Səyyar Asfalt-beton Sınaq laboratoriyası

Səyyar Asfalt-beton Sınaq laboratoriyası 2014-cü ildən etibarən fəaliyyət göstərir. 

Laboratoriyada asfalt-betonun və onu təşkil edən materialların Avropa standartlarına uyğun avadanlıq və mütəxəssislər vasitəsilə sınaqları aparılır. Laboratoriya tam səyyar olaraq fəaliyyət göstərir və qısa vaxtda (sifariş alındıqdan 1-2 gün ərzində) ölkəmizin müxtəlif bölgələrinə getməklə sınaq nümunələrinin götürülməsi və yerindəcə sınaqların aparılmasını həyata keçirilir.

Fəaliyyətə başladığı gündən sınaq laboratoriyası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə Respublika ərazisində, xüsusəndə Bakı şəhərinin mərkəzi küçə və prospektlərində, qəsəbələr arası avtomobil yollarında aparılan təmir işlərində laboratoriya nəzarətini həyata keçirir. Bunlara Q.Qarayev prospekti, M.Hadi küçəsi, Y.Səfərov küçəsi, Maştağa-Bilgəh yolu, Zığ-Suraxanı yolu və s. daxildir. Laboratoriya tərəfindən “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”nin sifarişi əsasında və "Hart Consult International GmbH" beynəlxalq şirkətinin nəzarəti ilə 2016-cı ildə  "Formula-1 Avropa Qran Pri" yarışlarının keçirilməsi ilə əlaqədar Azadlıq Meydanı, Puşkin, Xaqani, Bül-Bül, Zərifə Əliyeva, Əziz Əliyev, Qoşa Qala, İstiqlaliyyət, Niyazi küçələri və Neftçilər prospektində aparılan yeni çəkilən yol örtüyünün keyfiyyətin ölçülməsi məqsədilə zəruri sınaqlar aparmışdır. Laboratoriyanın fəaliyyəti şirkətinin alman mütəxxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Səyyar Asfalt-beton Sınaq laboratoriyasında akkreditasiya sahəsinə uyğun olaraq aşağıdakı sınaqlar aparılır:

1. Asfaltbeton qarşığının temperaturunun təyini.

2. Asfaltbeton qarşığının tərkibinin təyini (Ekstrasiya testi)

3. Asfaltbeton qarşığından nümunənin (Marşalın) hazırlanması.

4. Nümunənin orta sıxlığının təyini.

5. Nümunənin qalıq məsaməliyinin təyini.

6. Marşall stabilliyi-kN təyini.

7. Axıcılıq həddi-mm təyini.

8. Asfaltbeton qarşığının həqiqi sıxlığının təyini.

9. Asfaltbetondan nümunə (Kern) götürməklə kipləşməsinin, orta sıxlığının və qalınlığının təyini (φ 50, φ 100, φ 150)

10. Troxler cihazı vasitəsi ilə (Model 2701-B) asfaltbeton yolunu zədələmədən kipləşməsinin təyini.

11. Asfaltbetonun alt hissəsinin (Qrunt) kipləşməsinin deflektometrlə (ZFG-2000) təyini.

12. 3 metrəlik xətkeş ilə asfaltbeton örtüyünün səthi düzlüyünün təyini.

13. Qırmadaşın fraksiya tərkibinin təyini (ələk analizi), doğranmış dənələrin %-lə miqdarının təyini, yastı və iynəvari dənələrin təyini və s.

14. Qumun qrupunun və sinifinin təyini, tozvari və gil hissəciklərinin miqdarının təyini, yumurlanmış gil miqdarının təyini, nəmliyin təyini və s.

15. Beton  kub nümunələrinin  sıxılmada möhkəmliyinin  təyini, beton qarışığının orta  sıxlığının təyini, betonun su udmasının təyini, betonun nəmliyinin təyini və s.

 

Akkreditasiya sahəsi.pdf

   

         

Bizim partnyorlarımız