"TWINNING" LAYİHƏSİ
“Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın icrasına dair Azərbaycan Standartlaşdırma İnstitutuna Dəstək” adlı Tvinninq layihəsi 2020-ci ilin 1 noyabr tarixində başlanılmışdır. Layihənin rəsmən 18 ay ərzində icra olunması nəzərdə tutulmuşdur. Lakin, Azərbaycan Standartlaşdırma İnstitutun (AZSTAND) tələblərini nəzərə alaraq layihənin altı ay (oktyabr 2022-ci il) müddətinə uzadılması planlaşdırılır.
Layihənin aparıcı Üzv Dövlət tərəfdaşı Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyi (BMWi) və Almaniyanın Standartlaşdırma İnstitutudur (DIN). Bu instituta layihənin kiçik tərəfdaşları olan İspaniyanın Standartlaşdırma Assosiasiyası (UNE) və İsveçin Standartlar İnstitutu (SIS) dəstək verir.
Tvininq layihəsi AZSTAND və onun Avropa İttifaqı (Aİ) tərəfdaşları arasında əməkdaşlığın gücləndirilməsinə həsr olunmaqla İnstitutda transformasiya proseslərinin tənzimləndirilməsini və ÜTT-yə gələcək üzvlük istiqamətində standartların Avropa və beynəlxalq tələblərə daha da uyğunlaşdırılmasını nəzərdə tutur.
Layihənin əsas hədəfləri korporativ idarəetmə, rəqəmsal transformasiya və maliyyə mexanizmləri adlanan üç sahəni optillaşdırmaq və gücləndirməkdir.
Tvininq layihəsinin strukturu üç komponentdən ibarətdir:
1. Komponent 1 Korporativ Idarəetmə: milli standartlaşdırma strategiyası, institusional yol xəritəsi və bazara nəzarət mexanizmləri, eləcə də, texniki komitələrin təsvirinin hazırlanması, onların prosedur və proseslərinin optimallaşdırılmasını nəzərdə tutur.
2. Komponent 2 Rəqəmsal Transformasiya: burada əsas hədəf AZSTAND üçün rəqəmsal transformasiya planını hazırlamaq, brend məlumatlandırması və kommunikasiyanı gücləndirməkdir.
3. Komponent 3 Maliyyə Mexanizmləri: bu komponentin məqsədi büdcə proseslərini təhlil etmək, proqnozlaşdırma modelini hazırlamaq, dərin bazar təhlili və istehlakçı ehtiyaclarına yardım etməklə AZSTAND-in maliyyə stabilliyi və müstəqilliyini təkmilləşdirməkdir.
Tvininq layihəsi çərçivəsində Almaniya, İspaniya və İsveç Standartlaşdırma Qurumlarının ekspertləri tərəfindən aşağıdaki mövzulara dair seminarlar keçirilmişdir:
- Rəqəmsal Çevirmə Planı
İcra prosesində COVİD-19 məhdudiyyətlərinə əməl olunaraq bütün görüşlər onlayn şəklində keçirilir.
2021 ilin iyun ayından etibarən Tvinninq layihəsi çərçivəsində Avropa İttifaqının dəstəyi ilə AZSTAND-ın əməkdaşlarına standartlaşdırma terminologiyası üzrə ingilis dili təlim kursları təşkil edilmişdir. Dörd ay davam etmiş olan ingilis dili təlim kursları əməkdaşların standartlaşdırma sahəsində xarici dil biliklərinin təkmilləşdirilməsinə təkan vermişdir.
Layihə həmçinin Aİ tərəfindən maliyyələşdirilən Azərbaycanda keyfiyyət infrastrukturu ilə əlaqəli digər layihələrlə birlikdə irəliləyir; məsələn, AZSTAND-da olan iki mütəxəssis “Ticarətdə Maneələrin Azalması” mövzusuna həsr olunmuş yay məktəbində iştirak etmişdirlər.
Layihədə ilin sonuna qədər Milli Standartlaşdırma Strategiyasının, İş Planının, Standartlaşdırmanın Faydaları, Rəqəmsal Çevirmə Planının və İnstitusional Yol Xəritəsinin daha da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.
Konsorsium ekspertlərinin monitorinqi və təhlili, eləcədə layihənin növbəti altı ay müddətinə uzadıldıqdan sonra Fəaliyyətlər Planının detallarını müəyyənləşdirmək məqsədi ilə layihənin Rezident Tvinninq Müşaviri cənab Denis Kaşuba cari ilin noyabr ayında Bakıya səfər etmişdir.
Layihə çərçivəsində AZSTAND işçilərinin Üzv Dövlətin müvafiq standartlaşdırma qurumlarına təcrübə mübadiləsi məqsədi ilə tədris səfərləri nəzərdə tutulmuşdur. Lakin, COVİD-19 pandemiyası şəraitindən asılı olaraq səfərləri layihənin növbəti altı ay müddətinə uzadılması dövründə həyata keçirilməsi planlaşdırılır.
Hər üç aydan bir layihənin hesabat xarakterli bülleteni hazırlanaraq, Aİ-nın “EU Digitool” platformasında layihə komandası tərəfindən dərc olunur. Layihə başladığı müddətdən etibarən bülletenin 3 buraxılışı dərc edilmişdir.
Twinning Newsletter - Issue 1.pdf
Tvininq Bülleteni - Buraxılış 1.pdf
Twinning Newsletter - Issue 2.pdf
Tvininq Bülleteni - Buraxılış 2.pdf
Twinning Newsletter - Issue 3.pdf
Tvinninq Bülleteni - Buraxılış 3.pdf
Twinning Newsletter - Issue 4.pdf
Tvinninq Bülleteni - Buraxılış 4.pdf