Şimal ərazi idarəsi

Azərbaycan Standartlaşdırma İnstitutunun regionlarda sertifikatlaşdırma işlərini həyata keçirən Ərazi idarələri fəaliyyət göstərir. Bu da müəssisə və təşkilatlarların məhsullarının sertifikatlaşdırılması zamanı əlavə xərc və vaxta qənaət etməsinə əlverişli şərait yaratmışdır.

İnstitutunun tabeliyində fəaliyyət göstərən Şimal Ərazi İdarəsi Bakı, Sumqayıt, Şamaxı, Quba, Qusar və ölkəmizin digər böyük şəhərlərini əhatə edir. Şimal Ərazi İdarəsinin fəaliyyətinin əsas istiqaməti əhatə etdiyi  ərazilərdə istehsal olunan, o cümlədən idxal və ixrac olunan məhsulların, habelə göstərilən bütün növ xidmətlərin sertifikatlaşdırılmasından ibarətdir.

Şimal Ərazi İdarəsi fəaliyyət göstərdiyi müddət ərzində ölkədə fəaliyyət göstərən və ixrac yönümlü məhsul istehsal edən “Technoil” MMC, “Basf Caspian” MMC, “EMBAWOOD” MMC, “İNVENT QRUP” MMC, “Mətanət A”, “Qazax Sement zavodu” MMC və digər istehsalat müəsələrinin məhsullarını sertifikatlaşdırılmışdır.

Ünvan: Şimal Ərazi idarəsi: Sumqayıt şəhəri, Sülh küçəsi 76; Xaçmaz şəhəri,   H. Əliyev prospekti 5B

Əlaqəli şəxs: Səlim Hümbətəliyev - Şimal Ərazi idarəsinin direktor müavini

Tel:  (+99450) 6797228 e-mail: office@azstand.gov.az

Bizim partnyorlarımız