Sınaq laboratoriyası “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik hüquqi şəxsin tərkibində yaradılmış və Bakı şəhəri, Nərimanov rayonu, E.İsakzadə 7-ci köndələn küçəsində fəaliyyət göstərir.
Sınaq laboratoriyası Azərbaycanda mövcud olan qanunvericilik aktlarına, qanunlara və sərəncamlara uyğun fəaliyyət göstərir.
Yeni qəbul edilmiş “Standartlaşdırma haqqında” (12 iyul 2019), “Texniki-Tənzimləmə haqqında” (30 sentyabr 2019) və “Akkreditasiya haqqında” haqqında qanunlar əsasında fəaliyyətini təkmilləşdirir.
04.12.2020-ci ildə, AZS/İSO/İEC 17025-2020 “Sınaq və Kalibrlənmə laboratoriyalarının səlahiyyətlərinə ümumi tələblər” standartına uyğun akreditasiya olunmuş və səlahiyyət müddəti 04.12.2023-cü ilə qədər olan AZ 01.0494.01.20 saylı attestatla təmin edilmişdir.
Sınaq laboratoriyasının məqsədi və fəaliyyəti ölkədə istehsal, idxal və ixrac olunan, eləcədə, daxili bazarda satılan məhsulların keyfiyyətinin normativ texniki sənədlərin tələblərinə uyğunluğunu yoxlayaraq, nəticələr haqqında müəyyən olunmuş qaydada sənəd tərtib etməkdir.
Laboratoriyada iş stajı 10 ildən 40 ilə qədər olan 4 nəfərdən ibarət olan işçi heyəti çalışır.
Sınaq laboratoriyası Almaniya, ABŞ, Yaponiya, Rusiya istehsalı olan cihaz və avadanlıqlarla təmin edilmişdir.
Laboratoriya öz fəaliyyətində akkreditasiya sahəsinə uyğun olan Beynəlxalq və yerli metodlardan istifadə edərək, təqdim olunan məhsulun xarici görünüşü, fiziki-mexaniki, fiziki-kimyəvi sınaqlarını apararaq, Sınaq protokolları ilə rəsmiləşdirir.
Laboratoriyada aşağıda sadalanan məhsulların sınaqları aparılır:
-pambıq mahlıcı
-tibbi hiqroskopik mahlıc
-texniki pambıq çiyidi
-ipliklər
-parçalar
-bintlər
-trikotaj məmulatları
-dəri və dəri məmulatları
-oyuncaqlar
-uşaq bezləri
-uşaqların yedizdirilməsi üçün qablar, butulkalar, əmziklər və s.
-xalça və xalça məmulatları
-plasmas əşyalar
-kağız və kağız məmulatları
-yataq əşyaları
-qapı və pəncərə profilləri
-tütün və tütün məmulatları
-ağac və ağac məmulatları
-şüşə və şüşə məmulatları
Sınaq laboratoriyası öz siyasətində müştəri məmnuniyyətini əsas tutaraq iş stukturunu məhz bu istiqamətdə qurmuş, dərin bilik və bacarığa malik yüksək ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilən sınaqların dəqiqliyini, qərəzsisliyini və məxfiliyini təmin edir.
Laboratoriyaya müraciət edən hər bir müştəri nümunələri şəxsi məktub və ya nümunənin götürülməsi haqqında akt əsasında təqdim edə biər.