyuducularda saxlanmalı olduğu halda, burada açıq havada, günəş şüalarının altında, natəmiz piştaxtalarda və avtomobillərin yük hissəsində saxlanılır və əhaliyə satılırmış.

    Araşdırma zamanı müəyyən olunmuşdur ki, məhsulların bir çoxunun markalanması belə aparılmamışdır. Standarın tələblərinə əsasən kolbasa məhsulları üzərində istehsalçı müəssisənin adı, ünvanı, əmtəə nişanı, məhsulun adı, növü, tərkibi, xalis kütləsi, istehsal tarixi, saxlanma şəraiti və saxlanma müddəti göstərilməlidir.

    Orqanoleptik baxış zamanı məhsulların üzərinin kif qatı, bəzilərinin üzərinin seliklə bağlandığı, qidaya yararsız hala düşdüyü, kənar xoşagəlməz iyə malik olduğu müəyyən olunmuşdur. Götürülmüş nümunələrin laboratoriya sınaqları nəticələrinə əsasən yoxlanılan məhsullardan üzərində heç bir məlumatı olmayan bişmiş kolbasa məhsulunda,  hisə verilmiş kolbasa məhsulunda, sosiska məhsulunda, üzərində istehsalçısı, istehsal tarixi qeyd olunmayan “İsgəndər Qida” nişanlı sosiska məhsulunda, “İsgəndər Qida” nişanlı “Kurinaya” bişmiş kolbasa məhsulunda mikrobioloji göstəricilərdən bağırsaq çöpləri qrupundan olan bakteriyalar və mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmləri aşkarlanmışdır.

    Bu səbəbdən ümumi çəkisi 183 kq olan kolbasa və sosiska məhsulları utilizasiya barədə akta əsasən yandırılaraq məhv edilmişdir. Həmçinin ümumi çəkisi 118 kq olan kolbasa məhsulunun partiya satışının qadağan edilməsi barədə Tələbnamə verilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır