Salyan yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası

Salyan yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası 2013-cü ildən fəaliyyət göstərir. Laboratoriyada yeyinti və kənd təsərrüfatı məhsullarının sınaqları aparılır. Laboratoriya vaxtaşırı akkreditasiya olunmuş və sonuncu dəfə 2020-ci ildə (№  Az 01.0498.01.20)  akkreditasiya attestatı almışdır.

Akkreditasiya sahəsinə - Su, alkoqolsuz içkilər, alkoqollu içkilər, pivə, süd və süd məhsulları, balıq məhsulları və konservlər, heyvan və bitki mənşəli yağlar, un və un məmulatları, bal, tütün məmulatları, ədviyyatlar, qənnadı məmulatları, nişasta, çay və kofe, konserv məhsulları, xörək duzu, ət, ət məhsulları və kolbasa məmulatları, dənli bitkilər (yarmalar), yemlər, quş əti və yumurta, təzə meyvə və tərəvəz məhsulları və.s daxildir. Laboratoriyada fiziki kimyəvi və mikrobioloji sınaqlar həyata keçirilir.Bunun üçün laboratoriya müasir avadanlıqlarla təmin edilmişdir.

Sınaq laboratoriyasının sifarişçilərinə təqdim etdiyi xidməti İSO 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” Beynəlxalq standartın şərtlərini qarşılayan bir sistem qurulmuşdur.Sınaq laboratoriyasının rəhbərliyi idarəetmə sisteminin inkişafı, həyata keçirilməsi və mütəmadi olaraq onun yaxşılaşdırılması üzrə öz vəzifələrini icra etməyi əsas tutur.

Sınaqların aparılması ali təhsilli bu sahədə uzun müddət təcrübəsi olan mütəxəssislər tərəfindən həyata keçirilir.

Akkreditasiya sahəsi.pdf

 

Bizim partnyorlarımız